Onu çox sevdim, inandım, amma o evli imiş... - oxucu məktubu

Onu çox sevdim, inandım, amma o evli imiş... - oxucu məktubu
Oxucu Məktubu
10.09.2017 24
Salam...Çox carəsizəm...öz bərbad həyatımı danışanda, bilirəm mənə bəlkə də nifrət edəcəksiniz..Pis şərhlər yazacaqsınız,,qınayacaqsınız məni. Amma hər bir  qadın xoşbəxt olmaq arzusundadır. Buna nail olmaq üçün çox səbr edirəm. Dua edirəm, namaz qılıram. Allahıma bərk əllə yapışıb, hər gün yalvarıram...Indi isə daha çətin vəziyyətə düşdüm, çarə axtarıram...Ailəli olmuşam, ovladim var, ölüm mənim ailəmi yerlə yeksan etdi...

Illər ötdü, birini sevdim. elə bildim, ilk dəfə yaşayıram sevgi hissini, anlatılmaz duygu idi, onu gördüyüm an sevdim...Gənc yaşda hər qadın sevilmək, xoşbəxt aile qurmaq istəyir...

Ailəmlə tanışmasına mane olmadım, gəldi üzük gətirdi, hədiyyə kimi, sözlər verdi, çox inandim...

8 aydıki sevirəm onu ...ve bu gün öyrəndim ki, əslində evliymiş, övladı var, özu etiraf etdi...

Məhv oldum, ağladım..o da agladi...Məni itirmək istəmədiyi üçün yalan dediyini söylədi. "Həqiqəti desəydim, məni sevməzdin, qəbul etməzdin, ayrılıb səninlə evlənəcəm."-dedi.And içdi, vədlər verdi.

Mən onu sevirəm, dediyi sözlərə inanmaq istəyirəm, amma nə edəcəyimi bilmirəm...ayrıla da bilmirəm ...onun səsi olmadan dözə bilmirem...

Öz ailəmdə də yaxşı günüm yoxdu, ailəm olsun xoşbəxt olum istəyirəm, iki ovladla kimsĕ məni qəbul etməz, onu da bilirem....

Sevdiyim kişi, qəbul edirəm hər şeyi, istədiyini edəcəm, təki ayrılma, ailəmi onsuz da əvvəldən sevməmişəm deyir...

Mən özümə nifrət edirəm sadəcə .Mən belə həyat istəmirdim, həyatıma da, özümə də nifrət edirəm.

Gözəl bacilarim, münasibətinizi bildirin, çəkinmədən məsləhətinizi verin .... Həyatda tək ümüdüm o idi, onsuz həyatımı təsəvvür etmirəm.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!