Sizcə mən xoşbəxtəmmi? - oxucu məktubu

Sizcə mən xoşbəxtəmmi? - oxucu məktubu
Oxucu Məktubu
10.09.2017 14
Salam. Anonim olaraq paylaşsanız sevinərəm. Məni maraqlandıran bir suala cavab tapmaq istəyirəm. Sizcə mən xoşbəxtəmmi????

2
il yarımdır ailə qurmuşam. Həyat yoldaşım çox , çox yaxşı insandır,
ancaq qaynanamdan mənə Allahın günü yoxdur. Geyimimdən tutmuş hər şeyimə
qarışır. Atamgil bizə gələndə sumkasını güdür, görüm nə gətiriblər.
Bütün günü istəyir ki, onun yanında olum, bir rəfiqəmlə danışmayım, öz
otağıma çəkilib 1 saat özümlə baş-başa qalmayım. Anam rəhmətə gedib,
atamda da şəkər xəstəliyi var.Bütün günü ögey anama qeybət edir ki,
qızın qaynana, qaynata ayağı yumur, saat 11-də gedib yatır, nə bilim
e..hansını yazım bilmirəm ?! Atam da xəstə adamdır, fikir edir, şəkəri
qalxır. Bax , bütün günü qabaqlarında qulam , çayını da süzməz özü,
yatdığı yeri də yığmaz. Hörmətini saxlayıram, cavabını qaytarmıram, bəs
mən bundan artıq nə edim , nə ?

Bezmişəm
həyatdan , birdən çıxıb getməyim gəlir, amma yoldaşım yaxşı biri olduğu
üçün dayanıram. Həm atam da xəstədir, ürəyi götürməz, ona görə də bütün
günü lal-dinməz otururam , onlar televizorda nəyə baxsa, mən də ona
baxıram, günüm maraqsız keçir. Mənə məsləhət verin, nə olar. Heç kimə
dərdimi deyə bilmirəm.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!