Subay xanımlara 9 məsləhət

Subay xanımlara 9 məsləhət
Qadın dünyası
10.09.2017 30
«Subayam, ailə həyatı qurmaq istəyirəm» deyirsinizsə, bu tövsiyələr məhz sizin üçündür. 


Ailə həyatı quracağınız insan necə olmalı? Hansı kişilərlə ailə həyatı qurmaq olmaz? İndi sizə bunları bir-bir açıqlayacam.
Elə
insanlar var onlarla ailə həyatı qurmaq olar, elələri də var ki,
onlarla evlilik haqqında hətta düşünmək belə olmaz. Subaykən verəcəyiniz
yanlış bir qərar irəlidə sizi üzən, zəiflədən bir münasibətə, hətta
evliliyə səbəb ola bilər. Bu səbəbdən bir insanla uzunmüddətli münasibət
qurmağı düşünürsünüzsə, evlilik qərarı vermədən öncə düşünün.

Subay xanımlar, bu məqalə məhz sizin üçündür! Bu tövsiyələri oxumadan ailə həyatı quracağınız adamı seçməyin.
1. Dostu olmayan adamla əsla ailə həyatı qurmayın

Bu, onun sosiallaşma və ya insanlarla ünsiyyət problemi
olduğuna işarədir. Zaman keçdikcə sizin dostlarınızdan da bezərək sizi
onlardan uzaqlaşdırmaq istəyə bilər. Üstəlik, bir həyat yoldaşında ən
önəmli özəlliklərdən biri sizə ən yaxın dost olmağı bacarmasıdır.
Dolayısıyla, dostluq edə bilməyən birinin yaxşı həyat yoldaşı olması
olduqca uzaq bir ehtimaldır. Həm də dostları ilə vaxt keçirməyən bir
kişi hər zaman sizin yanınızda olmağı istəyər: «Nə olar ki, bir yerdə
olanda daha gözəl vaxt keçiririk» deyənlər də olur. Öncələri sevdiyiniz
insanın sizinlə daha çox vaxt keçirmək istədiyinə sevinsəniz də, əmin
ola bilərsiniz ki, bir müddət sonra bu vəziyyət sizi çox bezdirər.
2. Gülməyən birinə əsla güvənməyin

İçindən gülmək gələndə «cool» görünmək üçün özünü tutan,
qəhqəhə çəkməyi bacarmayan bir kişi, əsla özü kimi olmayan kişidir.
Sizcə, hər zaman özünü olduğundan fərqli göstərən birinə nə dərəcədə
güvənmək olar? O zaman, səmimi gülməyən, qəhqəhə çəkməyən bir kişiyə
güvənməyin. Nədən soyuq və donuq olduğunu anlamağa çalışın. Əgər olduğu
kimi görünməməyə çalışaraq, insanlarda özü haqqında fərqli fikirlər
yaratmaq istəyən biridirsə, ondan uzaqlaşın, güvənməyin.
3. Yola düşmüş qatarın dalınca qaçmayın

Siz stansiyada gözləyən sərnişin, kişilər isə o
stansiyadan keçən qatar kimidirlər. Qatar gecikmişsinizsə, qəti şəkildə
arxasından qaçmayın, bu sizə zərər verər. Necə olsa da, stansiyaya başqa
qatarlar da gələcək! Gedənin arxasından qaçmaq və ya kədərlənmək,
üzülmək yerinə həyatın önünüzə yeni fürsətlər çıxarmasına izin verin.
Gedən getmişdir artıq, amma gələn… Bəlkə də, həyatınızın sevgisi orada,
bir yerdə qarşınıza çıxmağı gözləyir.
4. Ciddi münasibətlərə hazır olmadığını deyirsə, yaxşı düşünün

Qarşınıza çıxan kişi ilə xasiyyətiniz uyuşmuş, aranızda
bir sevgi qığılcımı doğmuş ola bilər. Amma bu heç də uzun müddətli bir
münasibətlərə başlamağınıza işarə etmir. «Münasibətlərə hazır deyiləm»
deyirsə, bunu onun tərəfindən bir naz kimi düşünüb keçəcəyini
fikirləşməyin. Hazır deyilsə, o insanı narahat etməyin, sonra üzülən siz
olarsınız. Münasibətlərə hazır olmadığını bilən bir kişi ilə flirt də,
evlilik də bir müddət sonra cəzaya çevriləcək.
5. Özünüzə hörmət qoyun

