Acı taleyim... - Oxucu məktubu

Acı taleyim... - Oxucu məktubu
Oxucu Məktubu
10.09.2017 13
Düşünürsən
ki, evlənəcəyin insan zamanla, evlilikdən sonra bəlkə düzələr?! Ama
daha pis olacağına əmin ol. Elə toy günü məni ağlatmağa başladı. 2 həftə
sonra fiziki şiddət gördüm.

Soruşsuznuz
nə üçün inanın ki, tutarlı bir səbəb yoxdur. Daha sonra geç hamilə
qaldığıma görə (cəmi 5 ay) təhqirlər eşitdim. Amma sonradan problemin
onda olduğu anlaşıldı. 6-cı ayda hamilə qaldım və onda da etdiklərini
anladı, ancaq mənim qəlbim çoxdan qırılmışdı, çilik-çilik olmuşdu. Daha
sonra elə hamiləlik dövrümdə mənəvi və fiziki şiddətlər gördüm. Evdə də
bir baldızım vardı 17 yaşında. Onun etdiklərini yazmasam daha yaxşıdı.
Soruşsanız ki, qaynanan, heç onu da deməyim, çünki elə hər şeyi edən o
oldu.

Başqalarına
mənim haqqımda danışmaları və ( hələ ən sadəsi budur). Artıq doğuşuma
az qalırdı... Nəhayət,  çox çətinliklə bir oğlum oldu. Amma təəssüf ki,
onu mənə 4 gün göstərmədilər, çünki psixoloqu gözləyirdilər. Mənə
deyilən xəbər isə bu oldu "Uşağın dovşandodaq doğulub."  Mən yazıq,
çarəsiz sadəlövh biri heç bunun nə olduğunu bilmədiyim üçün çaşıb
qaldım. Amma mən Allahıma bağlı birisi olduğum üçün " Buna da çox
şükür." dedim ... Ancaq xəstəxanada qızların mənə dedikləri və barmaqla
məni göstərmələrinə çox üzülürdüm və üzüntüdən, stresstdən üz iflici
keçirdim. Yaxşı ki bunlarla baş etmək üçün orda mənə dərd ortağı, həmdəm
olacaq bir qadınla tanış oldum. İndiyə kimi də onunla bacı kimiyik.
Çəkdiklərimə görə südüm çəkilmişdi, oğluma 2 gün o qadın süd verdi.
Nəhayyət evə gəldim. Məni anlamaq yerinə başqa cür oldu, kin, tənə, əzab
verici baxışlar....

Əməliyyat
etdilər balamı və onda mənə yeganə dayaq, tək kömək edən anam oldu.
Kəndə gedəcəkdik, qaynanamgil tez əməliyyat elətdirdilər ki, heç kim
görməsin, bilməsin, elə ona görə də sonra problemlər oldu uşağın
səhhətində. Bax belə, günlərim keçirdi.

Yoldaşımın
evə gec gəlmələri, kobudluqları, cəmiyyət içində acılıyıb alçatmaları,
məsuliyyətsizliyi, xəyanəti, əxlaqıma, mənliyimə, qüruruma toxunacaq
təhqirləri məni çox yorurdu, amma körpəm üçün səbr edirdim.

Daha
sonralar 2-ci uşağı da məcbur dünyaya gətirdim... Bu dəfə mələk kimi
bir qızım oldu. Şükürlər olsun Allahıma sap-sağlam idi.  Dogumla
əlaqədar olaraq atam evindəydim, elə doğumun 10 günlüyündəcə yoldaşım
mənim görünüşümü təhqir edib: "Buna baxın, 80 yaşında arvada oxşayır"
deyib getdi. Ancaq heç anlamadı ki, yeni doğuşdan çıxmışam. Atam onu
yanına çağırıb bir az söhbət elədi, başa saldı.

