SENE BIRCE DEFE YALAN DANISDIM

SENE BIRCE DEFE YALAN DANISDIM
Qadın dünyası
10.09.2017 49
Qonaqlıqda tanış olmuşdular...
Qonaqlıqdan
sonra oğlan qızı bir kafeye dəvət elədi. Birlikdə oturdular və 1 qəhvə
sifariş etdilər. Oğlan çox həyəcanlı idi. Heç bir şeydən söhbət aça
bilmirdi. Qız isə bu haldan heç xoşlanmırdı. Buna görədə durub getmək
üçün ayağa qalxdı. Oğlan bunu görüb cəld qulluq edən oğlanı yanına
çağırdı. Mənə duz gətirə bilərsənmi? Qəhvəmə tökmək üçün dedi. Qız və
xidmət edən oğlan təəccüblə oğlana baxırdılar. Oğlan pərt olmuşdu, üzü
qıpqırmızı olmuşdu. Gətirilən duzu qəhvənin üstünə səpələdi.  Ardından
qızın təəcüüblü baxışları altında danışmağa başladı: Mənim uşaqlığım
dəniz sahilində keçib. Dəniz suyunun dadı ağzımdan heç getmədi. Oğlan
danışarkən gözləri dolmuşdu.
O gün orada hər şey yaxşı oldu.
Onlar görüşməyə başladılar və beləcə evləndilər...
Sevdilər-sevildilər bir ömür boyu və həmişə kişi qəhvə istədikdə yoldaşı ona sevdiyi şəkildə duzlu qəhvə hazırladı.
Beləcə ömürlərindən 40 il keçdi və bir gün yaşlı ər öldü.
Ölməzdən əvvəl yoldaşına o öldükdən sonra oxuması üçün bir məktub yazmışdı...
Məktubda
yazılmışdı: Sevgilim, xahiş edirəm məni bağışla. Sənə ömrümdə bir dəfə
yalan danışdım. O da duzlu qəhvə idi. O gün sənin məni tərk edəcəyini
fikirləşərək çaşıb şəkər yerinə duz istədim. Amma heç vaxt peşman
olmadım. Çünki duzlu qəhvə birlikdə olmağımıza səbəb oldu :))
Səninlə
xoşbəxtliyimi "duzlu qəhvə" yə borcluyam. Dünyaya bir daha gəlsəydim
yenə də səninlə bərabər olmaq üçün 1 ömür duzlu qəhvə içməyə razı
olaram. Səni çoox həyatımdan da çoox sevdim mən...

Yaşlı qadının göz yaşları məktubu isladırdı...
Demək ki, sevgi uğruna bir ömür boyu Duzlu Qəhvə içmək olarmış.......!
[/b]
[b]

ALLAH hər kəsə belə sevgi qismət etsin!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!