Taksi axtaran qadını dörd nəfər zorladı...

Taksi axtaran qadını dörd nəfər zorladı...
Qadın dünyası
10.09.2017 14
Taleyinin şəkli rubrikasinda növbəti qəhrəmanımızın adı Dilarə`dir.
44 yaşı var. Evlidir, iki övladı var. Dilarə özünün də dediyi kimi
ikinci həyatını yaşayır. O, ölümlə həyat arasında iki gün
çabalayıb.Hadisə 1991-ci ilin payızında, Bakıda baş verib.

                                                      

Saray
qəsəbəsinin sakini Bibixanım xala bir axşam üstü hər dəfə olduğu kimi
tək yaşadığı evinin qapı-bacasını bağlamaq üçün həyətə çıxır. Qapısının
ağzında gördüyü dəhşətə inanmır. Əvvəlcə ona elə gəlir ki, gözü qaralır
və ya qarabasan görür. Aşağı əyilib baxanda görür ki, ayağının altında
palçığın, alqanın içində, çılpaq qadın nəfəs alır. Bibixanım xalanın
ayağının altında qanın, palçığın içində bayğın sərilən, üz-gözü cırılmış
qadın Dilarə idi. Bibixanım xala qonşuları köməyə çağırır. Dilarəni
birtəhər evə aparıb yuyundururlar. Palçığını, qanını təmizləyib yatağa
uzadırlar. Bibixanım xalanın qonşusunun oğlu təcili polis və təcili
yardım çağırır. Dilarə xəstəxanada, 3 gün sonra özünə gəlir. Özünə
gələndən sonra ilkin dindirilmə zamanı başına gələnləri danışır.



Bakıda,
mağazaların birində xəzinədar işləyən Dilarə ayın sonu hesabat
hazırlamaq üçün işdə gecikəcəyini əri Ruslana zəng edib deyir. Dilarə
Ruslandan narahat olmamağı, geciksə, taksi ilə gələcəyini deyir. Axşam
saat 11 radələrində Dilarə işlədiyi supermarketdən sağollaşıb çıxır.



Mağazanın
qarşısından taksi tapa bilmədiyi üçün qaranlıq küçə ilə 3-cü mikrorayon
ərazisinə tərəf addımlayır. Yolu keçmək istəyəndə yaxınlığında taksi
dayanır. Ona hara getdiyini soruşur. Dilarə ünvanı desə də, qiymətdə
razılaşmırlar. Sürücü maşını Dilarənin yanına çəkib özü maşından çıxır.
Küçədə adam olmamasından istifadə edib onu zorla maşına basır. Dilarə
sürücüyə yalvarsa da, onu dinləmir. Maşın Ceyranbatan qəsəbəsinə
yaxınlaşanda sürücü maşını saxlayır. Dilarənin ağzını yumub
sürüyə-sürüyə bağ evlərinin birinə aparır.



Dilarə həmin günü
dəhşətlə xatırlayır. Deyir ki, evdə onu 3 kişi qarşılayır. Dilarə bir
gecədə 4 kişi tərəfindən zorlanır. Ona müxtəlif işgəncələr verilir.
Əlləri bağlı olan Dilarəni açıq elektrik xətti ilə öldürmək istəsələr
də, kişilərdən biri buna qarşı çıxır. Bir sutka tamamlandıqdan sonra
Dilarəni huşsuz vəziyyətdə maşına mindirib harasa aparırlar.


  

"Bataqlıq məni üzüaşağı çəkirdi”



Dilarə
deyir ki, gözümü açanda ucsuz-bucaqsız palçıq səhrası gördüm. Mən
huşsuz idim üstümə su töküb məni ayıltdılar. Məni oraya gətirən sürücü
palçıqlığın yaxınlığına gətirdi. Hiss edirdim ki, ölümüm çox yaxındadır.
Gözümün qarşısına övladlarım, ərim gəlirdi. Onların indi mənə görə
nigaran olduqlarını bilmək bədənimdəki ağrılardan daha dəhşətli idi.
Həmin günü orda ölsəydim, həm ərim, həm də uşaqlarım mənim onları atıb
getdiyimi düşünəcəkdi. Onlar mənə nifrət edəcəkdi. Ölməyimdən çox son
anlarımda bunları düşünürdüm.



