Analıq

Analıq
Qadın dünyası
10.09.2017 54
 
 
Analıq

Doğulduğu gün daha əvvəl heç yaşamadığınızı hiss etməkdir analıq. Aynaya baxıb məndən bu qədər gözəl bir mələk necə doğuldu deyə bilməkdir analıq. Topuğundan qan alınarkən öz topuğuna da iynə batırmaqdır analıq. O hər ağladığında öz gözyaşlarını içinə axıtmaqdır analıq. Yatdığında yanına alıb, balam oyanmasın deyə yatdığın kimi qalxmaqdır analıq. Onun barmağına iynə batsa sizin əlinizin qanamasıdır analıq. Gecə yatarkən onun kirpiyinin tərpəndiyini hiss edə bilməkdir analıq.
 
 
Analıq
Balasını doyurmadan yemək yeyə bilməmək, su içə bilməməkdir analıq. Qoxusu sinmiş deyə bütün gün əlin burnunda gəzməkdir analıq. Heş yatmadığınız bir gecə belə ağladığı an "gəlirəm mələyim" deyə yanına qaça bilməkdir analıq.
 
 

Gördüyünüz hər körpəni öz övladınız kimi sevə bilməkdir analıq. Həyata komplekslərindən təmizlənmiş olaraq gülümsəyə bilməkdir analıq. Şərtsiz və qarşılıqsız tək sevginin övlad sevgisi olduğunu fərq etməkdir analıq. Hər nə şərtdə olursa olsun, onun üçün inadına yaşamağa çalışmaqdır analıq. Və hər gecə Tanrıya balamdan beş dəqiqə çox ömürüm olmasın deyə yalvarmaqdır.
 
Tərcümə və Redaktə etdi: PURE LOVE
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!