Ərə getmək xanımlar üçün xeyirlidir

Ərə getmək xanımlar üçün xeyirlidir
Qadın dünyası
10.09.2017 20
 
 Tibb alimləri müəyyənləşdiriblər ki, ailə qurmaq
qadınların sağlamlığına və psixi durumuna müsbət təsir göstərir. Almaniyanın Ştutqart
universitetinin alimi Hans Hendriksonun araşdırmalarına görə, ərli xanımlar
həkimlərə ürək-damar sistemindəki, psixi problemlərlə əlaqədar daha az müraciət
edir, həmçinin onların fəallığı daha yüksəkdir və yaxşı formada qalırlar.
Bununla da qadınların ailə qurduqdan sonra darıxması, özlərinə diqqət
yetirməməsi ilə bağlı iddialar tamamilə yalanlanıb. Təcrübələr 35 min cütlük
arasında aparılıb. Təcrübələr göstərib ki, ailə qurmazdan əvvəl sərbəst həyat
tərzi sürən qadınlar ərə getdikdən sonra bir çox zərərli adətdən əl çəkiblər,
həmçinin ciddiləşiblər. 2 il ərzində bu cütlüklərin birgə həyat tərzi müşahidə
edilib. Sonda onların 24 faizi boşanıb. 1 il sonra tənha qalan qadınlar yenidən
müayinədən keçirilib. Onların sağlamlıqları əvvəlki nəticələrlə müqayisədə
xeyli pisləşib. Psixoloji fon pozulub, immunitet isə aşağı düşüb. Ekspertin
sözərinə görə, nikah qadınların vəziyyətini sabitləşdirə bilər.

Redakte etdi: PRETTY_GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!