Qadınların zəkası

Qadınların zəkası
Qadın dünyası
10.09.2017 18
Kişi: Mənə adınızı hədiyyə edə bilərsiniz?

Qadın: Niyə? Sizin adınız yoxdu?



Kişi:Sizin üçün bir içki sifariş edə bilərəm?

Qadın: Əslində içkinin pulunu alsam daha yaxşı olar.



Kişi: Mən fotoqrafam və nə vaxtdır sizinki kimi bir üz axtarırdım.

Qadın: Mən də estetik cərraham və nə vaxtdır sizinki kimi bir üz axtarırdım.



Kişi: Deyəsən sizinlə daha əvvəl bir ya da iki dəfə görüşmüşük.

Qadın: Sadəcə bir dəfə görüşmüş ola bilərik,çünki eyni səhvi ikinci dəfə təkrarlamıram.



Kişi: Necə bu qədər gözəl ola bilirsiniz?

Qadın: Deyəsən doğulanda sizin də payınızı mən almışam.



Kişi: Bu bazar görüşə bilərik?

Qadın: Çox təəssüf,bu bazar başım ağrıyacaq.



Kişi: Bir çox kişinin başını döndürürsünüz yəqin?!

Qadın: Siz də bir çox qadının mədəsini bulandırırsınız yəqin?!



Kişi: Sizə evlənmək təklif etsəm nə cavab verərdiniz?

Qadın: Ehtimalki bir şey deyə bilməyəcəm,çünki güləndə danışa bilmirəm.



Kişi: Sizi kinoya dəvət edə bilərəm?

Qadın: Mən o kinonu görmüşəm.



Kişi: Həyatım boyunca haradaydınız?

Qadın: Sizdən gizlənirdim.



Kişi: Sizi daha əvvəl haradasa görmüşəm elə bil...

Qadın: Bəli,bu səbəbdən artıq ora getmirəm.



Kişi: Bu stul boşdu?

Qadın:Bəli,amma otursanız bu boşalacaq.



Kişi: Sizi çılpaq görə bilsəydim çox xoşbəxt ölərdim.

Qadın: Mən sizi çılpaq görsəydim gülməkdən ölərdim.



Kişi: Özümü sənə tövsüyə etmək istərdim.

Qadın: Bağışlayın mən ucuz şeylər almıram.



Kişi: Səninlə hər şeyi paylaşmaq istərdim.

Qadın: Yaxşı bank hesablarından başla ondaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!