Həyat yoldaşımın başqa ailəsi olduğunu öyrəndim - oxucu məktubu

Həyat yoldaşımın başqa ailəsi olduğunu öyrəndim - oxucu məktubu
Oxucu Məktubu
10.09.2017 31
Salam.
Sizə yazmaqda məqsədim sizin də fikrinizi bilməkdir. Iki gündür çox pis
haldayam .Sanki havadayam. Əlim yerdən göydən üzülüb. Demək,belə...

9
ildir ailəliyəm. Yoldaşım Rusiyada yaşayıb, işləyib. Sevib
evlənməmişik. Ailəm yoldaşım ailəsi ilə tanış idi. Böyüklərin məsləhəti
ilə ailə qurduq. 

Aramızda
10 yaş fərq var. Evləndikdən sonra məni də Rusiyaya gətirdi 1 ilə yaxın
övladımız olmadı. Qaldım həkimlərdə, infeksiyadan müalicə götürdüm. Nə
isə, bir qızımız dünyaya gəldi. Sevincimin həddi hüddudu yox idi. 1il
keçmiş ikinci dəfə hamilə qaldım. Birdə oğlumuz dünyaya gəldi.

Pis
dolanmırdıq. Yəni ailedə yüngül söz söhbətlerimiz olurdu, bu da çox
uzun sürmürdü. Təzə vaxtlar onun gec gəlməsini həzm edə bilmirdim. O isə
bunun işlə bağlı olduğuna məni inandırırdı. Bəzənsə söz söhbət olmasın
deyə susurdum. Artıq qızım 1ci sinifə gedir. Oğlumsa gələn il gedəcək. 

Vəə....
Bu yaxınlarda tesadüf nəticəsində, onun bir ailəsi olduğunu örgənmişəm.
Bütün dünyam yıxılıb. Üzünə baxa bilmirəm, heç nə də deməmişəm hələki.
Necə edim? bilmirem. Susum və heç nə olmamış kimi həyatıma davam
edimmi?Yoxsa hər şeyi onun üzünə deyim və son qoyum?Bes uşaqlarım?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!