Biz qadınların ən çox yol verdiyimiz səhv…həyatımıza biri
girər. Sevərik, onu ucaldar, yerə-göyə sığdırmarıq…Onu həyatımızın «hər
şeyinə» çevirərik. Onun üçün yaşayar, onunla bir yerdə olduğumuz
vaxtlarda xoşbəxt olarıq…Əsl səhv olan budur.

Ən başdan diqqətli olun! Özünüz üçün ondan ayrı bir vaxt da ayırın.
Həyatınızın ondan xaricdə qalan hissəsi böyük bir «0» olmasın. Gəzin,
kitab oxuyun, dostlarınızla vaxt keçirin, qısası özünüzə vaxt ayırmağı
unutmayın əsla.
6. Hobbiləri olan kişilərə üstünlük verin

Həyatı sadəcə işdən ibarət olan bir kişi evlilikdə, ya da
uzunmüddətli münasibətlərdə çox darıxdırıcı biri olur. Xobbiləri olan
kişi isə sonsuz hekayələri ilə həyatınızın sonuna qədər sizi
əyləndirməyi və təəccübləndirməyi bacara biləcəkdir. Evlənmək üçün özü
ilə qalmağı bacaran, xobbilərinə zaman ayıran bir kişiyə üstünlük verin.
7. Əkizinizi axtarmayın

Həyatınızı sizinlə eyni özəlliklərə sahib birini
axtarmaqla keçirməyin. Sizinlə tamamilə eyni zövqlərə və düşüncələrə
sahib biri ilə həyat düşündüyünüz qədər əyləncəli olmaya bilər. Önəmli
olan, hər ikinizin sahib olduğu fərqli yönlərin bir-birini tamamlaya
bilməsidir. Tanış olduğunuz insana bir az vaxt verin, xüsusiyyətlərini
tanımağa çalışın. «Mənə oxşamır» deyib öncədən fikir yürütməyin. Sizə
heç bənzəməyən biri ilə birlikdə olmaqdan zövq alıb, ondan çox şeyləri
öyrənə bilərsiniz. Bu fərqliliyi bəziləri müxtəlif cür yoza bilərlər.
Amma bir şeyi unutmaq lazım deyil ki, hər şey müxtəlif olsa da, mədəni
səviyyələriniz arasında mütləq bir bağ olmalıdır.
8. Əsla bir oğlanın adını bədəninizə tatu etdirməyin

Bəli, ola bilər bu dəqiqə ən çox onu sevirsiniz. Amma
həyatdır, nə olacağı öncədən bəlli olmur. Ayrılıq da sevginin bir
hissəsidir. Hər sevgidə ayrılıq olmur, amma sizin sevginizdə ayrılığın
heç vaxt olmayacağına heç kim zəmanət verə bilməz. Buna görə də oğlanın
adını bədəninizə döydürüb ömrünüzün sonuna qədər insanlara kimin adı
olduğunu izah eləmək məcburiyyətində qalmayın.
9. Çətin xarakterli kişilərdən uzaq durun

Çətin xarakterli kişilər kimlərdir: qısqanc kişilər, işə
vurğun kişilər, bağlanmaqdan qorxan kişilər və təbii şorgöz kişilər. Bu,
4 çətin xarakterli kişi tiplərindən hansı biri iləsə
qarşı-qarşıyasınızsa 2 dəfə düşünün.
Ərə getmək, evlənmək asandı,
amma ailə qurmaq çətin. Ona görə də, mən hər bir xanıma ən əsası sadəcə
ərə gedəcəyi deyil, Ailə həyatı quracağı insana rast gəlməsini arzu
edirəm.

http://kayzen.az/blog/346/8929/q%C4%B1zlar%C4%B1m%C4%B1z-niy%C9%99-%C9%99r%C9%99-getmir.htmlMüəllif: Muza E.F.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!