Qızlara bu sözü deməyin!

Qızlara bu sözü deməyin!
Qadın dünyası
10.09.2017 29
Həm
qadınların, həm də kişilərin sevgililərindən eşitmək istəmədiyi cümlələr
var. Hətta nifrət etdiyi cümlələrə görə, ayrılanlar da olur. Həmin
sözlər hansılardır və niyə nifrət edtiklərinin səbəblərini aşağıda oxuya
bilərsiniz. 
Sakitləş!
Hər dəfə "sakitləş” sözünü eşitmək qadınlarda qıcıq yaradır. Bu cümlə daha ciddi vəziyyətlərdə deyilməlidi. 
Saçına nə etmisən?
Ürəyim
istədi kəsdim və ya rənglədim. Mən çox bəyənmişəm. Bəyənmədiyini bu
qədər kobud şəkildə ifadə etməsə, daha yaxşı olardı. Əgər məni sevirsə,
belə də sevməlidir. 
Çox duyğusalsan!
Bəli,
duyğusal və romantikəm. Çünki təbiət qadınları belə yaradıb. Film
izlədikdə, stress keçirdikdə ağlaya bilərəm. Buna görə məni
qınamamalıdır.
Əvvəlki sevgilim də sənə bənzəyirdi!
Mənə
nə sənin əvvəlki sevgilindən? Bir halda ki, keçmiş sevgilindi... Bu
qədər diqqətsiz olması məni dəli edir. Darıxıbsa, getsin onunla
görüşsün.
Hər şey nəzarət altındadı, narahat olma...
Əslində, heç nə nəzarət altında deyil! Əminəm ki, istədiyini son anda edəcək. Sadəcə, mənim başımı qatmağa çalışır.
Anam kimi danışırsan!
Müqayisə
edilməkdən nifrət edirəm. Bir halda ki, anası da mənimlə eyni
fikirdədi, yəqin ki, doğru deyirik. Lakin o, etdiyinin yanlış olduğunu
qəbul etməyəcək. 
Bu geyimi neçəyə almısan? 
Səncə,
geyimlərə həddindən artıq pul xərcləmirsən ki? Bəyəndim və aldım. Həm
də onun pulu ilə almamışam axı... məni bədxərc hesab etməsi,
qıcıqlandırıcıdı. Üstəlik qiymətini soruşmağını ayıb hesab edirəm.
Əsəbisən, sonra danışarıq!
Mübahisədən
qaçmaq üçün belə variantlara əl atması heç ürəkaçan deyil. Başqa cavab
verə və deməyə sözü olmadığı üçün belə danışır...
Bu geyim səni kök göstərir! 
Mən özümü bu geyimdə əla hiss edirəm. Bu qədər kobud rəy bildirməsi, insanı əsəbləşdirir
Məncə, işdən çıxmalısan çünki qadın evdə oturmalı və uşaqlarını böyütməlidir...
Qadın evdə oturmalıdır deyən kişiylə birlikdə olmaq mümkün deyil. 
Feministlər kimi davranma!
Qadın haqlarını əhəmiyyətli hesab etməyən və sərt kişilərin ən çox istifadə etdiyi sözlərdəndir. 
Bu tip kişilər qadınların əldə etdiyi uğurları həzm edə bilmir.
Uşaq kimi hərəkət eləmə
Təbiətcə
çılğın insanam. Buna görə də uşaq kimi davrana bilərəm.  Davranışım heç
kimə ziyan vermirsə, niyə də özümü ciddi aparmalıyam? Bu sözlər
kobudluqdan başq abir şey deyil.
Sənə hər dəfə zəng edəndə telefonu açmalısan!
Mənim
yalan danışmadığımı bilir və lazım olanda  xəbər verirəm. Davamlı
olaraq hesab vermək çoc sıxıcıdır. Bəzən işim ola bilər və teli
götürməyə imkanım olmaya bilər.
Bu qədər alış-veriş olmaz!
Çox pul xərcləməyimi istəmir. Lakin ona geyim aldıqda bu cür danışmır və çox sevinir.
Bu geyimdə necə bayıra çıxırsan?
Qısa
və dekolte geyindiyim zaman ən çox nifrət etdiyim sözdür. Haraya və
necə geyindiyimi bilirəm. Əslində, özünün də xoşu gəlir. Qısqanc olduğu
üçün qısa geyinməyimə icazə vermir. 



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!