Gəlinlik seçmək üçün 10 addım

Gəlinlik seçmək üçün 10 addım
Qadın dünyası
10.09.2017 26
Gəlinlik seçmək üçün 10 addım
Gəlinlik seçmək əyləncəli bir iş kimi görünsə də olduqca stresli, çətin şərtlər və getdikcə daralan zamanda sizi bezdirə bilər. Evlenirik.Biz mütəxəssisləri Sizə gəlinlik seçərkən faydalı olacaq məsləhətlərini bildirir. Bu mövqeydə göstərəcəyimiz istiqamətlər vasitəsilə mükəmməl bir gəlinliyə daha az zəhmətlə nail ola bilərsiniz.
1) Günün birinci yarısında görüş təyin edin
Gəlinlik seçəcəyiniz mağazada həftə içi bir gündə və günün birinci yarısında görüş təyin edin. Unutmayın ki, bu saatlarda mağazalar daha sakit, işçilər isə daha diqqətcil olurlar.
2) Dəvətlilər siyahısını məhdudlaşdırın
Hər nə qədər bütün rəfiqələrinizin sizinlə gəlinlik seçməyə gəlməsini istəsəniz də, gəlinlik modelyeri Clair Pettibone sizinlinlə birlikdə bir və ya iki rəfiqənizi özünüzlə aparmağı məsləhət görür. O bildirir ki, nə qədər çoxluq olarsa, gəlinin fikirləri bir o qədər də çox qarışır. Zövqünə güvəndiyiniz bir və ya ən çox iki rəfiqənizi dəvət etməyiniz kifayətdir.
3) Yuxudan yeni oyanmış kimi görsənməyin
Gəlinliklər nə qədər gözəl olsa da, siz gözəl görsənmədiyiniz müddətdə gəlinliyi bəyənməyiniz mümkün deyil. Adi bir gündə səhər işə gedirmiş kimi fikirləşin və ona uyğun olaraq da hazırlaşın. Saçınız və makiyajınız həmişə etdiyiniz kimi olsun. Makiyajınızın test etdiyiniz gəlinliklərə bulaşacağından qorxmayın, mağaza işçiləri özləri buna xüsusi diqqət yetirəcəklər. Sizin isə sadəcə ruh yüksəkliyinə ehtiyacınız var.
4) Bər-bəzəyi evdə qoyun
“Neçə gəlinin bəzəkli alt paltarı ilə gəlinlik testinə gəldiyinə inana bilməzsiniz” deyə Puttibon bildirib. Bədən rəngi və bəzəksiz alt paltarı geyinməyiniz məsləhətdir ki, sizi narahat edəcək bir görünüş olmasın. Gəlinlik testinə yanınızda karset gətirməklə gəlinliyin əyninizdə gözəl qalmasını təmin edə bilərsiniz.
5) Ölçülərə diqqət
Gəlinlik bədəninizin ən gen hissəsinə görə seçilir. Lakin bəzi modelyerler dəyişik görünüş və bədən ölçülərinizə uyğun modellər tikə bilirlər. Yadınızdan çıxarmayın! gəlinlik ölşüləri normal paltarlara nisbətən iki ölçü böyük olur. Buna görə də gəlinliyin üzərindəki ölçünü görəndə təcüblənməyin.
6) Təcili ayaqqabılarınızı seçin
Gəlinliyə qərar verdikdən sonra ilk gəlinlik testinə mütləq toyda geyinəcəyiniz ayaqqabıları da aparın. Əks halda gəlinliyin uzunluğu ayaqqabı dabanının ölçüsü olmadan boyunuza görə tikilməsi çətin olacaqdır.
7) Gəlinlik seçiminizi sona saxlamayın
Gəlinlik seçiminizi son həftələrə saxlamayın. Toy vaxtından ən azı beş ay əvvəldən seçilməsi məsləhət görülür.
8 ) Vaxt ayırın
Gəlinlik seçərkən qiymətlər sadəcə istifadə edilən materiallara görə deyil, onların modellərinə görə də dəyişir. Tafat, arqanza, ipek kimi parçalar və modellər arasında kəskin qiymət dəyişikliyi ola bilər. Həm büdcənizə, həm də zövqünüzə uyğun gəlinlik seçə bilməyiniz üçün yalnız bir az vaxt ayırmağınız kifayətdir.
9) Qərar verməzdən əvvəl əmin olun
Gəlinlik alarkən pul ödəməzdən əvvəl qəti qərarınızdan əmin olun, çünki sonradan seçiminizi dəyişmək və pulu geri qaytarmaq çox çətin olur.
10) Pəhriz məsələsini şişirtməyin
Toydan bir həftə əvvəl ölüm orucuna başlamaq sizə çox çəkici gəlsə də, hər zamanki, rejiminizi və idmanınızı davam etdirməyiniz daha uyğun ola bilər. Son gəlinlik testindən sonra arıqlamaq məsləhət görülmür. Mövcud kilonuzu qorumanız istədiyiniz nəticə üçün daha gözəl olacaqdır.
Qadinlar.Biz
 
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!