Dünyann birinci xanımları

Dünyann birinci xanımları
Qadın dünyası
10.09.2017 61
Dünyann birinci xanımları
Dünyanın
birinci xanımları: Siyasətçi,fotomodel, iş adamı ,evdar qadın...Onlar
dəbi diqtə edirlər, onlar daima diqqət mərkəzindədirlər və məhz onlar
milyonların pərəstiş obyektidirlər. Bu xanımlar birincidirlər.Öz
ölkələrinin birincisi...Burlaxatun sizə dünya prezidentlərinin
xanımlarını tanıdır-1-ci xanımlar?...
 
                                                                                                 Svetlana Medvedeva
 
                
          
 
 
Svetlana Medvedeva 1993-cü ildən Rusiya prezidenti Dmitriy Medvedevin xanımıdır. Ixtisasca iqtisadiyyatçı olan xanım Medvedeva,
1995-ci
ildə oğlu dünyaya gəldikdən sonra işləmir, oğluna baxır. Avropada və
Rusiyada sosial-mədəni layihələrin həyata keçirilməsi ilə məşğuldur.
Sosial-mədəni təşəbbüslər Fondunun təsisçisi və rəhbəridir. Öz ana
dilindən başqa Fransızca bilir.
 
                                                                                                        Karla Bruni 
 
                     
        
 
              
             
 
 
Karla
Bruni- Fotomodel və müğənni,gözəl və yaraşıqlı xanım. Həm də 1-ci
xanım. Fransanın 23-cü prezidentinin ,3-cü xanımı Karla Bruni 1997-ci
ildə podiumu tərk edərək ,yalnız müəğənni kimi fəaliyyətini davam
etdirir. 2008-ci ildə ,artıq 1-ci ledi olduğu dönəmdə 3-cü albomu işıq
üzü görüb. Albom satışa çıxdığı ilk 3 gün ərzində 14 100 nüsxə albom
satılıb. İlin sonunda isə artıq 500 000 nüsxə albom satışa çıxarılır
və onlardan 300 mini yalnız Fransada satılır. Karla Bruni siyasi
fiqur olmadığını iddia edir. Onun qeyri-adi hərəkətləri bu gün də
insanları şoka salır. Fransanın yüksək kübar cəmiyyətinin nüfuzlu
jurnallarından olan "Point Di Vue", Fransanın birinci xanımı Karla
Bruninin çox az iş gördüyünü və sıravi insanlarla təmasda olmadığını
söyləyərək onu Fransanın köhnə
kraliçası
Marie Antoinetteyə bənzədib. Aristokratların həyatlarını araşdıran
həftəlik jurnal, Bruninin foto şəkillərini, çox rahat bir həyat yaşayan
və 1793-cü ildə vətən xaini olmaqda suçlanaraq ilyotinlə başı kəsilən
Antoinetteninkilərlə yan-yana verdi. Jurnalın "Eyni duruş, eyni
baxış, eyni gülümsəmə" cümləsini istifadə etdiyi yazıda iki qadının da
dizaynçılarından əlindən çıxma paltarlara
olan ehtirasına toxundu.
                                                                                                             Sara Braun 
 
                  
      
 
 
Sara
Braun - Böyük Britaniyanın baş nazirinin xanımıdır.Solğun, göz
qamaşdırmayan sakit tərzə malikdir. Son illər KİV xanımı Braunu özünü
Karla Bruniyə bənzətməkdə günahlandırır. Sara Braun bir neçə xeyriyyə
fondunun rəhbəridir.
                                                                               
                                                                              Əsmə Əsəd
 
 
             
         
Əsmə
Əsəd-Suriya prezidentinin xanımıdır. 3 uşaq anasıdır. 2008-ci ildə
Fransanın "Elle" jurnalı xanım Əsədi "Planetin ən zərif 1-ci ledisi"
adına layiq görmüşdü. Xanım Əsmə Əsəd tez-tez televiziya ekranlarında
görünür və istənilən mövzuya dair öz açıq fikirlərini
söyləməkdən çəkinmir.
                                                                                                           Lorin Xarper
           
