Evliyəm, amma sevgilimdən hamiləyəm - Oxucu məktubu

Evliyəm, amma sevgilimdən hamiləyəm - Oxucu məktubu
Oxucu Məktubu
10.09.2017 20
Salam .Bilirəm
ki, çoxunuz mənim həyatımı anlamayacaq, məni qınayacaq. 24 yasım var.
Rusiyada yaşayıram, ailəliyəm, bir övladım var.  Ən böyük səhvim
sevmədiyimlə ailə qurub, bura gəlməyim oldu. Deməzdim yoldaşım pis
insandı, yox… Problem məndədi…

 Mən
evin sonbeşıyi olmuşam və daima sözə baxan  idim. 18 yaşım var idi,
təzəcə tibb kursunu  bitirmisdim, iş də təklif olunmuşdu, sevdiyim oğlan
var idi. 1 ildən çox idi sevirdim onu və birdən mənə tanımadığım
ailədən elçi gəldilər. Ondan əvvəl də  təkliflər olurdu, anama
deyirdilər, evdə böyük bacım olsa da mənə ən çox elçi söhbətləri
olurdu.  Mənsə bu dəfəkilərinə əvvəldən "yox" dedim. Anamsa israrla məni
yola gətirməyə çalışırdı. Artıq ikinci elçilikdə "hə” dedilər. Oğlan da
qəti xoşuma gəlmədi. Mən tez sevdiyimə məsələni danışdım, o isə məni
naümid qoydu,  dedi ki, hələ evlənməyə hazır deyil. Onun 22 yaşı vardı,
bir də dedi ki, istəyirsən evlən, istəmirsən özun bil.

Anam
da daima mənə "sənin sevdiyin səni almıyacaq” - deyirdi. Nə isə,
sevdiyimin bu sözlərindən sonra anama: " özün bil, boşanıb qayıtsam
məndən incimiyin” dedim.  Anam yenə şirin dillə bizi atasız necə
çətinliklə böyütdüyünü deyirdi.  Atam ömür boyu Rusiyada gəzib dolaşıb
bizə köməyi dəymiyib, qardaşımın da həmçınin. Bilirəm, anam bizim
üstümüzdə çox əzab-əziyyət çəkib, amma mən niyə özüm sevmədiyim, könlümə
yatmayan birisiylə evlənim axı?  Bu həyatı mən yaşayacaqdım, həm də nə
yaşım vardı mənim? 

Bu sözlərdən sonra anama dedim: "Özun bil!”

 İki həftənin içində toy etdilər, mən dedim heç olmasa vaxtı uzadın oğlanı tanıyım, bəlkə heç xasiyyətimiz tutmur?

 Bunlarsa
israrla toyun vaxtını dəyişdirmədilər. Mən istəyirdim ki, vaxt
uzadılsın, oğlana hər şeyi deyim. Mənə qulaq asan olmadı. Oğlanla söhbət
filan olmadı, yalnız üzük  alanda birinci dəfə salamlaşdıq. O söhbətə
çalışsa da mən  bəhanə gətirib söhbət etməkdən qaçırdım. İki həftə
ərzində sevdiyim oğlanla danışırdım, görüşürdüm, artıq nələrinsə  olmağı
o qədər də vecimə deyildi. Toydan sonra gəldik bura,  mən o insanı 
özümə yaxın da buraxmırdım . Bura gələndən  mənimlə dalaşdı, şübhəsi
vardı… məcburi oldu bu iş...sonra bir övladım oldu,  artıq elə bil
bədbəxtçiliklə yaşayırdım,  heç kəsə bir kəlmə demirdim  hamiləlik
dönəmində də çox çətin günlərim oldu.  Cəmi bir neçə ayın gəlinini artıq
rus qızlarına dəyişdirirdi ərim,  ac qalırdım, baldızmın evində, sonra
kənddə ev tutdu, heç bir şəraiti olmayan yiyəsiz xarabalığa oxşayan…
Qaynannamgil isə daima "hərə öz başına çarə qılsın, heç kəsə kömək
eləməyə borcum yoxdur” - deyirdi. Gecələr çox gec gəlirdi evə. Mən də
daima ağlıyırdım, boşanmaq istəyirdim, amma anamgili, bacılarmı düşünüb
fikrimdən daşınırdım. Böyük bacımın ailəsi alkaqola meyili olduğu üçün
boşanıb,  dedim mən də boşansam anama  dərd olacaq. Mən öz səhvlərimi
bilirəm,  amma heç cür bir yol tapa bilmirəm. 