Amma
siz mənim psixologiyamı düşünün... Əslində çirkin, baxımsız biri
deyildim, məni Türkan Şorayın gəncliyinə bənzədirdilər. Yoldaşımı mənə
heç yaraşdırmırdılar da. O isə mənə "gözlərin eşşək gözünə oxşayır"
deyir. Çox təəssüf ki, yoldaşım çox dayaz düşüncəli, qəlbinə dəyəcək,
üzüləcək, qırılacaq deyə düşünməyən hissiz bir insandır.

Allah mənə o qədər səbr verib ki, bunların hamısına dözürəm,
övladlarım üçün.  Ancaq zaman keçdikcə görürəm ki, belə münasibətimiz
uşaqlarımızın psixologiyasına da mənfi təsir edir. Qadına bu cür rəftar
olunan bir evdə, bu şərtlər altında uşaqları böyütmək çətin olur.

Ata uşaqlarına qarşı da çox laqeyiddir. Uşaqlar atalarını evdə görən
kimi onunla vaxt keçirmək, oynamaq istəyir, amma ata onları acılayır,
qışqırır, hirslənir. Demək olar ki, çox az vaxt keçirirlər birlikdə,
oğlum daha az. Uşaqlar son vaxt deyir ki, atamız bizi çox istəmir.. Mən
bu fikirləri onlardan uzaqlaşdırmaq isdəsəm də uşaqlar gördüklərinə,
hiss etdiklərinə inanırlar. Artıq  oğlumun 6, qızımın isə 4 yaşı var.
Uşaqlarımın psixologiyası demək olar bu cür ailə, ata-övlad
münasibətlərindən pozulub, çox aqressiv olublar.



Nə isə, mənim bax belə günlərim keçir. Dəfələrlə evdən qovub məni, amma getməmişəm... 

 

Ancaq
o gün mənə etdiyi çox ağır və dözülməz oldu və atamın evinə qayıtdım.
10 gün müddətində heç biri axtarmadı, soruşmadı. Daha sonra xəstə olan
bibisini göndərdilər. Atamın məsləhəti ilə qayıtdım, yoldaşım ağlıyıb
söz verdi ki, düzələcəyəm, təəssuf ki, belə olmadı. 2 həftə sonra yenə
eyni günlər başladı. Fiziki şiddət və mənəvi əzablar. Atam haqqında
nalayiq sözlər deyir, halbuki atam hər bir işində ona köməy edib. İndiyə
kimi də uşaqlarımın və özümün paltarlarımın 80 faizini atamgil alır,
toya-nişana getsəm onlar geyindirib yola salırlar. Toyda verəcəyimiz
bəxşiş pulunu belə bəzən onlar ödəyir. Atam market sahibidir, bir çox
ərzaqımızı da ordan götürürük. Atam evinə ayda beş dəfə də getsəm, hər
dəfə bir çanta doldurub yola salırlar. Maşın almağa, evə avadanlıq
almağa və ya ev təmirimizə də köməkləri olub. Çox xırdalıqlarına
getmirəm, demək olar hər işimizə əl atıblar.

 

Cinsi
münasibətiniz də qaydasında deyil, gecənin yarısına qədər dostlarının
yanında olur.. Evə gecəyarı gəlir, cinsi münasibətlərimizdə də sanki bir
məşuqə rolu oynayıram, hər şey onun isdəyinə görə...

Qısqanclığı isə getdikcə ifrat dərəcəsinə çatır. Azadlığım tamamilə alınıb, bir növ məhkumluq həyatı yaşayıram. Onunla



harasa
gedəndə özümü itirirəm ki, birdən kimsə mənə baxar və o məni
cəzalandırar. Evin qapısını gec açsam hirslənər ki, "Niyə gec açdın nə
işlə məşğulsan?", sonra da dəli kimi, keçib otaqları axtarır.

