Həyat yoldaşınız dostunuzdurmu?

Həyat yoldaşınız dostunuzdurmu?
Qadın dünyası
10.09.2017 28
Kişilər ən yaxın dostlarının həyat yoldaşı olduğu deyir. Bunun səbəbi isə duyğu və düşüncələrdir.
[b][/b]
Həyat
yoldaşınız dostunuzdurmu? Uşaqlıq dostunuz, yoxsa həyat yoldaşınız
sizin ən yaxşı dostunuzdur? Mütəxəssislərin bir çoxu iddia edir ki,
dostluğun başladığı yerdə cinsi münasibətlər pisləşir. Bir qismi isə
bunu inkar edir. Qulağa qəribə gəlsə də, kişilər ən yaxın dostlarının
həyat yoldaşı olduğunu düşünür. Çünki onlar ən gizli sirlərini,
duyğularını həyat yoldaşları ilə paylaşır. Kənardan çox ciddi və kobud
görünsələr də, qəlbinin dərinliyində baş verənləri ancaq sevdiyi qadına
açırlar. Bütün problemlərini və dostlarına deyə bilmədiklərini ancaq
sevdiyi qadına danışa bilirlər.

Bu haqda qadınlar nə düşünür?
Qadınlar
isə kişilər kimi düşünmür. Çünki onlar rəfiqələri və dostları ilə
etdikləri uzun söhbətləri, qeybətləri, yeni açılan geyim mağazalarını
və.s kimi qadın söhbətlərini həyat yoldaşları ilə edə bilmirlər.
Əslində, bu kimi söhbətləri kişilərlə danışmaq heç mümkün də deyil.
Çünki qadın və kişi münasibətlərinin öz qaydaları var.

Xüsəsn də
qadınlar "biz həqiqətən də dostuq, o mənim ən yaxın dostumdur”
dediklərində, əslində sevgi və erotizmi bitmiş münasibətlərdən qaçmaqda
olduqlarının fərqinə belə deyillər. Artıq başdan çıxarma, mübahisə,
barışma və şəfqət çoxdan bitib. Duyğusal məqamlar öz yerini dostluq
münasibətlərinə buraxıb. Kişilərin nəzərdə tutduğu dostluq ifadəsi isə
tamam başqa cürdür. Bu daha çox "Həyat dostu, sirdaşı” kimi bir şeydir.
Bu qadınların kişilərə bəxş etdiyi bir səmimiyyətdir.

Ancaq ikinizə məxsus...
Kişilər
elə hesab edir ki, onların daxili dünyası qapalı olmalıdır. Buna görə
də daxili dünyalarında üçüncü şəxsə yer vermirlər. Sirlərini və daxili
aləmlərini başqa bir adama danışmaq onlara qəribə və məntiqsiz gəlir.
Hər bir cütülüyün özünəməxsus sirləri, şifrələri, bədən dili olmalıdır
və bu onlar üçün çox vacibdir.  Bu kimi şeylər cütlüklərin
münasibətlərini və sevgi dolu dünyasını qoruyub saxlayır.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!