Baş bəlamız - seriallar

Baş bəlamız - seriallar
Qadın dünyası
10.09.2017 38
Araşdırmalara görə, gənclərin 20 %-i TV
aludəçisi olmaqla bərabər, hər 3 gəncdən 2-si seriallardakı
xarakterlərdən ən az birini model olaraq görür. Tədqiqatlar nəticəsində
gənclərin zamanının çox hissəsinin televiziya qarşısında keçdiyi məlum
oldu.


Ən çox nəyi izləyirsiniz?-sualına gənclər "Maqazin, yerli və xarici seriallar” cavabını verdilər.

Fiziki görünüş cəlb edir

Araşdırmada gənclərin seriallardakı xarakterləri bəyəndikləri və örnək
aldıqları ortaya çıxdı. Bu da onu göstərir ki, həmin xarakterlərin
fiziki görünüşü gəncləri cəlb etdiyindən onlara bənzəməyə çalışırlar.


Bilik səviyyəsi də göstəricidir


Bilik səviyyəsi yüksək olan tələbələrin 60%-i, orta olanların 69%-i,
aşagı olanların 77%-i seriallardakı hər hansı bir xarakteri model olaraq
görür.


"Mafiya başçısı” olma yarışında


Yayımlanan seriallarda şiddət ön planda olduğundan gənclər mafiya
başçısı olma yarışına girirlər. Bir pedaqoq deyir: ”Bu an yayımda olan
seriallarda həm güc, həm düşmənçilik duyğuları, dava, savaş önə
çıxarılır. ,Şiddəti nümayiş etdirən kişi də qəhrəman olaraq göstərilir.
Gənclər ailələrində olan əksiklikləri və şiddəti serialda izləyirlər.
Seriallardakı mafiyaları görən gənclər məktəbdə mafiya qrupu qurmağa
çalışırlar. Bu tərz hallarda gənclər yoldaşlarına zərər verə bilərlər.”

Ona görə də valideyn istər internet, istərsə də TV-də yayımlanan seriallar və verilişlərə şəxsən özü nəzarət etməlidir.


Ana-ata uşağa daha yaxın olmalıdır


Bir türk psixoloqu belə deyir; ”Əgər ata-ana kifayət qədər övladına
zaman ayırsa, gənclər serialdakı çılpaq qızları və digər xarakterləri
örnək almaz. Gec olmadan zaman ayırın.”

P.S.Vaxtımız bizə Allahın verdiyi bir nemətdir. Zaman bizi addım-addım
ölümə yaxınlaşdırır. Allah(c.c) qiyamət günü verilən zamanı nəyə sərf
etdiyimizin hesabını mütləq ki, soruşacaq.

Türk seriallarının əksəriyyətində dəbdəbəli geyimlər, zəngin təbəqənin
yaşayışı, bahalı maşınlar, evlər reklam olunur. Bunlar nə dərəcədə
düzgündür axı? Seial həm asılılıq, həm də psixoloji gərginlik yaradır,
sizcə də elə deyilmi?

Yaxşı deyək ki, cəmiyyətdəki ağıllı və nəfsini cilovlaya bilən insanlar
bunların bir dəyəri olmadığını anlayır, bəs ağılsızlar?,

Bu yaşayış tərzini öz həyatlarına yansıtmaq istəyənlər nə çox. Bu
xəyallar onları məcbur edir ki, hər cür yola əl atıb, bu həyatı
yaşasınlar. Bəzən özümü sınamaq üçun baxıram və görürəm ki,
istər-istəməz çox cüzi də olsa ruhumda öz təsirini qoyur. Ona görə də
son zamanlar baxdığım serialı ələk-vələk edib, baxıram.

Hal-hazırda atv-də yayımlanan "hüzur sokağı”-na və Samanyolunda
yayımlanan demək olar əksər seriallara baxıram. Bu seriallarda dini
dəyərlər önə çıxarıldığından və hələ ki, əxlaqa zidd olan hərəkətlər
görmədiyimdən izləyirəm.

Allah bizi zamanımızı yetərincə dəyərləndirməyi, gözümüzün və
qulağımızın haqqını haqqıyla verməyi nəsib etsin. Çünki məhşər ayağında
bütün orqanlarımız dilə gəlib, danışacaqlar. İnanın bunlar vaxtımızı
boşa xərcləməmiz üçün iblisin bizə qurduğu tələlərdir. Çünki həyatımızda
daha vacib anlar var.

Əziz xanımlarımız siz necə?-Serialları izləyirsinizmi? Nəyə görə və serialda sizi cəlb edən nədir?
Rica edirəm səmimi yazın. Sizin fikirləriniz mənim üçün çox önəmlidir, öyrənəcəyim şeylər çoxdur.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!