Mən
inanclı bir qadınam, 24 yaşından namaz qılmağa başlamışam. Ancaq o məni
hər dəqiqə pis bir hərəkət edəcək biri kimi izləyir. Otaqda otururam,
gəlib pəncərədən aşağı baxır. Mənim necə namuslu, iffətli olduğumu dərk
etmir. Bayırda dostlarından eşitdiklərindən təsirlənir, elə bilir ki,
mən də eşitdikləri kimi biri ola bilərəm, amma anlamır ki, mən belə
deyiləm, axı o mənimlə evlənəndə namusumdan, abır həyamdan əmin olub
evlənib. Mən tanıdım, tanımadım adamların üzünə baxıb danışa da
bilmirəm, utanaram, həya edirəm. Toya getsəm, qapı arxasından pusar
məni. Və daha necə mənliyimə, şəxsiyyətimə toxunan qısqanclıqlar...
Getdiyim bütün məclislərdən xətrimə dəyib, təhqir edib, ağladıb gətirər.
Orda hamı yoldaşı ilə rəqs edəndə, mən təklikdə boynumu büküb otururam.
Niyə bəzəndiyimə də danışır, niyə saçını yığdın, niyə makiyaj etdin,
adi dinlədiyim musiqilərə belə sorğu-sual edir və s. və i. a.



Axşamlar
o gələnə yaxın bəzənirdim, ona belə söz deyirdi, artıq onu da etmirəm.
Əhvalım yaxşı olsa deyir: " Nə olub yaman kefin sazdı" kinayə edir.

İkinci dəfə küsüb ata evinə gələndən sonra az da olsa bu hərəkətlərini
azaltdı, şiddəti dayandı, amma qısqanclığı yox. Atrıq bir-birimizə
qarşı hörmətimiz də qalmayıb.

Deyə bilərsiniz heçmi yaxşı xüsusiyyəti yoxdur?!. Var dostları ilə, öz
qohumları ilə çox yaxşı rəftar edir. Zarafatlaşır, söhbətləşir. Və ən
əsası mən ona lazım olan vaxtı, ehtirasını söndürməkçün mənə
yaxınlaşanda çox mülayim, çox yaxşı olur.



Ancaq
mənə heç vaxt ürəyindən keçənləri danışmaz, dərtləşmək isdəməz. Çunki
anası ilə söhbətləşir, fikirlərini yalnız ona danışır. Onun yanında
olmağa çalışıram, istəyirəm həmdəm olum, mənəvi yaxınlıq göstərim, amma
qoymur, bir söz deyən kimi acılayır məni. Sözə gələndə isə "Mən səni çox
istəyirəm" deyir. Bu necə çox isdəməkdir, heç cür anlamıram ...


sevincimi, nə kədərimi onunla paylaşa bilmirəm. Çünki nə desəm sorğu-
sual edir: "Hardan bilirsən? Kim dedi? Niyə belə fikirləşirsən?"
Baxdığım kinolara, verlişlərə söylənirdi, artıq onlara da baxmıram,
istəmir deyə, təki o mənə qarşı xoş olsun, yaxşı rəftar eləsin, xətrimə
dəyməsin, qəlbimi qırmasın deyə... Ancaq nə faydası, beş gün pis bircə
gün yaxşı, belə həyat olarmı, belə ömür keçərmi?!..

 

Dostları
olsun, qohumları olsun, ya da tanışları arasında alçaldar məni, uşaq
kimi danlayar, uşağın ayağına da verib. Heç vaxt mənim sözümü deməz,
mənimlə razılaşmaz..  Qaynanam da onun tərəfini tutur, nə desəm, deyir:
"Nə edir ki, ac-susuz saxlıyır səni? Cavandır, o da gedib əylənmək
istəyir." Mən ona başa sala bilmirəm ki, ay ana heç olmasa həftənin 3
günü gec gəlsin 4 günü tez, yəni heç olmazsa 12-də gəlsin.. Deyir
neyləyirsən ey gəlməyini, gəlir dalaşırsız də. Heç oğlunda günah görmür.
Baldızıma da demək olar ki, yoldaşım (ərdədir, 2 uşağı var) baxır. Elə
bil bizi yaxşı təmin edirmiş kimi.