Taleyimlə oynayan, mənə hər cür
işgəncə verən 4 kişi məni ölümün ayağına gətirmişdi. Mənə bataqlığın
kənarındakı dəmir hasarın üstünə çıxmağı əmr etdilər. Əynimdə yalnız alt
paltarlarım var idi. Titrədirdim. Üz-gözümdən qan axırdı. Onlar məni
dəmirin üstünə qaldırıb bataqlığa itələdilər. Bir anda yerdən ayağım
kəsildi. Sinəmə qədər palçığın içərisinə düşdüm. Bataqlıq məni aşağı
çəkirdi. İçlərindən biri mənim batmağım üçün əlindəki taxta parçası ilə
çiyinlərimdən, başımdan vurmağa başladı. Mən palçığa batdım...



Kişilər
maşına minib uzaqlaşdılar. Nəfəs almağım çətinləşmişdi. Ayağımın
altında dəmir parçası hiss edirdim. Var gücümlə özümü dəmir parçasının
üstündən yuxarıya tullanmağa məcbur edirdim. Gözümün önündən uşaqlarım
getmirdi. Həyat eşqindən çox övladlarımı bir daha görmək istəyi ilə
bütün gücümü toplayıb irəli süründüm. Palçıq var gücü ilə məni özünə
dartırdı.

                                         

"Dəmir qarnımın dərisini kəsmişdi”



Üstünə
çıxıb aşağı tullandığım dəmir lövhəyə yaxınlaşa bilmişdim. Dəmirdən
yapışıb yuxarı dartındım. Ayağım palçıqdan üzülürdü. Ölümün cəngindən
qurtulurdum. Dartınıb dəmirə söykəndim. Dəmirin baş tərəfindən özümü
yerə çırpdım. Huşumu itirdim. Nə qədər vaxt keçdiyini xatırlamıram.
Gözümü açanda qarın nahiyəmdən qan gəldiyini gördüm. Dəmir qarnımın
dərisini kəsmişdi.



Harda olduğumu bilmirdim. Axşam yaxınlaşırdı.
Sürünə-sürünə yaxınlıqdakı evlərdən birinə tərəf getdim. Çiynimlə həyət
qapısını itələyib özümü həyətə atdım. Taqətim qalmamışdı. Yerə
yıxıldım. Sonralar öyrəndim ki, ev sahibəsi məni evinə aparıb. Həkim və
polis çağırıb.



Ailəsi Dilarədən 4 gün sonra xəbər tuta bilib.
Dilarənin əri Ruslan onu axtarmaq üçün bütün qohumların, tanışların
evini gəzib. Dilarədən bir xəbər tuta bilməyib. Ruslan polisə müraciət
etmək qərarına gəlib. Polis isə Dilarənin haqqında ilkin informasiya
gəldiyi zaman Ruslana xəbər verib.

Ruslan Dilarənin başına gələnləri
anlaya bilməyib. Deyilənlərin şoku ilə Dilarədən imtina edib. Baş
verənlərdə arvadını günahkar hesab edib. Polis, Bibixanım xala Dilarənin
hansı vəziyyətdə tapıldığını, hansı işgəncələr gördüyünü desələr də,
Ruslanı inandıra bilməyiblər. Hələ tam özünə gələ bilməmiş Dilarə
həkimlərdən, polisdən ərini soraqlasa da, Ruslan arvadına baş çəkməyə
xəstəxanaya gəlməyib.



Dilarənin yanına gələn qohum-əqraba, hətta
anası da onun günahkar olduğunu hiss elətdirdikləri üçün Dilarə
xəstəxanada dəfələrlə intihara cəhd edib. Axı, o doğrudan da günahsız
idi.Xəstəxanadan çıxdıqdan sonra Dilarə evinə yollanır. İki azyaşlı
övladını görmək istəyir. Ruslan onun əxlaqsız olduğunu, ləkələndiyini,
uşaqlarını isə heç vaxt görə bilməyəcəyini deyib qapıdan qovur. Çarəsiz
qalan Dilarə polisə gəlib onun sağ qalmasında böyük rolu olan Bibixanım
xalanın yanına getmək üçün ona kömək etməklərini xahiş edir. Dilarə
Bibixanım xalanın evinə gətiriləndə buranın Saray qəsəbəsi olduğunu,
həmin bataqlığında Saray ərazisində yerləşdiyini öyrənir.

 

Övlad
həsrəti və başına gələn dəhşətlər Dilarəyə əziyyət verir. Bibixanım xala
2 ay müddətində Dilarəyə öz övladı kimi münasibət göstərir. Onun
yaralarının sağalmasına kömək edir. Yalnız iki ay sonra cinayətkarlar
tapılır.



