Katibəsi ilə eşq yaşayan hakimin sonu

Katibəsi ilə eşq yaşayan hakimin sonu
Qadın dünyası
10.09.2017 22
qız övladıdır. İki qardaşı isə yaşca
ondan çox böyük olduğu üçün atası dünyasını dəyişəndən sonra qayğısını
çəkiblər. 2 yaşı olanda onda ürəkkeçmə olduğu aşkarlanıb. Körpəliyindən
heç kim onun xətrinə dəyməyib. Orta məktəbi bitirdikdən sonra ali təhsil
almaq üçün Bakıya gəlib. Bakı Dövlət Universitetinin hüquq fakültəsinə
daxil olub. 

İkinci
kursda oxuyanda Bakının rayon məhkəmələrinin birində katib köməkçisi
vəzifəsinə işə düzəlib. Simanın həyatı məhkəmə divarları arasında 1 ay
içində dəyişib. Məhkəmə hakimlərinin biri ilə arasında sevgi macərası
başlayıb. İlk günlərdə o, özünə qarşı olan münasibəti anlaya bilməyib.
Çünki, A. ilə arasında olanlar sevgili münasibətindən çox ata-qız
münasibətinə oxşayırdı. Sima ilə A. arasında nə az, nə çox 28 yaş fərq
olub. Sonra hiss edib ki, A.-ya aşiq olur. 

Bu
müddətdə isə qardaşları davamlı olaraq onunla əlaqə saxlayır, maddi və
mənəvi bütün qayğılarını çəkirdi. A. 2 aylıq yeknəsək görüşlərdən sonra
Simaya ev almağı təklif edir. Onlar bir evdə yaşamağa başlayırlar. Hər
gün işdən birlikdə çıxıb Simaya alınan evə gedir, yalnız gecə
saatlarında A. ailəsinin, uşaqlarının, nəvələrinin yanına gedir. 
Sima bu vəziyyətdən narazılıq etmir. Aralarındakı münasibət, A.nın onun bütün qayğılarını çəkməsi onu razı salır. 

Bir neçə aylıq birgə həyatdan sonra Sima hamilə olduğunu anlayır. Onlar birgə abort qərarına gəlirlər. 

Sima deyir ki, aborta gedəcəyi gün qorxusundan xəstəliyi haqda A. ya məlumat verməyib. Düşünüb ki, onu aborta getməyə qoymaz. 

Simanın
abort masasında vəziyyəti pisləşir. Onu əməliyyata götürürlər. Ağır
əməliyyatdan sonra 3 gün reanimasiyada qalır. Həkimlər sənədlərindəki
ünvanı tapıb ailəsinə xəbər verirlər. Qardaşları onun abort zamanı bu
hala qaldığını biləndə dəliyə dönürlər. Məhkəməyə gəlib uşağın atasının
kimliyini araşdırırlar. Məhkəmədə bacılarının uzun müddət A. ilə bir
evdə yaşadığını deyirlər. Qardaşlar A.-nı öldürmək üçün axtarsalar da
tapa bilmirlər. Onu öldürmək üçün tapmasalar da məsələ böyüyür. 

A.nı
məhkəmədən uzaqlaşdırırlar. Karyerasına bununla da son qoyulur. Lakin
məsələ bitmir. Qardaşlar sakitləşmir. Bacılarının xəstəliyinə görə ona
yenə də əl qaldırmırlar. Lakin hələ 20 yaşı tamam olmamış qızcığazın
atası yaşında kişi tərəfindən aldadılmasına dözə bilmirlər. Bacılarını
özləri ilə Rusiyaya aparırlar. Hadisədən təxminən 2 il ötür. 

Sima
qardaşının dostu ilə ailə qurur. İki övladı dünyaya gəlir. Lakin,
başına gələnləri, A.nı unuda bilmir. Ərinə qarşı onda sevgi hissinin
olmamasını anlayır. Ailəsi dağılır. Qardaşları ailəsini dağıtdığına görə
Simanı bağışlamırlar. İki uşaqla Sima Bakıya gəlir. Maddi problemlərlə
tək bacarmadığını anlayır. Gəncəyə, anasının yanına gedir. Gəncədə özünə
iş tapa bilməyəcəyini anlayır. 