Bu
munasibətlərdən sonra mən  başladım sevdiyim oğlanla danışmağa. Osa
mənə niyə belə tez evlənib getməymi soruşurdu, cavab verə bilmirdim.
Onların ailəsi də məni xoşluyurdu, bu sözlər  daima beynimdə fıranırdı,
ondan başqasına ürəymi verə bilmirdim. İl yarımdan sora getdim usağımla
vətənə, yenə onu gördüm, hər şey gözümün  önundən keçdi. Yalnız bacım
bilirdi, o da məni danlıyırdı ki,  düz hərəkət etmirsən… Amma heç nə edə
bilmirdim, daima yoldaşımı sevmədiymi,  belə yaşamaq istəmədiymi
deyirdim. Bu yaxınlarda özümə qəsd etdim,  bezib hər şeydən,  çünki
yoldaşımı da aldatdığıma görə özümə nifrət edirdim.  Məni ağır halda
xəstəxanaya çatdırdılar. Bir aydan çox qolumdan müalicə aldım
damarlarımı doğramışdım,  indi də bir qolum yaxşı işləmir. Heç kimə
nəyin üstündə intihar etmək istədiyimi demədim,  uşağıma görə özümə bir
də qəsd etməyəcəyimə söz verdim, çünki mən xəstə olduğum vaxt hec kimdən
kömək görmədım.  Adicə  yoldaşım mənə əsəbləşirdi,  kefsiz olduğuma
görə..

O
oğlan da artıq evil idi. Ona dəfələrlə dedim ayrılaq, o sa
"bacarırsansa ayrılaq” dedi. Bir ay bundan qabaq vətəndə qaldım iki
həftə, yenə görüşdüm onunla. Dedim:  bəsdi artıq sənə deyə bilmərəm
yoldaşından ayrıl gəl birgə olaq, demirəm də…  O isə  dedi: - onu ata
bilmərəm bunu düşünmə ki, ayrılacam. Bura gələndən sonra bildim ki,  
hamiləyəm, 3 aydayam artıq, onunla da danışmıram,  uşaq ondandır, ancaq
hamilə olmağmı heç kim bilmir.  Yoldaşım sumkamda UZİ  kağızın görüb
niyə  hamiləliymi gizlətdiymi  soruşdu,  mənsə söhbətdən yayındım.

 Bilmirəm
uşağı saxlıyım ya yox? Yoldaşımsız aborta gedə bilmirəm. Həkimlər burda
qəbul etmir. Artıq  yoldaşım da  xəyanət etmir,  bilirəm,  mənim ona
qarşı soyuq münasibətmi anlamır. Bunun üstündə dalaşırıq, günlərlə küsüb
gedir danışdırmır məni. Mən ondan hec incimirəm də,  çünki haqqım 
yoxdu.  Sadəcə deyirəm ki,  sən yaxşı insansan,  məni boşa get özünə,
xasiyyətinə uyğun birini al…

 O
isa mənim dediklərmi anlamır, başımda  problemim olduğunu deyir. Mənim
bu sevgim  məni məhv etdi,  mən heç nə istəmirəm bu həyatda. Ora gedib ,
anama yük olmaq da istəmirəm,  yoldaşımı aldadaraq yaşaya da bilmirəm. 
Övladıma gorə bir də canıma qəsd etmərəm. Sakit ev olsun,  uşağımla
yasayım. Bir sözlə fikirlərim qarışıb. Bilmirəm nə edim? Mənə məsləhət
versəydiniz çox sevinərdim..."скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!