Azərbaycanlı 18 yaşlı gəlinin başına gələnlər - ŞOK

Azərbaycanlı 18 yaşlı gəlinin başına gələnlər - ŞOK
Oxucu Məktubu
10.09.2017 92
Sevilin 18 yaşı təzə tamam olmuşdu. O, supermarketdə satıcı işləyirdi. Bir gün o, həm iş yoldaşı, həm rəfiqəsi olan, Gunel ilə işdən evə qayıdırdılar. Günelin telefonunda kontur olmadığı üçün, Sevilin əl telefonuyla öz qohumu olan bir oğlana zəng etdi. O gündən etibarən, bu oğlan Sevilin hər gün zəng edir, onunla tanış olmaq istəyini qıza bildirir.



Bir gün Sevil , Günel ilə evə qayıdarkən rəfiqəsinin sözüylə taksiyə mindilər. Maşın sürətlə hansısa rayon yoluna çıxdı. Sevil hara getdiklərini soruşanda , onlar gülə-gülə "Səni qaçırtmışıq”,dedilər. Sürücü isə elə Günelin qohumu Anar imiş. Sevil nə qədər ağlasa da ,qışqırsa da, Günel onu sakitləşdirməyə çalışırdı.



Bir neçə saatdan sonra Ucar rayonunda idilər. Sevilin zorla maşından düşürüb, Anarın evinə apardılar. Anarın anası, üç bacısı Sevili sevinclə qarşıladılar -Bakıdan gəlin gəlib! Bircə Sevil göz yaşların içində boğulub qalmışdı, nə edəcəyini, anasına nə cavab verəcəyini, dayılarının üzünə necə baxacağını fikirləşirdi.



O gecə Anar zorla Sevilə sahib olmuşdu. Sevilin atası və qardaşı Rusiyada işlədiyindən, anası və dayısı, xəbəri eşidən kimi, rayona getdilər. Çox uzun mübahisələrdən sonra barışıq oldu, bir aydan sonra isə toy. Sevilin cehizlərini rayona göndərmişdilər. Toydan çox keçmədi, qaynana və baldızlar Sevil kimi sakit, mülayim, işlərində səliqəli, mehriban adamı yola vermədilər. Anar anasının hər şikayətinə görə, yoldaşına əl qaldırırdı. Kənd evin, həyət-bacanın ağır işlərini Sevil gördüyü üçün bətnindəki körpəsi dözməyib, tələf olmuşdu. Hətta xəstəxanaya da gec çatdırmışlar.



Sevilin anası qızının evinə gec-gec gəldiyi üçün, olanlardan bixəbər idi. Anası qızının taleyi ilə maraqlananda , Sevilin hər şey yaxşı olduğunu söyləyirdi.



Sevilin atası Anarı Rusiyaya çağırıb, onu işlə təmin etmişdir. Lakin Anarın özünü orada da doğrulda bilmədi. Anarın orada düzgün yolda olmadığını başa düşən qardaşı ,bacısının taleyinə biganə qala bilməyib, təcili Sevili rayondan öz evlərinə gətirir. Anarın şər və böhtan danışıqlarına görə, Sevili daha rayona buraxmadılar. Bir neçə müddətdən sonra boşandılar. 



Əziz xanımlar, gəlin belə qızların taleyinə biganə qalmayaq, onlara yardım əlimizi uzadaq, məsləhətlər verək, onları yenidən həyata qaytaraq, həyatı sevdirək. Qalan həyatını necə yaşayacağını öyrədək.



Rəfiqə seçəndə saf ürəkli, təmizqəlbli rəfiqə seçək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!