+++++++++Başınıza sevgi düşsün!

+++++++++Başınıza sevgi düşsün!
Qadın dünyası
10.09.2017 3
Ürəyimin də sol tərəfini və ya sağ tərəfini ayırmaq kimi bir şansım olsaydı, nə gözəl olardı. Beynimizin varsa, ürəyimiz də vardır əlbətdəki… Ancaq işin çətin tərəfi; hər nə qədər könül məsələləri ürək deyilən orqan ilə simvollaşdırılmış olsa da, eşqə baxan  beyindir.

Olsun biz yenə də məcazi olaraq ürəkdən bəhs etməyə davam edək. Eşqdə məntiq olmadığına görə, beynin məntiqsiz davranmasını qəbul etmək yerinə, ürəyi günahlandırmaq daha ağılı  görünür.

Sizi bilməm amma mən eşqə olan inancımı itirməyərək ayaqda dayanıram. İçində sevgi keçməyən təbəssümlərdən, saxtalıqlardan uzaq qalıram.

Eşqi kiçik hesab edən, alçaldanları həyatıma daxil etmirəm. Əlbəttə canı çox yandığı üçün eşqdən qorxan, inanmadığını söyləyən və qarşılarına eşq çıxdığında dənizə buraxar kimi, özlərini sevdanın qollarına buraxacaqlarını bildiklərimi bu siyahıya qoymuram.

Yeni bir həyata başqa bir dadı olur. Əvvəlcə ümidiniz təzələnir. Yeni başlanğıclar, yeni hadisələr, yeni sürprizlər üçün gözləyirsiniz . İnsan həyatına yaxşı şeylər düşünərək özünə yaxşılıqları çəkə bilməlidir.

Mənim izah etməyə çalışdığım bu: Hamımız yaxşı düşünüb, yaxşı hiss etməyi haqq edirik. Elə isə niyə cəht etmirik?

Nə olar bu il eşqə heç olmadığı qədər inansanız? Bu günə qədər inanmayaraq necəsə əlinizə bir şey keçmədi.  Ən çox yenə əlinizə bir şey keçməz; yəni dəyişiklik olmaz! Amma ya eşq gəlirsə! Pardon, siz eşqdən qorxurdunuz deyilmi? Uşaqlar dənizdən qorxub  üzmə bilmirlərsə, onu suya itələyərlər. Üzmə bilmirsənsə, suya girmədən öyrənə bilməzsən.

Əyər hələ də təksinizsə yeni bir gündə heç gözləmədiyinz anda başınıza sevgi düşsün, sizin üçün duam budur!



Tərcümə Etdi:
NİGAR_CAVAD

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!