Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır

Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır
Qadın dünyası
10.09.2017 18
Şirniyyat çox yeyən qadınların üzləri daha tez
qocalır. Florensiya Tibb Mərkəzi alimlərinin apardıqları təcrübə zamanı məlum
olub ki, tort, pirojnlar, konfet və digər şirniyyat məhsullarının əsasını
təşkil edən şəkər göz ətrafındakı qırışların dərinləşməsi prosesini
sürətləndirir. Aparılan təcrübələrdə 35 yaşlı 120 qadın iştirak edib.
Təcrübədən əvvəl onların üz dərilərinin vəziyyəti öyrənilib. Daha sonra isə
qadınların qidalanma reseptləri dəyişdirilərək onların yedikləri şokolad, konfet
və digər şirniyyatları sitrus meyvələri və gilə-meyvələrlə əvəzləyiblər.
Həmçinin təcrübəyə qatılan qadınlara siqaret və alkoqollu içkiləri tərgitmək də
təklif edilib. Yarım ildən sonra qadınların üzləriqndəki qırışların sayı
əhəmiyətli dərəcədə azalıb. Hətta zərərli adətlərindən əl çəkə bilməyən
qadınların da üz dərilərində yaxşıya doğru dəyişikliklər müşahidə edilib.
Təcrübəyə dəvət olunan, lakin qatılmayan 8 faiz qadının üz nahiyələrində isə
qırışların sayında artım qeydə alınıb. Təcrübənin müəllifi professor Torello
Lotti bildirib ki, səbəb sərbəst radikallardadır. Bu elementlər qadınların
üzlərində düzgün qidalanmamaqla bağlı əmələ gəlir. Şəkər isə bədəndə kimyəvi
reaksiyaya səbəb olur. Şəkərin tərkibi qanla reaksiyaya girdikdə toksinlərin
miqdarını artırır. Xüsusilə də qırışların əmələ gəlməsinə daha çox alkoqolsuz
içkilər və 225 dərəcədən artıq temperaturda hazırlanan qidalara qatılan
təmizlənmiş şəkər rol oynayır. Şəkərin çoxluğu üzdə zərərli elementlərin sayını
artırır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!