Bütün arzularım puç oldu! - Oxucu məktubu

Bütün arzularım puç oldu! - Oxucu məktubu
Oxucu Məktubu
10.09.2017 27
Salam.
Mən sizdən məsləhət isdəyirəm... 15 yaşımda ailə qurmuşam. Sevməmişik
bir-birimizi sadəcə valdeyinlər məsləhət bilib! Mən Rusiyada oxuyurdum
5-ci sinifdən məni çıxardıb gətirdilər Vətənimizə. O-bu elçi gəlirdi
bizə. Anamgil vermirdilər... Necə oldusa bu yoldaşıma verdilər məni. 1
il idi ki, nişanı qayıtmışdı yoldaşımın, biz də bilmirdik. Yeni
gəlmişdik deyə, tanımırdıq oğlanı. Bir gün bunlar elçi gəldi verdilər
məni yoldaşıma, heç 2 ay nişanlı qalmadıq tez toy etdilər. Toyumuzun
səhəri pis günlərim başladı. Qaynatam mənə gün verib işıq vermirdi!
Atamgillə danışmağa qoymurdular telefonumu aldılar əlimdən. Hər gün evdə
heç nəyin üsdündə dava- qırğın düşürdü. Məndə qorxurdum, hətta
qorxumdan mətbəxə belə girmirdim ac qalırdım. Yoladaşım da həmişə  gecə
12 -də gəlirdi evə, kefdə idi! Hər gün bir qızın yanında olurdu. Mənim
də heçnədən xəbərim yox idi. Bir gün telefonunda tutdum qızla
mesajlaşdığını. O, gündən izlədim bunu.

Qaynanam
da Allahın bəlası idi! Deyirdim ki, oğlun bu hərəkəti edir. Mənə
deyirdi ki, əcəb edir cavandı tək səinlə vaxtdını keçirməyəcək ki,
gününü keçirdir. 1 ildən sonra bir oğlumuz oldu!

Qaynatamgil
doğum evinə belə gəlmirdilər. Yoldaşım baxmırdı mənə. Doğum evindən
çıxdım məni gətirdilər evə, Anamgil uşaq üçün beşik aldılar. Anamgil
getdikdən sonra qaynatam məni döydü ki, sən niyə onlardan pul isdəmirdin
beşik aldırırdın. Zaman beləcə keçdi!

İndi
yoldaşımla tək yaşayırıq. Amma yoldaşım məni saymır, elə bil mən
yoxmuşam kimi davranır. Gündə bir qızla danışır, görüşür. Deyəndədə ki,
niyə belə edirsən ?Qeyir mən beləyəm belə də olacam. Hər dəfə məni döyür
təhqir edir, mən bezmişəm artıq.


edəcəyimi bilmirəm. Çarəsini də boşanmaqda görürəm. Övladıma görə
qalmışam. Mən nə edim ,ay bacılar? Kömək edin mənə, məsləhət verin.
Əsəblərim pozulub, hər gün səhərə kimi ağlayıram. Evə gec gəlir
yoladaşım. Mən ailənin nə olduğunu bilmədim. Mənə gündə bir söz deyir
gah deyir arıqsan ..nəbilim beləsən... Bezmişəm ...bu məktubu da də
ağlıya-ağlıya yazdım. Çox ehtiyacım var, dərdləşəməyə, məsləhət almağa
mənə kömək edin.   скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!