Taleyimin geri aldığı hədiyyəsi - Oxucu məktubu

Taleyimin geri aldığı hədiyyəsi - Oxucu məktubu
Oxucu Məktubu
10.09.2017 34
Bu barədə fikirlərimi kimsə ilə bölüşmürəm. Hər kəsin məni tənqid edəcəyindən qorxuram.

Elə
çoxdandır bu barədə ən azından xəbər hazırlamaq istəyirəm, lakin
cəsarətim çatmır. Sonunda bu gün qərara gəldim: Dərdimi bacılarımla
bölüşəcəyəm. Mütləq.. Yoxsa içimi didib-dağıdır bu kədər.

Kim
bilir hansı yaxşı əməlimə görə ALLAH onu mənə bəxş etdi və kim bilir
hansı mənfi əməlimə görə geri aldı. Nəydi görəsən günahım? Günahım nə
idi ki, üzünü belə görmədən itirdim onu. Ürəyimin altında hiss etdiyim
övladımın xəyalı ilə yaşadım. Ad da fikirləşirdim ona. Halbuki oğlan ya
da qız olduğu barədə heç bir təsəvvürüm yox idi. Bütün gələcəyini
planlaşdırırdım. İkinci dəfə analıq hissini yaşamaq çox gözəldir. Ana
olmaq gözəldir, bütün xanımlarımıza arzu edirəm bunu. Amma mənim kimi
yox...



Qızılgül olmayaydı,

Saralıb-solmayaydı,

Bir ayrılıq,bir ölüm,

Heç biri olmayaydı.

Rəhmətlik
nənəm həmişə göy üzünü seyr edə-edə bu bayatını oxuyurdu. O vaxt mənə
müəmmalı gəlirdi. Amma indi hiss edirəm bu bayatıdakı dərdi-qəmi.
Neyləyirəm o qızılgülü ki, sonra olmayacaq? Qoxusunu hiss etməmiş
itirəcəyəm onu....Göz yaşları məni ovundurmur, qəti ovundurmur.
Saatlarla bu barədə danışsam da ovunmayacağam. Onu geri istəyirəm. Amma
bilirəm ki, mümkün olmayan bir şeyi istəyirəm.

Bir ananın çəkə biləcəyi ən ağır dərdi də yaşadım. Görəsən daha hansı sınaqlar gözləyir məni? Bundandamı çox ağrı yaşayacağam?

Bilmirəm.....Heç
nə bilmirəm. Yalnız onu bilirəm ki, kimsəyə bu dərdi arzulamıram.
Ətrafdakılar hiss etməyə bilər, amma ana üçün övlad elə övladdır. övlad
itkisi isə ölümə bərabərdir, bəlkə daha ağırdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!