Əvvəlki sevgilinizi unuda bilmirsizmi?

Əvvəlki sevgilinizi unuda bilmirsizmi?
Qadın dünyası
10.09.2017 23
Onun adını hər eşitdiyiniz zaman ürəyiniz  daha sürətlə atırmı?
1. Ondan necə ayrılmışdınız?a) Mübahisə edirdik lakin buna görə ayrılmamalı idikb) Məni heç gözləmədiyim bir anda tərk elədic) Ortaq qərarımız idi. Çünki münasibətlərimiz davam edə bilmirdi.d) Mən onu tərk elədim2. Birlikdə çəkdirdiyiniz şəkilləri nə etmisiniz?a) Atmamışam. O şəkillər olmasa, mən onu necə görə bilərəm?b) Bu fotolar üçün albom hazırladım və onları şkafda gizlin bir yerdə saxlayıramc) Çoxunu cırmışam, digərlərini də qarşıma çıxdıqca cırıramd) Hamısı zibillikdədir3. Ondan ayrıldıqdan nə qədər müddət sonra başqası ilə tanış oldunuz.a) Hələki heç kimlə tanış olmamışamb) Bir ildən sonra c)  6 ay sonra d) Bir neçə həftə sonra başqa bir insandan xoşum gəldi4. Bu gün əvvəlki sevgilinizin doğum günüdür. Nə edərsiniz?a) Zəng edib təbrik edərəmb) Sevdiyi şokoladı hədiyyə göndərərəmc) Bir an ağlımdan keçdi lakin zəng etmədimd) Unutmuşdum yadıma düşəndə isə artıq çox gec idi5. Onun yeni sevgilisini gördüyünüz zaman nə hiss edirsiniz?a) Ürəyimdə çox pis bir ağrı hiss edirəm lakin bunu büruzə vermirəmb) Yanlarından sakitcə keçib gedərəm lakin evə çatan zaman hönkür-hönkür  ağlayaram. c) Qızı başdan ayağa baxışlarımla süzərəmd) Xoşbəxt olduğu üçün sevinərəm lakin qıza yazığım gələr6. İnternetdə onu axtarıb araşdırırsınız?  a) Dəfələrlə axtarmışamb) Bəli, onu hər zaman izləyirəmc) Hərədən axtarıramd) Xeyr, heç yadıma düşmür7. Ailəsi və dostları ilə...a) Tanıdığım dostları ilə hərdən danışır və ondan xəbər alıramb) Xüsusi günlərdə ailəsi ilə danışıramc) Ortaq dostları ilə hələ də danışıramd)  Niyə görüşməyim, bunun  üçün hər hansı bir səbəb yoxdur8. Onun sizə hədiyyə etdiyi əşyaları saxlayırsınızmı? a) Onun mənə hədiyyə etdiyi T-shirti qucaqlamamış yata bilmirəmb) Mənə bir dəfə ətək almışdı. Lakin harada olduğunu xatırlamıramc) Münasibətlərimiz bitən zaman hamısını özünə qaytardımd) Evdə toz almaq və yeri silmək üçün parça lazım idi. Bu əşyalar da belə günlər üçündür.Nəticələr: A və B variantı çoxluq təşkil edirsə:Onun hələdə dəli kimi sevirsiniz. Əvvəlki sevgilinizi unutmaq üçün heç bir cəhd göstərmirsiniz. Hələdə sizə geri qayıdacağına ümid edirsiniz. Lakin vaxtınızı və gəncliyinizi boşa xərcləməyin, reallıqla barışmaq vaxtı çatıb. C variantı çoxluq təşkil edirsə: Onun üçün dəridən-qabıqdan çıxdığınızı demək olmaz. Onu hərdən xatırlayıb və köhnə mesajlarına baxıb qəmgin olursunuz. Lakin bu, onu hələdə sevirsiniz demək deyil. Sadəcə yeni bir münasibətə ehtiyacınız var.D variantı çoxluq təşkil edirsə: Siz onu çoxdan unutmuşunuz və yanınızda olan insanı çox sevirsiniz. Onun həyatı sizin üçün heç maraqlı deyil.
 
Redakte etdi: PRETTY GIRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!