Bir gecəlik səhv mənim və rəfiqəmin həyatını qaraltdı - oxucu məktubu

Bir gecəlik səhv mənim və rəfiqəmin həyatını qaraltdı - oxucu məktubu
Oxucu Məktubu
10.09.2017 20
Salam. Adım Gültəndi, 21 yaşım var.
Artıq 3 ildən çoxdur ki, İstanbulda yaşayıram ve burada təhsil alır,
həm də çalışıram.
Son 3 ay bundan əvvələ qədər hər şey öz axarı ilə davam edirdi. Burada
azərbaycanlı rəfiqəmlə bərabər kirayə tutduğumuz evdə yaşayırdıq.
Azərbaycanlı bir oğlanla tanış olmuşdum.
O da bura təhsil almağa gəlmişdi. Adı Orxan idi. İlk vaxtlar
münasibətlərimiz sadəcə dost səviyyəsində idi. Zamanla mən Orxana bağlandım, gecə- gündüz
onu düşünürdum.
Onun da mənə qarşı eyni hisslər bəslədiyini bilirdim.
İstanbul sanki bizim şəhərimiz idi, Fateh Sultan Mehmet bu şəhəri sanki
bizim üçün fəth etmişdi. Bir-birimizə bağlılığmız günü-gündən artırdı.
Rəfiqəmin Orxandan xoşu gəlmədiyini hiss edirdim və bunun qısqanclıq
olduğunu düşünür , əhəmiyyət vermirdim. Ad günümdə Orxan məni və
rəfiqəmi şam yeməyinə dəvət etdi.
Rəfiqəm əvvəlcə etiraz etsə də, ad günüm olduğu üçün təklifimi qəbul
etmək məcburiyyətində qaldı. Çox lyuks bir restoranda Orxan bizi
qarşıladı və bizə ayrılmış masaya yaxınlaşanda gördük ki, Orxanın dostu
Fuad da ordadır. Orxan bizi tanış etdikdən sonra, əyləşdik. Gecə yarıya
kimi ad günümü yeyib- içərək, deyib gülərək qeyd etdik. Həmin gecə
boyunca Fuadın rəfiqəmdən gözünü çəkmədiyin sezmişdim. Çox içdiyimiz
üçün gecəni Orxangildə keçirtdik.
Həmin günün səhərisi rəfiqəmin səsinə oyandım və onun ağladığını gördüm.
Səbəbini soruşanda ilk öncə inana bilmədm. Rəfiqəm gecəni Fuadla
yaxınlıq edərək keçirtmişdi və bunu içkili olduğu üçün qeyri- iradi
etdiyini mənə ağlayaraq başa salmağa çalişırdı. Mən ona təsəlli verdim
və bunu unutmağını söylədim. Bu olanları Orxana danişdim, o isə bunun
adi hal olduğunu söyləyərək öz dostunu müdafiə etdi və onunla aramızda
böyük bir mübahisə oldu. Bir neçə gün Orxanla danışmadım.
Gözləmədiyimiz , inanmaq istəmədiyimiz bir şey oldu.... Bəli, rəfiqəm
hamilə idi. Mən Orxanı evə çağırdım və baş verənləri danışdım.
Orxanın sözləri isə məni şoka saldı . Rəfiqəmin abort etdirmək lazım
olduğunu soyuqqanlılıqla söylədi və bunun böyüdülməməsinin hər kəs üçün
yaxşı olcağını bildirdi. Rəfiqəm, artıq neçə gün idiki otağından kənara
çıxmır, mənimlə belə danışmırdı. Bir gün sonra Fuadla danışmaq üçün
onlara getdim.
Orxan mənə Fuadın artıq burada olmadığını və şəhəri tərk etdiyini
söylədi. Mən Orxanın yalan söylədiyini hiss etdim və Orxan məni təhqir
etməyə başladı. Mən bir neçə gün Fuadı axtardım ama tapa bilmədim . O
gündən etibarən Orxanla bir daha görüşmədim , rəfiqəm isə məndən
xəbərsiz Bakıya qayıtmışdı.

Sizcə burada kim günahkardır?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!