       
 
Lorin
Xarper- Kanadanın baş nazirinin xanımıdır. Bütün boş vaxtını
fotoqrafiya sənətinə həsr edir. İxtisasca jurnalist və fotoqrafdır.
Dizayn şirkətlərindən birinin sahibəsidir. Əl işləri ilə məşğuldur.
Eyni zamanda pişikləri ,ekstrimal idman növlərini sevir. Həyat
yoldaşının siyasi baxışlarını dəstəkləyir. Uşaqları dünyaya gəldikdən
 sonra biznes və siyasətdən kənarlaşıb.
         Evelin İlves
 
                
         
 
 
Evelin
İlves- Estoniya prezidentinin xanımıdır. Bütün pulunu vizaj,
kosmetologiya və idman məşğələlərinə xərcləyir. İş qadınıdır.Bağçılıq,
mətbəx və əl işləri ilə məşğul olur. Öz əli ilə tikdiyi libasları
xeyriyyə auksionlarında satışa çıxardır. 
                                                                                                           
                                                                          Şantal Biyya
 
              
    
Kameron
prezidentinin xanımı Şantal Biyya Afrikadakı ilk QİÇS əleyhinə
beynəlxalq mərkəzin təsisçisi və rəhbəridir. Xanım Biyya
xeyriyyəçiliklə məşğuldur. Birinci ledilər arasında öz saç düzümü ilə
seçilir. Kamerunda xanım Biyyanın tərzi xanımlar arasında dəbdədir. Bu
tərz Şantal Biyya tərzi adlanır.
 
                                                                                                         Mişel Obama
                   
   
 
ABŞ-ın
44-cü prezidentinin xanımı hüquq elmləri doktoru Mişel Obama bu
ölkənin tarixində ilk qaradərili birinci xanımdır. Geyim və həyat
tərzinə görə xanım Obama Jaklin Kennedi ilə müqaisə olunur. O, prezident
iqamətgahının baxçasında ekoloji təmiz tərəvəzlər
yetişdirir.
Xanım Obama Elyanora Ruzveltlə müqaisə olunur. Məhz Elyanora Ruzvelt
Böyük Depressiya zamanında evinin həyətində meyvə-tərəvəzlər
becərirdi. 
                                                                                         Moza Nəsir Əl-Misned Qətərin
 
              
       
 
Qətər əmirinin ikinci xanımı Moza Nəsir Əl-Misned Qətərin təhsil və elm fondunun rəhbəridir.
 
                                                                                                     Hayrünnisə Gül
 
                 
    
 
Türkiyə
prezidenti Abdulla Gülün xanımı, 3 oğul anasıdır. Hayrünnisə Gül
xanımlar arasında özünün baş örpəkləri ilə məşhurdur.Xanım Gül heç
vaxt dövlət başçısının iqamətgahına dəvət olunmur.Türkiyədə hakimiyyət
və dövlət orqanlarında hicab qadağan olunub. 44 yaşlı Hayrünnisə nənə
olmağı dadını çıxardır. Qızı Kübra yenicə ana olan Türkiyənin birinci
xanımı nəvəsinə Bağdad mağazalarında gərəkli pal-paltar alarkən
kameralarla  yaxalanmışdı.
 
                                                                                                      Tobeka Madiba 
 
           
     
 
Ceykob
Zuma çoxarvadlılığı dəstəkləyən ilk CAR prezidentidir. 8 arvadı olan
prezident , fotoda xanımlarından biri- Tobeka Madiba ilə birlikdədir.
Xanım Madiba sevgilisinin əhatəsində şad-xürrəm ömür sürməklə
günlərini keçirir.
 