İlkin məhkəmə istintaqında sürücü Həsən Əliyev hər şeyi
etiraf edir. Digər 3 şəxsdən yalnız birini ələ keçirmək mümkün olur.
Digərləri isə Rusiyanın müxtəlif vilayətlərinə qaçdıqları üçün hələ də
axtarışdadırlar. Həsən Əliyev Cinayət Məcəlləsinin 149.1-cu maddəsi ilə
qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildilən zorlama, Cinayət Məcəlləsinin 120.2.1 – qabaqcadan əlbir
olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən
adamöldürmə, (Cinayət Məcəlləsinin 29-cu maddəsi ilə bilavasitə cinayət
törətməyə yönəldilmiş qəsdən edilən əməl, şəxsin iradəsindən aslı
olmayan səbəblərə görə başa çatdırılmamışdırsa) maddələri ilə cinayət
işi açılıb.

Məhkəmənin ikinci prosesində Həsən bütün olanları
qabaqcadan planlaşdırdığını, Rusiyadan qonaqları olan digər 3 nəfərə
onlara intim xidməti göstərən qız gətirəcəyini söz verdiyini etiraf edir.
O deyir ki, küçədə heç bir fahişəlik edən qadın tapa bilmir. Dilarənin
bu saatda küçədə olduğunu görüb onu yüngüləxlaqlı qadın hesab edir.
Dilarəni zorla maşına oturtduqdan sonra ona yalvarıb iki uşağı olduğunu,
işdən evinə getdiyini desə də, inanmır. Dilarəni içkili dostlarının
yanına aparır. Həmin gecə özü də içki qəbul edir. Rezin kəmərlə
Dilarənin əllərini və ayaqlarını bağladığını, onu özünün və dostlarının
dəfələrlə zorladığını etiraf edir.



Ruslan arvadının
günahsızlığına yalnız cinayətkarların etiraflarından sonra inanır. Onu
evinə, həsrətində olduğu uşaqlarının yanına aparır. Lakin ailəni xilas
etmək olmur. Ruslan arvadının başına gətirilənləri həzm edə bilmir.
Dilarə zərərçəkmiş tərəf olsa belə, qısqanclığı insanilikdən irəli
çıxır. O, uşaqlarını və Dilarəni qoyub Rusiyaya gedir.



Dilarənin
həyatındakı faciə bununla bitmir. Rusiyaya üz tutan Ruslan digər
gizlənmiş iki cinayətkarın izinə düşür. Onlardan yalnız birini, 21 yaşlı
Səmədi tapa bilir. Səmədi azərbaycanlıların işlətdiyi restoranda tapıb 7
bıçaq zərbəsi ilə öldürür. Ruslan həbs edilir. İki böyrəyi xəstə olan
Ruslan Rusiya həbsxanalarının soyuğuna dözməyib dünyasını dəyişir.



Sənə nə pislik etmişdim?



Dilarənin
başına gələnlərdən 21 il ötüb. O, uşaqlarını atasız böyütməli olub.
İçkili 4 nəfər onun və ailəsinin həyatını cəmi bircə sutkaya alt-üst
edib. 21 ildə elə gün olmayıb ki, yaşadığı dəhşətləri unuda bilsin.
Övladları isə onun yaşadıqlarından, atasının niyə həbsə düşüb öldüyündən
xəbərsizdir. Dilarə gecə-gündüz işləyib övladlarını böyüdüb. Onlara ali
təhsil almalarında kömək edib. İki nəvə sahibidir. Lakin, 21 ildir ki,
hər gecə saat 12-yə yaxınlaşanda bütün ruhunu qorxu bürüyür. Yaşadıqları
zülmləri, faciəni yenidən yaşayır.



Həyatını xilas edən Bibixanım
xala isə son nəfəsinə qədər Dilarənin yanında olub. Ona qızı kimi
münasibət göstərib. Əri onları qoyub gedəndən sonra həyətyanı
təssərrüfatının böyük bir hissəsini Dilarəyə və övladlarına xərcləyib.



Dilarə
deyir ki, o dəhşətli gecədən sonra düşünürmüş ki, dünyadakı bütün
insanlar vəhşidir, onların əlindən hər  pislik gələ bilər. Bibixanım
xalanın ona etdiyi yaxşılıqlar bu fikrindən daşındırıb.

Məhkəmə zalında Dilarə Həsəndən yalnız bir şeyi soruşub: Sənə nə pislik etmişdim?

"Taleyin
şəkli”nin sadiq oxucusu, bəzən insanlar bir-birlərinə pisliyi heç bir
səbəbsiz-filansız da edə bilir. Pislikdən qorunmaq üçün gözüaçıqlıq da
bəzən heç bir işə yaramır. Ən böyük pisliyi isə insan özü-özünə,
başqasına pislik edərək edir. Hər insanın içində iynə ucu qədər də olsa
vicdan hissi olsun gərək. İçinizdəki pislik etmək hissindən qorunun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!