Uşaqlarını
anasının yanına qoyub Bakıya iş tapmaq üçün gəlir. Məhkəməyə, keçmiş iş
yerinə qayıtmağa isə üzü olmur. Mağazaların birində işə düzəlir. Təhsil
aldığı universitetdən isə uzun müddət dərsə getmədiyi üçün çoxdan
qovulduğunu öyrənir. Keçmiş rəfiqələri ondan üz döndərir. Bakıdakı kiçik
məhəllələrin birində 1 otaqlı, darısqal evə kirayə köçür. 13 saatlıq
işdən sonra yorğun gəldiyi evin sahibləri ilə danışmağa heç vaxt həvəsi
olmur. Bütün maaşını uşaqlarına göndərir. 

Yaşadığı
evin sahibəsi yayın başlanğıcında uşaqları ilə birgə rayona istirahətə
gedir. Evin digər otaqlarından da istifadə edə biləcəyini deyir. Evdə
yalnız ev sahibi Vəli və o qalır. Sima deyir ki, Vəlidən heç vaxt pis
münasibət görmədiyinə görə gecələr yatdığı otağın qapısını bağlamağı
ağlına da gətirmir. Ancaq onun düşündüyü kimi olmur. Bir gecə Vəli
qapının açıq olmasından istifadə edib otağa daxil olur. Ağzını bağlayıb
zorlayır...

Vəlinin
əlindən canını qurtarıb qaçan Sima bir də o evə ayaq basmır. Bir müddət
sonra özünü ələ alıb Vəlinin evinə gedir. Əşyalarını götürmək istəyəndə
Vəlinin arvadı onu döyüb qovur. Vəli hər şeyi əksinə danışmışdı:
Simanın onu yatağa çəkmək istədiyini, ancaq onun etiraz edib Simanı
qovduğunu demişdi. Sima bir də o gündən sonra özü kimi ola bilmir.
Gördüyü haqsızlıqlar onu qəddarlaşdırır. İşlədiyi mağazadan çıxır.
Evsiz-eşiksiz kafelərdə dolaşır. Gecə klubunda işə düzəlir. Burda Sevinc
adlı qadınla tanış olur. Qadın onu Türkiyəyə gecə barlarında işləməyə
aparır. 

Sima
deyir ki, bütün dünyadan heyf çıxmaq istəyib. Qəsdi yalnız öz canına
olub. Türkiyədə işlədiyi gecə barında tanış olduğu türk kişi onunla ailə
qurmaq istəsə də, bilərəkdən, şüurlu şəkildə öz həyatını məhv edib.
Anasına, uşaqlarına isə xəbər göndərib ki, o Almaniyada özünə iş tapıb.
Ondan narahat olmasınlar. Hər ay pullarını göndərəcək. 

Sima
nə uşaqlarına, nə də anasına bu müddətdə maddi çətinlik yaşatmır. Lakin
qardaşları ondan birdəfəlik üz döndərir. Bir müddət sonra Bakıda anası
və uşaqlarına ev alır. Onları Bakıya köçürdür. Özü isə yalnız iki ayda
bir dəfə Azərbaycana gəlib gedir.

Keçmiş
isə heç vaxt unudulmur. Öz vəzifəsinə arxayın olub gənc qızı yoldan
çıxaran A. isə hüquq sisteminə bir də qayıda bilmir. Ancaq şəxsi
biznesini qurub həyatını yaşayır. Heç vaxt ağlına da gəlmir ki, vaxtilə
həyatını alt-üst etdiyi qız yenidən ömrünə qayıdacaq. 

Simanın
anası Zərdab xala illərlə qızının həyatını məhv edən adamın kim
olmasını öyrənmək istəsə də, bu haqda ona heç kim heç nə demir. Çünki
uzun müddət idi ki, oğlanları ilə əlaqəsi kəsilmişdi. Qızı isə bu haqda
qəti şəkildə danışmaq istəmirdi. 

