Evli kişini sevirəm, amma xoşbəxtəm - Oxucu məktubu

Evli kişini sevirəm, amma xoşbəxtəm - Oxucu məktubu
Oxucu Məktubu
10.09.2017 4
Mənim
23 yaşım var.Ali təhsilliyəm,xarici dilləri bilirəm və o üzrə
işləyirəm,adımı demək istəmirəm.Hal hazırda yaşadığım həyatım haqda
yazmaq istərdim,hər kəs bir cürə başa düşəcək məni,məni qinayacaqsız ama
yenədə fikirlərinizə ehtiyacım var.

Məktəb
vaxtlarından bir sevdiyim oğlan vardı.Bir-birimizi cox sevirdik və
çoxda inanırdıq bir-birimizə,ama hər şey o qədər də yaxşı keçmirdi bəzən
dalaşırdıq, söz-söhbətimiz olurdu amma yenə də çox sevirdim və yaxşı
olacağını düşünürdüm.Eyni şəhərdə olmağımıza baxmayaraq az-az görüşürdük
bəzən elə olurdu ki, 1 həftə 2 həftə görmürdük bir-birimizi ancaq
telfonla danışırdıq,mənim üçün də az görüşməyimiz yaxşı idi amma bir az
da pisimə gəlirdi ki,niyə maraqlanmırsan,məni görmək istəmirsən?



Məni cox sevirdi dəhşət dərərcədə qısqanırdı,məni evdən çölə çıxmağa qoymurdu.



Mən bir azad insan kimi özüm özüm haqda heç bir şeyə nə fikir bildirə
bilməzdim,nə də onun fikrini almadan heç nə edə bilməzdim,yenə də
dözürdüm amma çox bezirdim.Özümü bir əşya kimi görürdüm,sanki onun
kukulası,oyuncağı idim,o istəyəndə məni otuzdura,istəyəndə yatızdıra
bilərdi,uşaqlar oyuncaqlarını nə istəsə,necə istəsə eledikləri kimi.Məni
çox sıxırdı,məni kimsə görə,bəyənər deyə qorxurdu hətta mən özümə çox
fikir verən qızam,mənim yaxşı görünməyimi də istəmirdi.Biz çox
dalaşırdıq amma yenə də ağılsızlıq edib onun dedikərini edirdim,amma
ondan bezdiyimi deyirdim özünə bəsdi belə elemə baxmayacam ki,neçə ildi
sevgiliyik ayrılacam səndən deyirdim,elə bilirdi yalan deyirəm.



Mən
çox qürurlu qızam,evin də tək qızıyam ərköyün böyümüşəm həmişə mənim
dediyim olub amma indi kiminsə məni oyuncaq eleməsinə dözə bilmirdim.



Sakit yolla anlayışla məni başa düşsün,hisslərimə hörmət etsin
istəyirdim,görəsən çoxmu şey istəmişəm ondan?Məncə yox.Nə isə biz beləcə
davam edirdik,günlərin bir günü məni yaxşı bir idarədən işə dəvət
etdilər,bu iş mənim həyatımı dəyişəcəkdi,çox planlarım vardı.Mən onu bu
işə girməyim üçün zorla,dava-dalaşla razı saldırdım.Mən başladım iş üçün
lazım olan sənədləri yığmağa,bu iş haqqında maraqlanmağa,arada bir ora
çağırırdılar məni,beləcə işə girməyimə hələ neçə aylar vardı.Bu
ərəfələrdə mənə elçi göndərdi və mənim hərimi verdilər.Ondan sonra
dalaşmalarımız daha da çoxaldı,daha cox sıxmağa başladı məni,və nəticədə
məndə dəyişilməyə başladım.Gün-günən ondan soyuyurdum halbuki,həyatımda
ilk oğlan və ilk sevdiyim oğlan o olmuşdu.



Mənim xəyallarım vardı,hamısından soyudurdu məni.



Bir gün məni iş üçün yenə çağırdılar,mənim sənədlərimi hazırlamağı
bir oğlana tapşırdılar,ama hələ o oğlanı görməmişdim,birdən qapı döyüldü
bir oğlan içəri daxil oldu,çox səliqəli geyimi,görünüşü və danışığı
məni cəlb elədi,amma heç cürə ağlımdan ona qarşı heç nə keçmirdi.Və məni
o oğlana tapşırdılar,mən onunla birlikdə onun otağına getdim.Mənə qarşı
çox diqqətcil,çox mədəni idi,mənə iş haqqında bəzi şeyləri başa saldı
və daha çox şeyləri də öyrədəcəyini bildirdi.Beləcə mən onunla iş
barəsində görüşməyə,söhbət etməyə başladım.



Bir gün söhbətlərimiz əsnasında mənə ailəsi haqqında danışdı və mən də ona öz sevdiyim haqda danışdım.



Çox xoşbəxt olduğunu hətta bir uşağı da olduğunu dedi,mən də ona
sevgilim haqqında danışdım,ondan sıxıldğımı amma məndə xoşbəxt olduğumu
dedim.Beləcə günlər keçirdi və biz dost kimi danışmağa,səmimi olmağa
başlamışdıq,o məni tez-tez üzgün görüb soruşurdu səbəbini amma mən ona
hecnə yoxdu deyirdim.O mənə qarşı həddinən çox diqqətcil idi,mənə dəyər
verirdi.Mənə bir gün yoldaşını sevmədiyini hər gün
dalaşdıqlarını,bədbəxt olduğunu yoldaşından boşanmaq istədiyini dedi,hər
şeydən bezdiyini söylədi,"hər şeyim var evim,maşınım,vəzifəm,bir tək
xoşbəxtliyim yoxdur" dedi,mən cox pis oldum və ona "yaxşı olar,düzələr"
deyə təsəlli verməyə çalışdım,amma özüm haqqında heçnə demədim.



