Mən Qadınam... ( Öz qələmimdən )

Mən Qadınam... ( Öz qələmimdən )
Qadın dünyası
10.09.2017 33
Mən qadınam... Nə olursa olsun həyatda, üzümə xətlər düşsə belə mən qadınam. Gələcəyin anasıyam mən. Övladlarını min əziyyətlə böyüdüb sonradan qadın olduğunu xatırlayan varlığam. 
Mən qadınam.... Çox güclü qadın. Nə olur olsun əyilməyən, heç bir şeytani varlığın qəlbimə girə bilməyəcəyi qədər güclüyəm mən. Hisslərimi doya-doya yaşayan qadınam məın. 
Mən qadınam... Dost yolunda hər əzabı çəkə biləcək qadın. Göz yaşları ilə dost xəyanətini yuya bilən qadın.
Mən qadınam.... Cəmiyyətdə xor görülən, əzilən. Döyülən, lənətli olan, yerlərdə sürüklənən qadın.
Mən qadınam.... Azadlığına qovuşduğu an öldürülən, daş divarlara həbs edilən qadın.
Mən qadınam... Qorxmadıqca qanayana qədər döyülən, qanadları qırılan qadın.
Mən qadınam... Bunlara səbr edib bir gün aydın səmalara uçacaq qadın.
Müəllif: Aytən Mələkскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!