                                                                                                     Mehriban Əliyeva
 
       
 
 
 
 
 
 
Mehriban
Əliyeva digər birinci xanımlardan fərqli olaraq bir-başa ictimai və
siyasi fəaliyyətlə məşğuldur. 1995-ci ildə Mehriban Əliyevanın
təşəbbüsü ilə hal-hazırda onun rəhbərlik etdiyi Azərbaycan
Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə Mehriban
Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç
dildə (Azərbaycan, ingilis və rus) çap olunan Azərbaycan - rus
jurnalını təsis edib. 2005-ci ildə Azərbaycanda keçirilən sosioloji
sorğuya əsasən Mehriban Əliyeva "İlin qadını" adına layiq görülüb.
2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik
fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin
dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun
möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın "Yüzilliyin
mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaçı" ordeninə
layiq görülüb. 2005-ci ildə fəlsəfi elmləri namizədi alimlik dərəcəsi
alıb. Mehriban Əliyeva İSESCO-nun , UNESCO-nun xoş məramlı səfiri
,"Qızıl ürək" beynəlxalq mükafatı, Fransa prezidenti Nikolya
Sarkozinin sərəncamı ilə "Zərif Legionu" ordeninin zabit dərəcəsinə də
layiq görülüb. Times xanım Əliyevanın Fransaya səfəri zamanı yazırdı:
" Mehriban Əliyeva Dauninq Stritdə idi. O, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin xanımı, həkim, YUNESKO-nun səfiri, üç uşaq
anasıdır, iki nəvəsi var. Özünü gözlə, Karla Bruni, şəhərdə cazibədar
yeni birinci xanım var.Bu, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin xanımı, üç uşaq anası, iki nəvəsi olan, peşəkar həkim,
jurnal təsisçisi, Azərbaycan Gimnastika Federasiyasının prezidenti,
xeyriyyəçi əməllərinə görə Qızıl Ürək beynəlxalq mükafatına layiq
görülmüş,YUNESKO-nun xoşməramlı səfiri, 44 yaşlı Mehriban Əliyevadır.
Çox söz-söhbət dolaşır ki, Sara Braun hər şeydən bezmiş ərinin imicini
qaldırmaqla məşğul olur .Görəsən bu yolda o, Azərbaycanın birinci
xanımının şöhrətindən yararlanmağa ümid edir?"
                                                                                                           
         Raniya
 
 

 

 
İordaniya
şahzadəsi-Raniya özünü əsl ərəb qadını hesab edir. Amma buna
baxmayaraq qərb modellərinin bədən formasına malikdir. Xanım Raniya 4
uşaq anasıdır. 2003-cü ildə " Dünyanın Eliqantlıq şəhzadəsi" seçilən
1-ci xanım , Qeyri Hökumət Təşkilatlarından birinin rəhbəridir. O,
Qadınlara ölkənin iqtisadi həyatında aktiv iştirak etməyə yardım edir
və qadın iş adamlarına təkan verir. Raniya qadın və uşaqların
hüquqlarının müdafiəsinə qalxan ,1-ci xanımlar sırasında
liderlərdəndir.
                                                                                               
     Sandra Rudolfs
 
 
 
  

 
Sandra
Rudolfs-Gürcüstan prezidentinin xanımıdır. Alman,rus, fransız,ingilis
dillərini mükəmməl bilir. Sandra Gürcüstan vətəndaşlığını 2008-ci
ildə qazanıb. Sandra Rudolfs yüksək zövqə malik xanımlar
siyahısındadır. Fleyta və fortopianoda ifa etməyi çox sevən bu
birinci xanım, həyat yoldaşına ilk baxışdan aşiq olub. Soxo Xeyriyyə
Fondunun təsisçisidir. Hələ uşaqlıqdan Sandra yazıçı olmaq arzusunda
idi.O, Ardnas Sfoleor təxəllüsü ilə hekayələrini də dərc etdirirdi.
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!