Yarali

Yarali
Qadın dünyası
10.09.2017 28
 
Bir dərinlikdəki, hər düşən çıxmaz
Qurtulmaq istəyir, qanad yaramaz!
İmdadına gələn ümidindən az,
Yaralıdır könlüm quşu, yaralı!



Dost ararkən ovçu çıxdı yoluna,
Əzrayıl sağına, ölüm soluna,
Vurma, ovçu, qanadına, qoluna,
Yaralıdır könlüm quşu, yaralı!
 
Aman ovçu, bunun halını düşün,
Gözündə yaşı var, qoy onu töksün!
Sonra amadədir ölümə hər gün,
Yaralıdır könlüm quşu, yaralı!
 
Kədərli bir qəlbin yanıq fəğanı,
Yandırar ürəyi daşdan olanı!
Ovçu, bu çırpınır, öldürmə bunu,
Yaralandı yazıq aşiq olalı!
 
Yurdundan ayrılmış, yuvadan uzaq,
Dostunun könlündən, gözündən iraq,
Ümidi sənədir, ey yaradan haqq,
Yaralandı yazıq aşiq olalı!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!