+++++++++Azərbaycan Qadının Əxlaq Davranışları

+++++++++Azərbaycan Qadının Əxlaq Davranışları
Qadın dünyası
10.09.2017 0

 


    Bizim
cəmiyyətdə qadın çox sürətlə dəyişir. Dövrün təsirləri onu tarixi
xüsusiyyətlərindən məhrum edir, qadını öz istədiyi formaya salır. Ona
görə də agah qadın üçün bu əsrdə ən ciddi sual "necə olmaq?”dır.






Qadın
anlayır ki, mühitin təsirləri altında olduğu kimi qala bilməz.
Şəxsiyyətli qadın dövrün maskasını taxıb dəyişmək istəmir. O, özü üçün
yeni simanı özü seçmək istəyir. Amma necə? Onun üçün həm keçmişdən irs
qalmış qiyafə, həm də bərbəzəkli müasir maskalar darıxdırıcıdır.



İkinci
bir sual yaranır: Biz müsəlmanıq. Azadlıq eşqində yanan bizim qadın
böyük bir mədəniyyətə bağlıdır. Bu mədəniyyət öz sərmayəsini İslamdan
götürür. Uyğun mühitdə şəxsiyyətcə azad olmaq istəyən, həm qədim
mövhumatlardan və həm də müasir şeytənətlərə təqlidçilikdən qaçan qadın
İslama biganə qala bilməz.





Bu
qism qadınlar təbii olaraq düşünürlər: bizim camaat daim Fatimədən (ə)
dəm vurur; onun üçün göz yaşları axıdır. İluzunu həzrət Fatimənin (ə)
xatirəsinə həsr olunmuş yüzlərcə tədbirlər keçirilir. Bu xanım haqqında
mədhiyyələr oxunur, onu incidənlərə lənət yağdırılır. Bütün bunlara
baxmayaraq, Fatimə (ə) şəxsiyyəti hələ də açıqlanmamış qalır. Onun
haqqında bildiklərimiz isə nəsildən-nəsilə ötürülmüş, demək olar ki,
eyni ifadələrdir. Məsələn: Cəbrayıl (ə) həzrət Peyğəmbərə (s) zahir olub
dedi: «Allah sənə salam yetirir və buyurur ki, Xədicəyə (s.ə)
yaxınlaşmayasan. Qırx gün sonra Cəbrayıl Behiştdən təam gətirib, Xədicə
ilə yaxınlığa göstəriş verir.



Xədicə
nəql edir: "Bu qırx günü göz yaşları içində keçirdim”. Nəhayət, həzrət
Peyğəmbər (s) Xədicənin otağına daxil olur... Xədicə onları belə
xatırlayır: "Mən həmin gecə bətnimdə Fatimənin nurunu hiss etdim. Elə o
vaxtdan da Fatimə mənimlə danışardı, tənhalıq hiss etməzdim.”


Diqqət
edin! Fatimənin (ə) doğumundan ölümünədək onun haqqında heç bir məlumat
yoxdur! Atası Peyğəmbərin (s) vəfatından sonra Əbu Bəkr "Fədək bağı”nı
Fatimədən (ə) zorla alır, Ömər öz dəstəsi ilə hücum edib o həzrəti
döyür. Bu hadisə zamanı həzrət Fatimə (ə) altı aylıq körpəsini salır.
Xanım öz körpələrinin əlindən tutaraq "Beytül-Əhzan” xarabalığına gəlir.
Oturub ağlayır, ona zülm edənləri lənətləyir. Öz qalan qısa ömrünü göz
yaşları içində keçirən həzrət Fatimə (ə) vəsiyyət edir ki, Əbu Bəkr və
Ömərin pisliyindən qorunmaq üçün onu gecə və məxfi bir yerdə dəfn
etsinlər.


Amma
Fatimə şəxsiyyətinin bəşər həyatı üçün örnək olası nöqtələri lazımınca
araşdırılmamışdır. Əksər rəvayətlər bu xanımın Qiyamət günü möminlərə
yardım olacaq şəfaətindən bəhs edir: "Ərşdən nida olunar ki:
"Gözlərinizi yumun! Həzrət Fatimə (ə) öz qəsrinə gedir”. İki yaşıl
örtüyə bürünmüş xanımı 70 min huri müşayət edər. Allah-təala buyurur:
"Sənin müsibətinə görə sən, sənin övladların, şiələr və səni sevən
qeyri-şiələr Behiştə daxil olanacan bəndələrimi sorğuya çəkməyəcəm”.
Beləcə, Allah-təala yalnız bu insanları Behiştə daxil etdikdən sonra
bəndələrini sorğuya çəkər ("Həqqül-yəqin”).


Bəli,
bu əzəmətli şəxsiyyət haqqında bundan artıq məlumat nəzərə çarpmır.
Hansı ki, bir qadını mərifət nümunəsi seçmiş millətlər üçün bu çox
azdır!
 скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!