Sizin evliliyiniz təhlükə qarşısındadır? - TEST

Sizin evliliyiniz təhlükə qarşısındadır? - TEST
Qadın dünyası
10.09.2017 48
Kişiyə aid isuallar:
1. Siz bütün həyatınızı dəyişmək və hər bir şeyi yenidən başlamağı düşünürsünüz?'
2. Siz həyat yoldaşınızın o qədər də zövqlə geyinmədiyini düşünürsünüz?
3. Pis yatırsınız?
4. Evdə boş vaxtlarınızı keçirmək xoşunuza gəlir?
5. Yoldaşınızın hansı rəngdən və hansı kitabdan xoşu gəldiyini bilirsiniz?
6. Subay olduğunuz zamanları tez-tez yadınıza salırsınız?
7. Düşünürsünüzmü ki, boş vaxtlarınızı keçirmək üçün hərənizin öz seçimi olmalıdır?
8 Həyat yoldaşınızı başqa qadınlar ilə müqayisə edirsiniz?
9. Evdən kənarda tez-tez dostlarınız ilə görüşürsünüz?
10. İşdən evə pis əhval-ruhiyyəni tez-tez "gətirirsiniz”?
Testin suallarına cavab
Bəli
Bəzən
Xeyr

 
Bəli cavabları üstünlük təşkil edirsə:
Ailə
həyatında Siz o qədər də xoşbəxt deyilsiniz. Qismən də olsa günah
sizdədir. Çalışın yoldaşınıza daha çox vaxt ayırasınız, ona qarşı
diqqətli olun, əlbəttə ki, artıq gec deyilsə.  İstənilən halda ailə
həyatınızı daha xoşbəxt və möhkəm etməyiniz haqda fikirləşmə dəyər.
Çünki ailəni dağıtmaq asan olsa da, onu yenidən bərpa etmək çox
çətindir.
Bəzən cavabları çoxluq təşkil edirsə: 
Siz evliliyinizdən razısınız. Sakit və gözəl ev şəraitini
xoşlayırsınız. Hərdən dostlarınızla görüşürsünüz və keçmiş günlərinizi
yada salırsınız, lakin bu sadəcə gözəl xatirələrdi, qətiyyən sizin ailə
şəraitinizindən narazı olduğunuz demək deyil.

Xeyr cavabları çoxluq təşkil edirsə:
Bəzən həyat yoldaşınız ilə bir balaca anlaşılmamazlıq olur, ancaq
bütövlükdə sizin evliliyiniz uğurludur. Siz razı və xoşbəxt həyat
yoldaşısınız.
Qadına aid suallar:
1. Yoldaşınızın sizə qarşı diqqətli və səmimi olduğunu düşünürsünüz?
2. Yoldaşınızın sizinlə iş problemləri ilə bölüşməyini istəyərdiniz?
3. Sizin bütün ailənin əhval-ruhiyyəsini pozduğunuz hallar olur?
4. Əgər sizin əhval-ruhiyyəniz pisdirsə, bu halı xüsusi, sevdiyiniz bir xörək dəyişə bilər?
5. Sizin tanışlarınızın həyat yoldaşları sizin yoldaşınızdan yaxşı olduğunu düşünürsünüz?
6. İstirahət günləri özünüzə (geyiminizə və s.) fikir vermədiyiniz zamanlar olur?
7. Yoldaşınızın hobbisi sizi əsəbiləşdirir?
8. Yoldaşınızın uğurlarına sevinirsiniz?
9. Sizin işinizdən yoldaşınızın işi vacib olduğunu düşünürsünüz?
10. Uşaqlara qarşı yoldaşınızdan çox sevgi göstərirsiniz?
Testin suallarına cavab
Bəli
Bəzən
Xeyr

Bəli cavabları çoxluq təşkil edirsə: Siz
əminsiz ki, evliliyiniz uğurlu deyil. Bu vəziyyətdə, siz ilk növbədə
yoldaşınızı günahlandırırsınız. Lakin günah sizin özünüzdə də ola bilər.
Ümid edirik ki, sizin bu vəziyyəti yaxşı tərəfə yönləndirməyə hələdə
vaxtınız var. Sizə uğurlar.
Bəzən cavbları çoxluq təşkil edirsə: Siz bilirsiniz ki, ideal evlilik olmur. Ailədə olan yaxşı münasibətlər
hər ikinizdən asılı olduğunu yaxşı bilirsiniz. Siz problemlərinizi asan
yolla həll edə bilirsiniz. Bəzi zamanlar sizdə şübhə yaranır: bu
problemlərin öhdəsindən gələ biləcəksinizmi? Lakin bu hisslərə qapılmaq
lazım deyil.

Xeyr cavabları çoxluq təşkil edirsə:
Sizdə hər bir şey əladır, uğurlu ailə münasibətləri qura bilmisiniz.
Siz – çox yaxşı həyat yoldaşısınız, sizdən yaxşısını yoldaşınız xəyal
edə bilməz. Hər bir ailəyə uğurlar arzulayırıq. Bir-birinizin qədrini
bilin, bir-birinizə qarşı hər zaman diqqətli olun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!