+++++++++++++++++++Qadınların qorxuları

+++++++++++++++++++Qadınların qorxuları
Qadın dünyası
10.09.2017 8
Hamımız
insanıq və hamımızın da
qorxduğu müəyyən  şeylər vardır. Ancaq, sizin qorxduğunuz bir şeydən
başqa birinin də qorxmasını
gözləyə bilməzsiniz.
Bəs
ancaq qadınlar ən çox nələrdən
qorxur?
Stomatoloq:Bilindiyi kimi,hər hansı bir
diş problemimiz olmasada, ildə iki dəfə ağız və diş sağlamlığı yoxlatdırmamız
lazımdır.
Bunu nizamlı bir şəkildə
etdirən insanlar hər yeni altı aylıq müddət yaxınlaşdığında,
hər hansı bir problem
üçün deyil, ancaq müayinə üçün gedəcək olmalarına baxmayaraq stomatoloqdan qorxurlar. Stomatoloqdan
qorxmanın ən əhəmiyyətli
səbəblərinin başında iynə qorxusu gəlməkdədir. Bundan əlavə daha əvvəldən yaşanmış pis bir təcrübə ya da adamın özünü stomatoloqa möhtac
hiss etməsi də
stomatoloq qorxusu üçün kafi səbəblər arasında
sayıla bilməkdədir.
İt:Bəzi insanlar evlərində it saxlayarkən və onları özlərinə dost edərkən,bəzi insanların da itlərə qarşı inanılmaz
bir qorxuları vardır. Kynophobia adı verilən it qorxusu insanlarda bəzən daha əvvəl yaşanılan it dişləmələri
səbəbiylə meydana gələrkən,bəzilərində
də it tərəfindən dişlənilən bir adamı
çox yaxından görmək səbəbiylə ortaya çıxa
bilər. Ancaq,  heç bir itlə problem yaşamamış olmasına baxmayaraqda
itdən qorxan
insanların sayı  olduqca çoxdur.
Təyyarə:Təyyarədən qorxan
insanların sayı o qədər
çoxdur ki, hələ
ancaq Amerikada təyyarədən
qorxan 25 milyon insan vardır.
Təyyarə qorxusunun  iki səbəbi
vardır: Bəziləri
təyyarənin qəza etməsindən qorxarkən, bəziləri təyyarə içərisində bağlı qalmaq səbəbiylə qorxu problemi
yaşamaqdadır.
Şimşək:Bu qorxudan əziyyət
çəkən çox sayda insan var.Bildiklərimizin yanında
bilmədiklərimizin sayı
daha çoxdur. Şimşəkdən qorxan insanların qorxuları bəzən elə coxolar ki, insanlar birləşərək toplu halda havası
daha sakin olan yerlərə köç edə bilərlər. Əslində bu səbəblə,
uşaqlarımızı da şimşəklə
qorxudub, ağıllı
olmaları yönündə tərbiyə
etməməmiz lazımdır.
Qaranlıq:Uşaqların qorxudulmaması lazım
olan şeylərdən biridə
qaranlıqdır.Uşaqlar qaranlıqdan ümumiyyətlə qorxurlar. Uşaqların içlərində qaranlıq qorxusu elə bir hal ala bilər ki,qaranlıqda  yatağın altından ya da bir şkafın içindən
kiminsə  çıxa biləcəyi, evə oğruların girəcəyi, özünün qaçırılacağı, əşyalarının və
xüsusilə də oyuncaqlarının oğurlana
biləcəyi qorxusu, beyinlərinə yol tapar.
Hündürlük: Cəmiyyətin 3–5%-də çox təsadüf edilən bu qorxu, fobiya halını
aldığında akrofobi adı ilə xatırlanmaqdadır. Akrofobiyası olan bir adam, hündür bir yerdən aşağı baxdığında ya
da yerdən yüksək bir binaya baxdığında, nəfəs alış
verişləri sürətlənib,
ürək atışları da qüvvətlənən adamdır. Bu insanlar
hündür bir yerdən
aşağı baxarkən olduqları yerin əslində olduğundan
dörd qat daha hündür  olduğunu hiss
edərlər və
qorxuları bir qat daha artar.
Digər insanlar: Çox insan  içərisində danışmaqdan çəkinirsinizsə, üzünüz qızarırsa və özünüzü xəstə kimi hiss
edirsinizsə deməli bu qorxu sizdə də var. Ancaq bu qorxuda da
tək olmadığınızı
bilməniz lazımdır.
Amerikada insan çoxluğundan qorxan insan sayı 15 milyondan çoxdur. Ancaq çoxluq qorxusu olan
insanların qorxularının daha irəliləmiş halı başqa insanların yanında yemək yeməkdən ya da bir şey
içməkdən qorxmağa qədər  gəlib çata bilər. Bu
qorxu ümumiyyətlə 13 yaşlarından etibarən başlayır və hiss edildiyi anda
müalicə edilməsi
lazımdır.
Qorxuducu sahələr: Bu sahələr
ümumiyyətlə hər hansı bir problem olduğu vaxtlarda  qaçıb qurtarmaq çətin olan sahələrdir. Məsələn: liftlər, körpülər. Bu
kimi sahələrdə qorxan insanlarda agorafobiyanın varlığından söz edə bilmək
mümkündür.
Hörümçək: Hörümçək kimi həşaratlardan
qadınların, kişilərə nisbətən dörd qat daha çox qorxduqları sübut edilmiş vəziyyətdir.
Həm də bu statistika hər yaşdan insan üçün etibarlıdır.
İlan:İlan fobiyası isə ən məşhur fobiya
olaraq gündəmdəki yerini araşdırmaçılar tərəfindən qoruyur.



/Mənbə:Qadınlar.biz/

[/b]
[b] 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!