Simanın
anası Zərdab xalanı uzaq qohumlardan biri qonaq çağırır. Qonaqlıqda
məlum olur ki, ev sahibi onun əri ilə eyni sinifdə oxuyub. Münasibətlər
getdikcə sıxlaşır. Günlərin birində ev sahibinin arvadı öz
problemlərindən, başına gələnlərdən danışmağa başlayır. Söhbətin
gedişatı Zərdab xalaya nəsə tanış gəlir. A. nın həyat yoldaşı Həbibə bir
neçə il öncə ərinin başına gətirilən "fırıldaqlardan” danışır. Həbibə
danışır ki, ərinin vaxtı ilə  hakim işlədiyi rayon məhkəmədə əxlaqsız
qadın ərinə böhtan atıb. Bunu isə sifarişli şəkildə hazırlayıblar.
Məqsəd ərinin karyerasına ləkə atmaq, onu şərləmək olub. Həmin qadının
isə sonradan sifarişli olduğu öz təsdiqini tapıb. 

Zərdab
xala hansı məhkəmə olduğunu, qızın yaşını, hansı rayondan olduğunu
soruşur. Onu dəhşət bürüyür. Qızının həyatını alt-üst edən adamın
kimliyini müəyyənləşdirir. Dəhşətə gələn qadın o andaca infarkt keçirir.
Onu xəstəxanaya çatdırırlar. 

Xəstəxanadan
çıxdıqdan sonra aylardır ailəvi münasibəti olduğu A. ilə təkbətək
danışmaq istəyir. Söhbət göz yaşı, dava-dalaşla keçir. A. qadını
inandıra bilir ki, onun heç bir günahı yoxdur. Onun qızını çox sevirdi.
Lakin işdən uzaqlaşdırılması, karyerasının bitməsinin günahını onun
oğullarında gördüyü üçün Simanı bir daha qəbul edə bilməyib. Şər-böhtan
yalanını isə ailəsinə görə uydurub. 

A. Zərdab xalaya yalvarıb Simanın yerini soruşur. Öyrəndikdən sonra birbaşa Türkiyəyə yollanır.

Görüş
çox çətin baş tutur. Gecə barında qəfildən peyda olan A.nı görən
Simanın ürəktutması başlayır. Vəziyyəti ağırlaşır. A. bir də Simanı tərk
etməmək qərarına gəlir. Birgə Azərbaycana qayıdırlar. A.nın ailəsi
bütün olanlardan xəbər tutduğu üçün ondan ayrılır. A. gecikmiş rəsmi
nikaha girir. 

Hazırda
Sima Bakıda yaşayır. Uşaqları, anası və A. ilə birlikdə... O, üçüncü
uşağa hamilədir. Deyir ki, həyatını sanki, abort masasının yaxınlığından
geri qayıdıb yenidən yaşayır. Bu illər ərzində A.nı heç vaxt unutmayıb.
Onu aldatsa da, tərk etsə də, ürəyi həmişə onunla olub. A. isə yaşının
ahıl çağında yenidən özünü xoşbəxt hiss edir. Bütün yaşananlara,
ayrılıqlara rəğmən, hər şeyi yenidən başlayıblar. Bu evlilikdən yeganə
narazı isə Zərdab xaladır. O, qızının əri ilə eyni sinifdə oxumuş kişi
ilə evliliyini qəbul edə bilmir.  Deyir ki, hər şey hələ də ona yuxu
kimi gəlir.

Sima
təhsilini də davam etdirmək istəyir. Bəlkə də, nə zamansa biabırçılıqla
ayrıldıqları məhkəmədə yenidən işləyərlər. Özü də birlikdə...

Əziz
oxucu, yenidən başlamaq heç vaxt gec deyil. Həyat insanın qarşısına
çıxardığı yolların tikansız, düz olmasına heç vaxt qarantiya vermir.
Yenidən, yeni səhifədən, tikansız yollar ümidi ilə yaşayaq.

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!