Qadinda Qara nöqtələr

Qadinda Qara nöqtələr
Qadın dünyası
10.09.2017 31


[/center]

[center]Qara nöqtələr əslində çox təmizlənməmiş bir dəridə olar. Eyni zamanda bir sızanağın da xəbərçisidir. Bu vəziyyətdən xilas olmaq üçün əsla onları dırnağınızla sıxmayın! Bu üsulla yalnız dərinizə zərər vermiş, hətta qalıcı izlər belə qoymuş ola bilərsiniz. Əvvəlcə etməyiniz lazım olan həmişə dərinizi bir tonik vasitələ təmizləməyinizdir. Çünki dərimizə yaxşı baxmaq həm sağlamlıq, həm də gözəllik üçün lazımlıdır.Təkliflər:Həlli çox sadə və xərci çox azdır, sizə yalnız dərinizə lazım olan həssaslığı göstərib bunları sınamaq qalır.Qarğıdalı Unu Maskası1 çay qaşığı qarğıdalı unu1 çay qaşığı qatıqHazırlanması: Qarğıdalı unu ilə qatığı kiçik bir qabın içində sıx bir krem konsistensiyasına gələnə qədər qarışdırın. Göz və dodaq ətrafından başqa bütün dərinizə masaj hərəkətləri edərək çəkin. Qurumağı üçün 15 dəqiqəyə qədər gözləyin. Üzünüzü yüngül isladılmış bir parça pambıqla təmizləyib əvvəl ilıq suyla, sonra soyuq suyla yuyun və dəsmal ilə qurulayın.Alma Sirkəsi3 şorba qaşığı alma sirkəsiYarım stəkan suHazırlanması: Bir qazanın içində yarım stəkan suya, 3 şorba qaşığı alma sirkəsi qatın. Bu qarışığı qaza qoyaraq yaxşıca qaynayana qədər gözləyin. Daha sonra qazı azaldın və başınızı balayın, üzünüzü buxara tutun. Bu cür üzünüzə 15-20 dəqiqə buxar verin.Sonra yarı yarıya sulandırılmış alma sirkəsiylə üzünüzü bir pambıqla silin. Bu əməliyyatı həftədə 2 dəfə təkrarlaya bilərsiniz. Həmişə edilən əməliyyat nəticəsində qara ləkələrin yox olduğunu və dərinizin parladığını görəcəksiniz.Yulaf MaskasıBir miqdar yulafHazırlanması: Ocağa qoyaraq bişirdiyiniz yulafları süzdükdən sonra bir qabın içində əzin. Bu yulaf əzməsini göz və dodaq ətrafı xaricində bütün dərinizə çəkin. Bu maskanı 15 dəqiqəyə qədər üzünüzdə gözlədin. Sonra ilıq suyla üzünüzü yuyun.QEYD : Bu maska çox yağlı dəri üçündür, quru dərililər tərəfindən istifadə edilməməlidir.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!