Nə qədər yaşayırsan yaşa ..Sevdiyin qədərdir ömürün

Nə qədər yaşayırsan yaşa ..Sevdiyin qədərdir ömürün
Qadın dünyası
10.09.2017 11
Hər şey səndə gizlidir,

Yerin səni çəkdiyi qədər ağırsan,

Qanadların çırpındığı qədər yüngül.

Ürəyinin atdığı qədər canlısan,

Gözlərinin uzağı gördüyü qədər gənc.

Sevdiklərin qədər yaxşısan,

Nifrət etdiklərin qədər pis.

Nə rəng olursa olsun qaşın gözün

Qarşındakını gördüyüdür rəngin,

Yaşadıqlarını qazanc sayma

Yaşadığın qədər yaxınsan sonuna.

Nə qədər yaşayırsan yaşa

Sevdiyin qədərdir ömürün.

Gülə bildiyin qədər xoşbəxtsən

Kədərlənmə, bil ki ağladığın qədər güləcəksən.

Əsla bitdi sanma hər şeyi;

Sevdiyin qədər seviləcəksən.

Ay işığındadır sevdiyinə duyduğun həsrət

Və sevdiyinə həsrət qaldığın qədər ona yaxınsan.

Unutma yağışın yağdığı qədər islaqsan

Günəşin səni istilətdiyi qədər isti

Özünü tək hiss etdiyin qədər təksən.

Və güclü his etdiyin qədər güclü

Özünü gözəl hiss etdiyin qədər gözəlsən.

Bax budur həyat, Bax budur yaşamaq

Bunu xatırladığın qədər yaşayarsan.

Bunu unutduğunda aldığın hər nəfəs qədər üşüyərsən;

Və qarşındakını unutduğun qədər tez unudularsan.

Çiçək sulandığı qədər gözəldir

Quşlar cəh-cəh vura bildiyi qədər sevimlidir.

Körpə ağladığı qədər körpədir

Və hər şeyi öyrəndiyin qədər bilərsən.

Bunu da öyrən;

Sevdiyin Qədər Sevilərsən!



Tərcümə Etdi: NİGAR_CAVAD

[b][/b]

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!