Böyüklərin cehiz davasına görə nişanlımla ayrıldıq - Oxucu məktubu

Böyüklərin cehiz davasına görə nişanlımla ayrıldıq - Oxucu məktubu
Oxucu Məktubu
10.09.2017 11
"İki il əvvəl bir oğlanla tanış oldum. Münasibət qurduq. Sonra iş
ciddiləşdi. Elçilik-filan... Nişanlandıq. Mənim ailəm elə də imkanlı
ailə deyil. Yəni bahalı mebel, cehiz almaq iqtidarında deyildik. Amma
hiss edirdim ki, oğlanın anası bir az şöhrətpərəstdir. Arada-sırada
cehiz söhbətlərini birbaşa deməsə də, mənə, anama eşitdirirdi. Anamı
qoymurdum ki, bu söhbətlərə görə onunla mübahisə edib, münasibətləri
soyutsun. Deyirdim ki, yəqin düzələr, hər ailədə toy qabağı olur bu
söz-söhbət. Bir gün oğlanın anası bizə gəldi, başladı cehizlərimi
qurdalamağa ki, bəs nə almısınız, nə qoymusunuz? Sonra da cehizlərə
baxdıqca, hərəsinə bir mız qoydu. Beləcə, anamla mübahisələri başladı.
Günlərlə bu mübahisələr genişləndi. Biz nişanlımla ha çalışdıq ki, bu
söhbətlərə fikir verməyək. Bir-birimizi çox istəyirdik. Böyüklərin cehiz
davası, əsas da oğlanın anası artıq bizim məsələni prinsip məsələsinə
gətirib çıxardı. Və beləcə, bağlar qırıldı. Nəhayət, biz ayrıldıq. İndi
eşitmişəm ki, oğlan evlənib. Nişanlısı o qədər cehiz gətirib ki, oğlanın
ata-anasının onlara aldıqları evə sığmayıb. Eyni narazılığı aldığı
qızın anası edib ki, bəs böyük ev alardınız..."

 

Qəhrəmanımız Nigar Hacıyeva üzünün göstərilməsini istəməsə də, başına
gələn bu əhvalatı çoxdan ictimailəşdirmək istədiyini bildirib. Nigar
deyir ki, yaxınlarda bənzər hadisə ilə qarşılaşıb və bu, ona  daha öncə
yaşadıqlarını xatırladıb. Başına gələnlərdən dərs çıxaran müsahibimiz
deyir ki, yaşadığı bu problemi başqalarının da yaşamasını və hansısa
əşyaya görə münasibətlərin korlanmasını istəmir. Biz də Nigarın
müraciəti əsasında mövzunu gündəmə gətirdik.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!