Xəyanət məni öldürür

Xəyanət məni öldürür
Oxucu Məktubu
10.09.2017 33
İlk öncə hər kəsə Salam.
Xanımlar, sizlərin mənə köməyi lazıdmır. Biz yoldaşımla bir-birimizi 5 il sevmişik. Ailəm məni ona verməyə razı deyildi.
Mən ali məktəbi bitirmişdim o isə orta təhsilli idi. Həm də rayonda
yaşayırdı. Bu səbəbdən, evin tək qızı olduğuma görə atam məni ona vermək
istəmirdi.
Amma, mən onu sevirdim. Nəhatət ki, evliliyimiz baş tutdu. 4 ildən çoxdur ki, ailəliyəm.
İlk uşağım dünyaya gəldikdən sonra hiss etdim ki, yoldaşım məndən
soyuyur. Əfsuslar olsun ki, heç bir vaxt hisslərim məni yanıltmayıb və
yenə yanılmadım.
İlk dəfə idi ki, xəyanətə rast gəldim. Yoldaşımın telefonunda bir
nömrə gördüm. Gözlərim qaraldı və yıxıldım. Özümü güclə toplayıb, yanına
getdim və ondan soruşdum. Nömrənin ona aid olmadığını dedi. Amma,
inanmadım. Onu yola verdim. İnamım çox qırılıb, bərpası mümkün deyil.
Ondan sonra dəfələrlə belə şeylər gördüm. Anaq, bu dəfə, bir yox, bir
neçə qızın nömrəsi var idi. Soruşanda hər dəfə boyun almırdı. Elə
danışırdı ki, güya heçnə bilmirdi. 
Yəqin, səhv görmüşəm. İndi 2 övladım var. Boşanmaq istəmirəm. Sadəcə olaraq onu qorxudmaq üçün, evdən çıxıb gedəcəyimi deyirəm.
Oda deyir ki, bu evdən ancaq meyidin çıxar, başqa cür mümkün deyil.
Məni sevdiyini deyir. Amma, inanmıram. Bəlkə də, düz deyir, amma, yenədə
inanmıram. Özüm də həddən artıq qısqancam. O isə bundan bezdiyini
deyir. Bilmirəm nə edim. Xasiyyətimi dəyişim,amma, necə? 
Məsləhət verin mənə,qızlar. Ağıl ağıldan üstündür.
 
Bu bir xanımın acı hekayəsi nəticəsində ünvanlanmış məktub idi.Fikirlərinizi açıq şəkildə bizimlə bölüşün!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!