Stress qadınların beynini zəiflədir

Stress qadınların beynini zəiflədir
Qadın dünyası
10.09.2017 15
Almaniyalı
tibb alimlərinin apardıqları araşdırmalara əsasən, qadınlar sakit
şəkildə fəaliyyət göstərsələr və ya işləsələr, daha yüksəksəviyyəli
intellekt nümayiş etdirə bilərlər. Beyinin funksiyaları və ətraf mühit
arasındakı əlaqəni araşdırmaq üçün Şeffild universitetinin alimləri
müəyyən araşdırmalar aparıblar. Araşdırmalar zamanı məlum olub ki,
ağıllı hərəkətin səviyyəsi ətraf mühit gərgin olduğu zaman aşağı düşür.
Təcrübəyə qatılanların bir qrupuna dəniz sahilləri, mənzərələr əks
olunan fotolar təqdim edilib. Digərlərinə verilən fotolarda isə
avtoqəzalar əksini tapıb. Eyni anda könüllülər həm dəniz, həm də yol
səsini dinləyiblər. Məlum olub ki, mənzərə şəkillərinə baxmaq və dəniz
səsini eşitmək beyinin müxtəlif hissələrinin fəaliyyətini aktivləşdirir.
Digər qrupda isə beyinin funksiyaları arasındakı əlaqə tamamilə
pozulub.



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!