Qulluqçu ilə yataqda... - Hekayə

Qulluqçu ilə yataqda... - Hekayə
Oxucu Məktubu
10.09.2017 18
Sizə öz acı taleyimdən danişmaq istəyirəm…



Məni valideynlərim çox ərköyün böyütmüşdülər. Hər istədiyimi edirdilər.

Hətta məni pullla Ali məktəbə də qoydular. Bir gün atamın uzaq qohumlarından çox yaraşıqlı bir oğan mənə elçi düşdü, onu sevdim ,həm də çox sevdim.

Onlar imkansız idilər, atam toyda həyat yoldaşıma maşın aldı. Pulla diplom belə aldı. 3 otaqlı mənzilin açarlarını bizə verdi.



Çox xoşbəxt idim. Amma eĺə toy günümüzdə bir qız ağlıya -ağlıya gəldi, onunla evlənsəm özünü yandıracağını dedi. Yoldaşım elə laqeyd qarşıladı ki bunu…

Nə isə…Evləndik.Ilk aylar hər şey gözəl idi. Bir gün atam məni babamın yasından evimizə apardı. Qapı arxadan bağlı idi. Açarla aça bilmədik. Atam hirslənib qapını qırdı evə keçdik, yatağımız qarmaqarışıq idi. Evdə heç kim yox idi eyvanın qapısı da açıq idi. 8-CI mərtəbədə olmamamıza rəğmə qonşunun eyvanına keçib qaçmışdılar. Boynuna almadı, barışdıq, sonra da dəfələrlə maşınında müxtəlif qızlar görmüşdūlər. Hər dəfə də çox sevdiyim üçün bağışlayırdım.

Atamın aldığı evi satdı, qızıllarımı xalasıgil oğurladı…Atam otaq verdi bizə, orda qalirdıq , yenə məni alçaldır, bizdən istifadə edirdi.

Həkim işləyirdim, işdən çıxmamı istəyirdi, amma aldığım maaşı da qəpiyinə kimi əlimdən alırdi.



Beləliklə, beş il bir yerdə yaşayırıq, 2 oğlumuz da var. Biri anadangəlmə xəstədir, çox ağır xəstədir, sağalması mümkün deyil.

Bu yaxınlarda qaynanamgilə getmişdim, qapı ačıq idi. Mətbəxdən səs gəlirdi, qaynanam telefonla danişırdı, mane olmamaq üçün otağa keçdim ki, yataq otağında əynimi dəyişim, şok oldum….



Həyat yoldaşım qulluqçu qızla anasının yatağında…Qışqırmışam və ürəyim gedib…

Nə isə… bu iyrəncliyi də bağışladım. Hətta o qızdan bir qızi da oldu…

Nəhayət, yəyatımın ən ağır zərbəsini aldım ondan. Işlədiyi müəssisədə 300 000-dən çox dövlət malını mənimsədikləri üçün neçə işçi tutuldu, həmçinin mənim yoldaşım da onların içində idi. 12 il azadlıqdan məhrum etdilər.

12 il…Sizcə belə kişini gözləməyə dəyərmi?

ikinci dəfə ailə qurmaq fikrim yoxdur, deyirəm, bəlkə oğlanlarımın xətrinə gözləyim onu…

Amma bütün yaxınlarım ondan boşanmamı istəyirlər. Bilmirəm nə edim.

Həkim işləyirəm. Ayaqlarım üstündə durmağı bacarıram, amma etiraf edim ki, hər şeyə rəğmən onu sevirəm….скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!