Valideynlərini
eşidir, əgər ona başa salsalar düzələr. Ancaq qaynanam oğluna haqq
qazandırır. Mən nəsə istəsəm yoxdu deyirlər, amma sabahı gün baldızım
istəsə həmin gün yerinə yetir. Yenə mənə valideynlərim edər, bütün
ehtiyaclarımı, onunla belə deyirlər: "Nə edib ki, sənin atangil?"..

Yenə də o dualarımdadır, hər gün dua edirəm ki, qəlbindəki
kin-küdurəti silsin, bizimlə yaxşı rəftar eləsin, aramızda söz-söhbət
olmasın.



Bir
gün namaz qılmaq isdiyirdim gecə, qapını açıq qoydum ki, gəlib qapıda
qalmasın. Namaz qıldım, gördüm gec gəlir qapını bağladım və yenidən
namaza başladım 2-ci rükətdə gəldi. Təbii ki, qapını aça
bilmədim.Yoldaşım da qapını az qalır ki, sındırsın, özüm də sözləri
ucadan deyirəm, bilsin namazdayam, gözləsin, qışqırmasın, qonşulardan
ayıbdi, gecə saat 2-di. Duamı etmədən açdım qapını və həmişəki kimi
dinləmədən başladı danlamağa. Deyirəm məsələ belədi, deyir nə olsun
gəlib qapını açardın, sonra qılardın.

Bildiyim
qədəri ilə anaya nə isə olanda saxlamaq olar namazı, bunu ona deyəndə
mənə dedi ki, demək mən sənə əziz deyiləm həə? Buna görə günlərlə məni
danışdırmadı. 

 

Artıq
7 ildir ailəliyəm. 4 ay bundan qabaq atam, yoldaşımın əmisi, əmisi
yoldaşı ilə danışıb və xəbərdarlıq edib ki, dəyişməsə, düzəlməsə qızımı
götürüb evimə aparacam. Amma nə olsun, bir ay yaxşı olur, sonra yenə
həmişəki əzablı günləri yaşayıram və çox yorulmuşam, təhqirlərdən,
etinasızlıqlardan, laqeydliklərdən, yersiz qısqanclıqlardan, dəfələrlə
yanılmaqdan... Əlimdən gələnin daha artığını etmişəm, edirəm də ailəmi
qorumaq üçün, ancaq tək əldən səs çıxmır axı... Bu günkü ağlım olsaydı,
keçmişdəki səhvlərimi etməzdim... Bir də fikirləşirəm ki, keçmişdəki
səhvlərim olmasaydı, bu günkü ağlım olmazdı.. Son zamanlar çox aqressiv
və əsəbi olmuşam. Uşaqlarıma bəzən əl qaldırıram. Deyilən sözlər, yersiz
tənələr mənə pis təsir edir, özümdən asılı deyil. Sevdiklərimin,
ailəmin, doğmalarımın yanında çox tənhayam. İntahara belə əl atmışam
amma ki heçnə alınmayıb, Allahımı, övladlarımı düşünüb vaz keçmişəm...

Atama bir də desəm bilirəm ki, məni o ailədə qalmağa qoymayacaq.
Ayrıılsam peşman olmaqdan qorxuram. Amma belə də illər keçdikcə geriyə
baxıb peşman oluram. Onu da fikirləşirəm və ürəyim ağrıyır, ancaq onunla
da alınmır. Bir-birini anlayan cütlüklərə yaxşı mənada həsəd aparıram.



İndi
sizlər deyin, bunları yaşamağa dəyər yoxsa elə ayrılsam daha yaxşıdı?
Çıxılmaz vəziyyətidəyəm. Xahiş edirəm ailəli xanımlar və bəylər fikir
bildirsinlər. Təcrübəsi olanlar yazsın, xahiş edirəm, bir də çox xahiş
edirəm, Psixoloqumuz da öz fikrini bildirsin. Lütfən....скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!