Əcəlimi gözləmək çox çətindi... - oxucu məktubu

Əcəlimi gözləmək çox çətindi... - oxucu məktubu
Oxucu Məktubu
10.09.2017 7
Salam
mən bu məktubu sizə yazmaqla dərdimi azda olsa yüngülləşdirmək və hər
bir şəxsdən uşaq böyük fərq etməz, məsləhət almaq istəyirəm. Mənim 23
yaşım çox pisəm bu saat..

Həyatım
çox acı, dözülməz olub. Özüm nə imkanlı, nə də kasıb ailənin qızıyam.
Orta səviyyəli Azərbaycan ailəsində dünyaya gəlmişəm. Şükür indi atamın
imkanı yaxşıdı. Bunları deməkdə məqsədim, yəni heç bir maddi çətinliyim
yoxdu. Erkən yaşda nigaha girmişəm. Düzü öz istəyimlə olmuyub, amma
məcbur da olub deyə bilmərəm. Evdən dediler, heç anlamırdım. Ailə nədi,
amma "hə" dedim. Düzü hə deməyimə gərək yox idi. Hə deyilmişdi artıq.
Mən biləndə. Ailə qurdum ilk bir ili çox xoşbəxt idim. Amma sonradan
ailəm uğursuz oldu. Heç vaxt fikir çəkmirdim bununla bağlı qismət deyə
düşünürdüm. Övladlarım oldu. düşünürdüm ki, övladlarım varsa, hər şey
düzələr. Amma heç nə dəyişmədi. Yoldaşımla münasibətim normaldı. Amma
ideal ailəmiz yoxdu. Biz evli olduğumuz müddətdə az bərabər yaşamışıq.
Çünki anlaşa bilmirik. Çox pis günlər keçirirdim. Döyülmələr, zülmlər və
nəhayət baş bəlası olan xərçəng xəstəliyini tapdım.  Bu məndə qorxudan
yaranıb, Həkimlər belə deyirlər. Müalicələr aldım, hətta dərəcə kimi 2-
ci dərəcə verildi xəstəliyimə. Bu xəstəlik mənim qanımdadı. Tək qan
xərçəngi deyil, böyrəyimdə də problemim var. Hətta əməliyyat olmuşam. Bu
saat çox pisəm. Arada ağrılarım çoxalır. Bu yaxınlarda həkimə müraciət
etmişdim. O, mənə dedi ki,  şükür heç bir xəstəlik yoxdu. Sağalmısan.
Çox sevinirdim. Uçmağa qanadım yox idi. Amma dünən ağrılarım yenə
tutanda evdə eşitdim ki, artiq sayılı günlərim qalıb. Bu sözü anam dedi:
- Artıq ağrıları başlayır. Mənim üçün dua etdi. Ya Rəbbi mənə bala dağı
göstərmə. Mən anamın dediklərini arxa otaqdan eşitdim.  Bir neçə gün
öncə yoldaşımın evinə qayıtmışdım. Amma çox qalmadım orada. Yenə atamın
evinə gəldim. Həkimə getmək üçün. İstədim ki atamın evinən həkimə gedim.
Mən indi düşünürəm ki,  intihar edim. Çox düşünürəm. İndi yaxşıyam.
Amma bir azdan bəlli olmayan vaxtda tutur, ağrılarım. Dəhşətdir, heç bir
ağrıya bənzəmir bu ağrı. Allah heç kimə yaşatmasın bu ağrıları...

Maddi
vəziyyətimiz yaxşıdır. Heç bir maddi köməyə ehtiyacımız yoxdu. Müalicə
oluram, ama onun da köməyi olmur. Siz mənə məsləhət verin. Mən intihar
edim ya əcəlimi gözləyim? Artıq dözə bilmirəm bu ağrılara... Yaşamağa
həvəsim qalmıyıb.

Xahiş
edirəm məktubumu gülüş obyektinə çevirməyin. Əsəblərim normal deyil.
Bəlkədə hamıya adi görünə bilər. Ama mənə böyük dərddi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!