Beləcə
söhbətlərimizdə səmimilik var idi,günlərin bir günü məndə ona xoşbəxt
olmadığımı söylədim,yenə də onun haqqında ağlımda heç bir şey yox idi.



Get-gedə onda özümə qarşı nələrsə hiss edirdim və nəhayət o mənə
ürəyini açdı,məni sevdiyini söylədi,mənə onun ilk sevdiyi qızın məhz
mənim olduğumu dedi təbii ki,evlidi mən onun bu sözlərinə inanası
deyildim.Amma mənə o qədər dəyər,o qədər diqqət yetirirdi ki,mənə
qadınlığımı,bir xanım kimi dəyərli olduğumu,insan kimi qiymətli,dəyərli
olduğumu hiss elətdirdi.Sanki məni sevindirmək üçün,məni xoşbəxt etmək
üçün çalışırdı və hiss edirdim ki,mənim üçün elediyi şeylər üçün özü də
cox sevinirdi.



Mən
artıq sevdiyim insandan ayrılığa doğru gedirdim və artıq onan çox
bezmişdim,çünki mənə dəyər verən bir insan vardı həyatımda.



Məndə
də ona qarşı sevgi yarandı amma yenə də nə isə inamsizlığım vardı çünki
o evli idi.O,mənə dəfələrlə boşanacağını,mənimlə evlənəcəyini desə də
yenə də inanmırdım,bir gün mənə kəbin kəsdirməyimizi istədiyini
dedi,düzü çox təcübləndim amma həm də sevindim və ona inanmağa
başladım,məni itirmək istəmədiyini,mənsiz qala bilməyəcəyini,məndən
keçən yeri olmadığını dedi,və mənə sevgisini belə sübut etdi.Biz gedib
kebin kesdirdik.Artıq "axund" bizim ər-arvad olduğmuzu dedi çox
həyəcanlı idim amma səhf hərəkət etmədiyimi bilirdim,çünki artıq çox
dəlicəsinə sevdiyim insan vardı həyatımda və onunla çox xoşbəxt idim.Biz
birlikdə çox gözəl günlər keçirirdik,məni xoşbəxt etmək üçün hər şey
edirdi və buna da madiyyatı imkan verirdi.



Məni işləməyə də qoymadı "Sən artıq mənim arvadımsan,mən sənin işləməyini istəmirəm" dedi.

Mənə
heç bir qadağa qoymurdu,hara istəsəm gedirdim,ətrafımda dörd
dolanırdı,məni qoruyurdu,mənə deyirdi ki, "Sən də insansan,sənin də
istəklərin var,necə ki,mən istədiyim yerə gedə bilirəmsə,səndə gedə
bilərsən məndə səni qoruyacağam,kimsə sənə yaxınlaşamasın deyə".Məncə
elə əslində belədə olmalıdı.Hər gün mənim üçün cürbəcür şirniyatlar
hədiyyələr alırdı,hər şey edirdi mənim üçün.Halbuki,mənim heç nəyə
ehtiyacım yoxdur və istədiyim hər şeyi almağa da gücümüz çatır,və mən
hec vaxt ondan heç bir şey istəməmişəm,o özü mənim üçün hər şey edib.



İndi 9 aydir ki,kəbinliyik və hər şey çox gözəldir,çox xoşbəxtik.



Məni
ailəsi ilə də tanış edib sadəcə onun boşanmağını gözləyirəm,amma mən
onun ailsəinin dağılmasına səbəb olmamışam,o özü bunu özü üçün
edir.Bəli,bu bir həqiqətdir ki,mən evli kişi ilə birlikdəyəm və çox əzab
çəkirəm buna görə,düzdü onların ailəsi yox kimidi hətta yoladaşı ilə
danışmır belə amma yenə də dözə bilmirəm.Sevdiyim insanı kimləsə paylaşa
bilmirəm,o yalnız mənə aiddir.Amma bizim andımız var söz vermişik
ki,səbirlə gözləyəcəyik hər şey yaxşı olacaq.Məni qınaya bilərsiniz,amma
bu mənim həyatımdır,əzabını da,xoşbəxtliyini də mən bilirəm.İlk dəfə
bir insanın mənim üçün bütün əzablara,bütün çətinliklərə dözdüyünü
görürəm,o mənim üçün,məndə onun üçün mübarizə aparırıq.O mənim əsl
sevgimdir,və gecikmiş sevgimdir.



Biz
ürəyimizdə olan o sevginin aclığını bir-birimizdə tapdıq.O evli ola
bilər amma mən onun həyatında ikinci yox birinci qadınam və ilk
sevgisiyəm.Mən ikinci olmağı qəbul edə bilmirəm və ilk mənəm.İnşallah
hər şey yaxşı olacaq mən sadəcə xoşbəxt olmaq istəyirəm.Amma qətiyyen
düşünməyin ki,mən onun ailəsini dağıdıram,mən olmuyanda da o
evliliyindən razı deyildi.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!