Qadınlar niyə çox danışır?

Qadınlar niyə çox danışır?
Qadın dünyası
10.09.2017 22
 
Qadınların
nə üçün çoxdanışan olması həmişə kişiləri düşündürən başlıca məsələ olaraq
qalıb. Kişilərin bu marağını nəzərə alan amerikalı alimlər qadınların ərlərinin
"baş-beynini aparmağa" nə qədər vaxt sərf etdiklərini araşdırıblar. Araşdırma zamanı qadının
deyinməsinə səbəb olan əsas amillər də müəyyənləşdirilib. Bu, kişinin evdə hər
tərəfə səpələdiyi paltarlar və nəm əsgilərdir. "Bəzilərinə bu, çox səfeh
səbəb təsiri bağışlaya bilər", - deyə tədqiqatçı Ketrin Krouford bildirir:
"Amma bəzən kişilər unudur ki, qadınlar evdə yalnız həyat yoldaşı və ana
rolunda yox, həm də süpürgəçi və aşpaz rolunda çıxış edir". Qadınların
deyinməsinin digər səbəbləri arasında dolmuş zibil qabının boşaldılmaması,
tualet kağızının olmaması, unitazın qapağının örtülməməsi və s. də var.
Tədqiqatçılar bildirir ki, qadınlar bu işin öhdəsindən gələ bilmədikləri üçün
yox, bunu özlərinə qarşı hörmətsizlik saydıqları üçün əsəbiləşir və deyinirlər.
Qadının həyat yoldaşının "baş-beynini aparmasına" sərf etdiyi vaxta
gəlincə isə araşdırma göstərib ki, hər qadın orta hesabla ildə 7920 dəqiqə
ərinə deyinir. Bu, həftədə 2,5 saat, ayda 11 saat, ildə isə 5,5 gün deməkdir.

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!