Ərim şorgöz olduğuna görə ona xəyanət etdim - Oxucu məktubu

Ərim şorgöz olduğuna görə ona xəyanət etdim - Oxucu məktubu
Oxucu Məktubu
10.09.2017 27
Həyatda çox səhvlərim olub. Sizinlə paylaşmaq istəyirəm ki, siz də o səhvləri etmiyəsiniz. Həyat yoldaşımla sevərək evlənmişdim. Pis də yaşamırdıq. Bircə ərimin şorgözlüyü mənə əzab verirdi. Harda qadın, qız gördü baxırdı, üzümü çevirməyə peşman olurdum. Birinə öpüş göndərirdi, birinə göz vururdu, başqasına nömrə verirdi.

Əslində mənimlə çox yaxşı rəftar edirdi. Əlinin içində saxlıyırdı, 2 öladımız var idi. Neyniyirdim o xasiyyətini tərgitdirə bilmirdim…
Mən çox gözəl, baxımlı, savadlı, ev işlərində bacarıqli biriyəm. Yəni bizim bircə problemimiz ərimin şorgözlüyü idi. Bu məni çox alçaldırdı, gecəm – gündüzüm yox idi. Ürəyimdə olan o iztirabı necə sakitləşdirə bilərdim? Və qərara aldım ki, mən ona xəyanət edəcəm.

Bəzən sifarişlə tortlar bişirirdim. Yaxındakı firmada ad günü, özəl günlər olanda mənə müraciət edirdilər. Orada bir cavan oğlanin mənə xüsusi diqqət etdiyini hiss edirdim. Bir gün tortu gecə aparmalı oldum, ərim ofisə girdiyimi görüb, maşında çıxmağımı gözləyib ki, birlikdə evə gedək, gecikdiyim üçün arxamca gəlib ofisə və məni həmin oğlanla tutdu.

Çox utanıram, çox peşmanam. Nə isə. İndi boşanırıq, uşaqlarımı da əlimdən alır. İndi fikirləşirəm ki, düz etməmişəm. Amma bütün olanlar tək mənimmi günahımdır?

Burda da hamı məni qınayacaq. Hazıram hər şeyə. Bilirəm çox böyük günah etmişəm. Kaş ki, nəyisə dəyişə bilsəydim.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!