Xəyanətə uğrayan qadınların ən böyük səhvi...

Xəyanətə uğrayan qadınların ən böyük səhvi...
Qadın dünyası
10.09.2017 41
Qətiyyən
həyata küsməyin və sadəcə nə edəcəyinizə qərar verin. Gec saatlara qədər
iclaslar, cib telefonuna gələn gizli zənglər, birdən dəyişən vərdişlər…
Bütün bunlar xəyanətə işarədirmi və 3-cü bir şəxs varmı? Heç kəs qəbul
etmək istəməsə də,  hər birimiz xəyanətlə qarşılaşırıq. Xəyanətə uğramış
hər insan bunu həyatın həqiqətləri kimi qəbul etməyi öyrənməldir. Bunu
qəbul edə bilməyən insan isə uzun müddət acı çəkməyə məhkumdur. 



Dərin nifrət hissi…

Xəyanətlə
qarşılaşan qadınlar adətən eyni rekasiyanı verir. Əvvəlcə böyük hirs,
ardından isə ümidlərin puç olması və sonda dərin nifrət hissi duyurlar.
Onların sevgisini məhv edən və daxil olan 3-cü qadının tanış biri
olması, münasibətlərinin hamı tərəfindən xəbərdar olması və uzun müddət
davam etməsi vəziyyəti ağırlaşdıran faktorlar sırasına daxildir.
Yaşananlar nə qədər ağır olsa da, gələcəklə bağlı qərarlar verməlisiniz.
Ya bağışlayıb davam edəcəksiniz, ya da münasibətləriniz bitəcək.
Seçimin nə olmasından asılı olmayaraq, sakit davranmalısınız və soyuq
başla düşünməlisiniz. 



Qətiyyən təzyiq göstərməyin

Ayrılmaq
istəmirsinizsə, partniyorunuzun və öz səhvinizi nəzərdən keçirin.
Münasibətlərinizin  düzəlməsi üçün nəyi daha yaxşı edə biləcəyinizi
düşünün. Onunla bu məsələni müzakirə edərkən mümkün qədər sakit olmağa
çalışın. Sevdiyiniz insanla daha yaxın olmağa cəhd edin. Onu hələdə
sevdiyinizi bilməsinə şərait yaradın. Dostu olduğunuz və keçmişdə
yaşanan gözəl günlərə qayıda biləcəyinizi  hiss etdirin. 

 

Qadınlar niyə ayrılmaq istəmir? 

Bir
çox qadın həyat yoldaşının xəyanətinə rəğmən münasibətlərini davam
etdirməyə üstünlük verir. Xüsusən də maddi problemlər dəfələrlə xəyanətə
uğramış qadınların boşanmasına mane olur və ərlərinin günahını
bağışlayır.  

Uşaqların gələcəyi ilə bağlı qayğılar 

Həyat yoldaşından ayrıla bilməmək və həyatın çətinliklərinə qarşı duyulan qorxu 

Ailə və ya cəmiyyətin təzyiqi 

Sosial status itirmə qorxusu 

Bütün kişilər eynidir düşüncəsi 



Təhdid etmək çox yanlışdır 

Barışmaq
niyyətində olan bir çox qadın, hirsinə qalib gələ bilmir və əsəbini
müxtəlif üsullarla təhdid edir. Bunların başında uşaqlar gəlir.
"Uşaqları bir daha görməyəcəksən” kimi təhdidlər sizə dönmək istəyən
kişini daha da uzaqlaşdıra bilər. Uşaqlarınızı ya da ətrafdakıları ona
qarşı qaldırmayın. Bu hal həm sizin, həm də onun vəziyyətini daha da
ağırlaşdırır və münasibətlərinizin düzəlməsini əngəlləyir. Bir az kənara
çəkilin. Dürüst hərəkət edin lakin gizli oyun oynayın. Kişilər qadını
kəşf etməyi sevir. Xəyanəti bağışlamaq fikriniz yoxdursa və boşanmağa
qərar vermisinizsə, uşaqlardan istifadə etməyin. 



Bəhanələr var, açıqlama yox 

Psixoloqların
fikrinə görə, xəyanətin əsas səbəbi münasibətlərin  yaxşı olmamasıdır.
Həyatda uğursuz olan insanlar, həyat yoldaşına xəyanət edərək özünü bu
şəkildə ovutmağa cəhd edir. Yaşın artması ilə birlikdə andropoz
dönəmində də kişilər xəyanətə meylli olur. 


скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!