Son zəng gecəsində qüsursuz görünmənin yolları

Son zəng gecəsində qüsursuz görünmənin yolları
Qadın dünyası
10.09.2017 123
Məzuniyyət
gecələri yaxınlaşır. Məzun olma coşğusuyla əylənməyi xəyal edərkən
digər tərəfdən də  ən qüsursuz olmaq üçün məşğul olacaqsınız. Gözəl və
qəşəng görünmək üçün çox şişirdilmiş saç, makiyaj, paltar və ayaqqabı
seçmənizə ehtiyac yoxdur. Məqsəd yaşınıza uyğun təbii bir görünüşlə
qüsursuz olmaqdır.  


Budur sizə kiçik tövsiyyələr

Saç

Qısa saçlara sahibsinizsə yaş görünüşlü,geriyə daranmış saçlar ilə
müasir bir görünüşə sahib ola bilərsiniz. Uzun,düz saçlara sahibsinizsə,
dalğalı bir fenlə düzəltdirib yarım yığa bilər ya da açıq qoya
bilərsiniz.  Yüngül dalğalı saçlılar, düz bir fen çəkdirib möhkəm
toplanmış bir atquyruğu ilə olduqca havalı görünə bilər. Buruq saçlara
sahibsinizsə,sərbəst buraxın və saç şəkilləndiricilərlə şəklini qoruyun.
Paltarınızı tamamlayacaq bir bant sizi çox qəşəng göstərəcək.Amma
"Mən toppuzdan imtina etmərəm"desəniz, bu ilin ən trend modeli təpədən
toplanmış sanki evdən çıxıb gəlmişcəsinə təbii görünəcək bir modeli də
seçim edə bilərsiniz.

Makyaj

Saçlarınız nə qədər əhəmiyyətlidirsə,makyajınızda o qədər qüsursuz
olmalı, şişirtmədən,yaşınıza uyğun təbii amma göz qamaşdırıcı
görünməlidir.  Şişirdilmiş tonal kremdən uzaq durun. Hamar görünmək üçün
qəlibləşmiş maska kimi dayanan bir görünüşə sahib olmayın. Dəri
rənginizə uyğun bir tonal kremi seçin.  Paltarınız nə rəngdirsə,onun
tonlarını gözlərinizdə uyğunlaşdırmağa çalışın. Şaftalı və bənövşəyi
tonlarında ənlik seçin. Çünki dərinizin daha canlı görünməsini təmin
edər. Açıq rəngli dodaq boyaları, məsələn bənövşəyi və tonları daha təbii və
yaşınıza uyğun olanı seçin.

Paltar

Bu gecə üçün ən ideal seçimlər qısa mini paltarlar. Geniş çiyinlərə
sahibsinizsə straplez mini bir paltar ,pastel tonlarındakı rənglərlə
birləşincə sizi olduqca gözəl göstərəcək.  Bu il də tək çiyinli
paltarlar çox dəbdədir.Xüsusilə,qara və mavi kimi iddialı rənglərlə
gecənin ən qəşəng görünənləri arasına girə bilərsiniz.  Sinə və kürək
detalı bağlı qara, ağ və qırmızı bir paltar ilə gecənin ən diqqət çəkici
namizədlərindən biri olmanız üçün kifayət edəcək.

Ayaqqabı və çanta

Düz,əsaslı daşlarla bəzənmiş rəngarəng sandaletlər ya da babetlər seçim
edə bilərsiniz.  Dikdaban seçəcəksinizsə də,daha rahat olması üçün
platforma dikdaban ayaqqabılar ilk seçiminiz olmalıdır.  Ayaqqabınızla
çantanız paltarınızla eyni rəng ola biləcəyi kimi, paltarınızdakı
tonlara uyğun rənglərdə kombin edə bilərsiniz.



/Mənbə: Bizimbaku/



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!