Bir körpenin hesreti... [ Müzakire ]

Bir körpenin hesreti... [ Müzakire ]
Oxucu Məktubu
10.09.2017 37
Bir xanimin soylediklerini onun adindan yaziram...

Bugün istemeden bir söhbetin şahidi oldum. Ve bu balaca epizod heyatımda ele bir iz qoydu ki, saatlarla düşündüm... Saatlarla eşitdiyim sözlerin cingiltisini qulağımda duydum. Kövreldim. Doldum... Kimlerise günahlandırmaq, cezalandırmaq istedim.
3 yaşını 2 gün önce tamam eden bir körpe ve men. Körpenin ailesi bir il önce boşanıb ve boşanmadan sonra atası bir defe de olsa görüşmeye, uşağını görmeye gelmeyib. Ve bir de bir ilden sonra ad gününe gelibdi. Hemin gün barede 3 yaşlı körpenin sözleri:
Uşaq:
- Dema mene ne aldın?
Men:
- mayojna
Uşaq:
- Soyaa ne aldın?
Men:
- Heçne. Ne istiysenki Totuşum?
Uşaq:
- İstemiyem heçne. Dema kamazıma baaaax.
Men:
- Totuşum bunu kim aldı?
Uşaq bir neçe deqiqe susdu. Üzüme baxdı ve kövreldi. 
Yeniden men:
- Totuşum bunu sene kim getirdi? Kim aldı sene?
Uşaq biraz daha düşünüb sakitce başını qaldırmadan:
- Ata...
Ve yeniden başını aşağı saldı... Gözünden axan yaşı görmemek, onun o hesretini hiss etmemek mümkün deyildi.
Men:
- Totu ata kimdi?
Uşaq yeniden düşündü. Sanki böyük bir insan idi qarşımda. Üzüme ele baxdı ki, sanki ele düşünürdü ki onun atasını ondan alacam.
Men:
- Totu ata seni hardan öpdü?
Uşaq derinden nefes alıb:
- Ata menimdi... Menim...
Bu sözleri deyib uşaq kamazını qucaqlayıb gizlendi otağın küncünde. Sadece susdu bir neçe deqiqe. Sandım ki, verdiyim sualı unudub. Lakin yanıldım.Deqiqeler sonra uşaq yaxınlaşıb qulağıma söyledi:
- Ata meni qucaqladı, cöbeyimden öpdü. Men de öpdüm. Ordakı neneni öpmedim. O pis idi, meni döyürdü. Bibinide öpmek ommaz. Amma ata menimdi menim. Sonra da atama dedim ki, meni apay mamaya. Men ive istiyem. Dema ataya deyersen mene qakkız alar, qukku alar, mayojna alar, kamaz alar... Ataya denen meni denize apaysın. Men onu çox istiyem.
Bu sözleri eşitdikde sanki bütün üreyim parçalandı. Uşağı baörıma basıb sadece ağladım. O an o qeder insanı günahlandırdım ki. Onu bir il erzinde axtarmayan atanı o qeder qınadım ki. Ve heyrete geldim. En son atasını tam bir il önce, 2 yaşında görmüş uşaq nece de onu unutmayıb. Ona olan sevgisi, eslinde onları uşaq sayırıq, qanmadıqlarını sayırıq. Lakin onlar bizden de çox qanırlar ve bütün olanlardan psixoloji travma alırlar. Sizce bütün olanlarda kimdi günahkar? Sizce doğrumu boşanmadan sonra bir-birine acıq vermek üçün uşaqdan istifade etmek? Doğrumu ata ananı gözden salmaq üçün çalışsın, ana da atanı? 
P.S.: Buyurun deyerli fikirlerinizle siz de bölüşün.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!