Gəlinin təcili vəziyyətlər üçün çantası necə olmalıdır?

Gəlinin təcili vəziyyətlər üçün çantası necə olmalıdır?
Qadın dünyası
10.09.2017 35
Bu cantanın içində toy günü təcili olaraq ehtiyacınız ola biləcək hər şeyi tapa bilməlisiniz.

Çantanı toy məkanındakı gəlin otağına qoya bilərsiniz. Çantanın məsuliyyətini yaxın bir rəfiqənizə və ya qohumunuza verə və  tapşıra bilərsiniz. Çantanı toya gətirmək və toydan sonra evə aparmaq, bu yaxınınızın vəzifəsi olmalıdır.

Əziz gəlinlər, mən ehtiyacınız ola biləcək hər şeyi əlavə etdim, amma ağılınıza gələn başqa detallar varsa unutmadan qeyd edərək dərhal çantanıza əlavə etməlisiniz.

 

Gözəllik üçün

Üz kirşanı

Əl kremi, nəm dəsmal

Quru dəsmal

O axşam üçün istifadə edilən rənglərdə makiyaj vəsaitləri

Körpə kirşanı (gəlinliyinizdə meydana gələ biləcək ləkələr üçün yalnız ləkənin üzərinə su  vurub kirşanla örtməniz kafi olacaq.)

Makiyaj təmizləmə dəsmalları (həm üzünüz həm də lazım olsa paltarınız üçün)

Antiperspirant

O gecə üçün seçdiyiniz ətiriniz

O gecə sürtülən rəngdə dırnaq boyanız və aseton

Kiçik bir dəsmal (makiyajınızı təzələyərkən boyunuza qoysanız gəlinliyinizin ləkəli olmasını önləyərsiniz)

Saç qurutma maşını (saçınız üçün deyil, çıxardığınız ləkələri qurutmaq üçün!)

Jele və saç spreyi

Daraq və ya fırça (bəyin ehtiyacı ola bilər)

10-15 dənə tel broş

 

Sağlamlıq Üçün

Ağrı kəsici- qızdırma salıcı

Sakitləşdirici.

Mədəniz üçün anti-turşu həbləri

Allergiya dərmanı

Qrip və ya soyuqdəymə dərmanı

Aspirin

Yara bantı

Odekolonlu dəsmal

 

Praktik vəsaitlər

Toplu iynə

Ehtiyat sırğa arxaları (sırğanızın arxası düşsə istifadə etmək üçün)

Bəy üçün üçün ehtiyat düymə

Düz altlı ayaqqabı (geyindiyiniz ayaqqabı ayağınızı sıxsa ya da ayağınız şişsə geyinmək üçün)

Ütü

Yarana biləcək söküklər üçün tikiş vasitələri

O gecə geydiyiniz rəngdə artıq bir incə corab

Kiçik qayçı



/Mənbə:Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!