Qadınlar həyatlarının 4 ayını ağlamaqla keçirirlər - səbəb isə...

Qadınlar həyatlarının 4 ayını ağlamaqla keçirirlər - səbəb isə...
Qadın dünyası
10.09.2017 15
Qadınlar iş yerində kişilərdən dörd qat daha çox ağlayır. Bu xüsusiyyət qadınların daha bacarıqlı olmasına kömək edir. 




Mütəxəssislər
 bunun səbəbinin qadınların daha həssas xarakterə malik olması ilə
əlaqələndirirlər. Lakin ağlamaqla qadınlar üzərindən böyük bir stress
atmış olurlar. Dolayısı ilə özlərini tez bir zamanda toparlaya bilirlər.
Bu isə onlara işlərində daha uğurlu olmasına kömək edir.



Bunu
amerikalı alimlər apardıqları bir araşdırma aşkar edib. Araşdırma ABŞ-da
bir şirkətdə 700 nəfər arasında aparılıb. Psixoloq və professor Yasmine Yaghmour-un
apardığı araşdırmada məlum olub ki, qadınlar iş yerində etdikləri
səhvlərə görə, özünü çox tənqid edir. Qadınların 41 faizi, kişilərin isə
ancaq 9 faizi iş yerində ağlayır. İştirakçıların çoxu iş yerində
ağlamağını stress və gərgin iş rejimi ilə bağlayıb. Qadınların iş
yerində yığdıqları stressi və gərginliyi bir anda ağlayaraq xaric
etməsi, onların daha məhsuldar işləməsinə kömək edir.



Ağladıqdan
sonra işlərini yenidən gözdən keçirir və təhlil edir. Nəticədə isə daha
yaxşı iş ərsəyə çıxarır. Qadınlar şəxsi həyatda və başqa yerlərdə
yaşadığı stressi işə gətirməyəcək qədər güclü deyillər. Bu da qadınların
ağlamasına səbəb olur. Həmçinin qadınların gözləri kişilərdən tez
yaşarır və istəmədən də ağlamağa məcbur olurlar. Qadınlar həyatının 4
ayını ağlamaqla keçirirlər. Bu isə 12 min saat edir. Onların iş yerində
bacarıqlı olmasının digər bir səbəbi isə duyğularını nəzarət altına
almamasıdır. Kişilər isə duyğularını göstərmir və stress keçirdiklərini
gizlədirlər. Yəni kişilərin iş yerində ağlamaması onların həssas
olmadığı demək deyil. Sadəcə, qadınlar kişilərdən fərqli olaraq,
doğuşdan həssas doğulur. 




Qadınlar
kişilərdən fərqli olaraq hər şeyin daha idealını axtarır. Tənqidə
dözümlü olmadıqları üçün olayları faciəyə çevirməyə meylli olurlar.
Uşaqlıqdan bəri qoruyucu və dəstəkləyici xüsusiyyətləri hiss etdiyi üçün
iş yerində onlara qarşı edilən haqsızlıqlara və çarəsiz vəziyyətə
düşəndə haqlı olmasından asılı olmayaraq, tənqidə dözümlü olmurlar. 




Qadınların
iş yerində kişilərlə birlikdə işləməsini qadağan edən bir qanun yoxdur.
Lakin qadının işdə bəzi qaydalara əməl etməsi vacibdir. Qadının yad bir
kişi ilə təklikdə iş yerində və ya evində işləməsi xəlvət hesab
olunduğu üçün günah və haram sayılır. Lakin dində bir neçə qadının
kişilərlə birlikdə işləməsində heç bir qəbahət yoxdur. 




Müasir Psixologiya Mərkəzinin psixoloqu Aida Nəbiyeva əks cinslərin birlikdə işləməsi və bunun hansı diskomfort yaratması ilə
bağlı fikirlərini bölüşüb. Psixoloq bildirdi ki, qadın və kişi
psixologiyası fərqli olduğuna görə, iş yerində müxtəlif problemlərə və
bəzi nüanslara yol aça bilər. Dünyanın hər yerində istənilən sahədə
qadın və kişilərin birlikdə işləyib fəaliyyət göstərməsi tələb olunur.
Kollektiv sadəcə iş prosesi deyil, həm də şəxsiyyətin özünü
yetişdirməsi, tənzimləməsini təşkil edən prosesdir. Bir kollektivdə əks
cinslərin fəaliyyət göstərməsi insanların psixologiyasına müsbət təsir
edir. Qadın və kişilərin birlikdə işləməsi həm də rəftar və davranış
qaydalarını daha yaxşı mənimsəməyə kömək edir. Aparılan araşdırmalar da
göstərir ki, konkret qadın və konkret kişi kollektivində fəaliyyət
göstərən insanlar əks cinslərlə ünsiyyətdə çətinlik çəkir və ünsiyyət
prosesi birtərəfli  inkişaf edir. Bu isə gələcəkdə onların ailədaxili
problemlərin yaranmasına təsir edir. 




İş
mühitində bəzi xüsusi nüanslar var ki, kollektivdə problemlər yarada
bilər. Qadınlar kişilərin, kişilər isə qadınların bəzi incə
xüsusiyyətlərindən xəbərsiz olur. Kişilər dağınıq və hər şeyi yerində
tapa bilmədiyi üçün bəzi məsələlərdə qadının köməyinə ehtiyac duyurlar.
Bu da bir çox hallarda qadınların iş prosesində gərgin olmasına gətirib
çıxarır. 




Aida Nəbiyeva kişilərin iş prosesində özünü diskomfort hiss etməsinə səbəb olan məsələləri də açıqlayıb. 




"Qadınlar
xarici görünüşünə diqqət etdiyi üçün işdə makiyaj, geyim, dəb və.s-dən
danışa bilər. Bu isə qadınlarla bir otaqda işləyən kişilərə mənfi təsir
edir və qıcıq yaradır. Bu kimi şeylər kişilər üçün anlaşılmazdır.
Dünyagörüşü və münasibətlər fərqli olduğu kollektivdə problemlər yarada
bilər. Yəni, istənilən yerdə qadın və kişilərin birlikdə çalışması həm
mənfi, həm də müsbət cəhətlərə malikdir”.




Mütəxəssis
iş yerlərinə qəbul zamanı psixoloji testlərin keçirilməsi haqqında
danışıb. Testlərdə şəxsin temperamenti, aktivliyi, ünsiyyətliliyi
xarakteri, İQ-sü və digər xüsusiyyətləri nəzərdən keçirilir. Xarici
ölkələrdə və Azərbaycanda bir çox şirkətlərdə bu cür testlər aparılır.
Bir otaqda 15-20 nəfər oturur və hər biri fərqli xarakterə malikdir.
Kollektivdə problem yaranmaması üçün otağa bir-birilə yola gedə bilən
işçilər yığılır. İş motivasiyası baxımından işə çox həvəsli birini,
həvəssiz qrupa daxil edirlər. İş motivasiyası zəif olan biri isə zəif və
həvəssiz işçi qrupuna daxil edilir. Bu kimi halları və stresə
davamlılığını yoxlamaq üçün testlərin aparılması vacibdir. Çünki hesab
olunur ki, stressdən daha tez çıxan insanlar iş prosesində bir o qədər
faydalı olur. Testlərə cavab verə bilməyən insanların işdə
keyfiyyətindən danışmaq mümkün deyil.



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!