Prezident İlham Əliyev qadınları təbrik etdi

Prezident İlham Əliyev qadınları təbrik etdi
Qadın dünyası
10.09.2017 15

Prezident İlham Əliyev 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb. 





Qadınlar.Biz təbrikin mətnini sizə təqdim edir:



"Hörmətli xanımlar!



Əziz analar və bacılar!



Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və müvəffəqiyyətlər arzulayıram.



Azərbaycan
qadını mənəvi təbiətinə sadiq qalaraq, zərifliyin, ülviliyin və
gözəlliyin rəmzi olan adının ucalığını həmişə layiqincə qoruyub
saxlamışdır. Tarix boyu o, özünün müdrikliyi, işgüzarlığı və saflığı ilə
keçmişimizə parlaq səhifələr yazmışdır. Milli-əxlaqi dəyərlərimiz,
mədəni-tarixi irsimiz və xalq adət-ənənələri xəzinəmiz məhz dilimizin
saflığı keşiyində şərəflə dayanan nənələrin, anaların sayəsində mürəkkəb
dövrlərin təqib və sınaqlarına qalib gələrək, bu günədək yaşamaqdadır.
Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib seçilmək hüququ
əldə etməsi də, mədəniyyətin, incəsənətin və elmin müxtəlif sahələrində
ilk addımları atması da Azərbaycan qadınının mədəni səviyyəsinin və
intellektual potensialının aydın təzahürüdür. Fərəhləndirici haldır ki,
gənc xanım və qızlarımız bu nailiyyətlərin layiqli davamçıları kimi
nəsillərin varisliyini təmin edirlər.


Məmnuniyyət hissi ilə qeyd
etmək istəyirəm ki, müstəqil Azərbaycanın qazandığı bütün böyük
uğurlarda qadınların misilsiz xidmətləri vardır. Respublikamızda bir an
belə ara verməyən hazırkı quruculuq işlərində ölkə xanımları tariximizin
hər bir mərhələsində olduğu kimi bu gün də çox yaxından iştirak edir,
ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərin fəal
iştirakçısı olaraq vətənimizin yüksəlişinin təmin edilməsinə töhfələrini
əsirgəmirlər. Bu bayramın xalqımızın həyatında mühüm hadisəyə
çevrilməsi Azərbaycan qadınının cəmiyyətimizin müasir simasının
müəyyənləşməsində əhəmiyyətli yerinin və ictimai mövqeyinin nəticəsidir.İnanıram
ki, sürətli dəyişikliklərin baş verdiyi indiki qlobal dünyada siz daim
mədəni-mənəvi zənginliklərimizin yaşadılması üçün çalışacaq, ölkəmizin
gələcək inkişafı naminə gənc nəslin qədim ənənələrimizə, milli məfkurə
və dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsinə bundan sonra da
xüsusi diqqət yetirəcəksiniz.


Bayramınız mübarək olsun!”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!