Aşağı cazibəli Azərbaycan "qadını"

Aşağı cazibəli Azərbaycan
Qadın dünyası
10.09.2017 41
Altseksual Azərbaycan qadını
Bizim
qadınlar qərb qadınlarından həm də psixologiyalarına görə köçündən ayrı
düşmüş durna kimidir. Bu təkcə region, din, məmləkət və sürtülmüş
mentalitet sözü ilə həmahəng deyil.
Şərqin konservativ düşüncə
tərzinə islamla yanaşı qadınlar da böyük qüvvə kimi təsir edir. Yəni
şərq qadınının böyüdüb tərbiyə verdiyi oğul-uşaq da bu tərbiyyənin
daşıyıcısı olur.
Qadınların formalaşma dövrü cinsi yetginliklə
demək olar ki, üst-üstə düşür. Sevgi münasibətləri olan, sevərək evlənən
qadınlar romantik və gülər üz olur.
Sevib, lakin sevgilisinə qismət olmayan qadınlar isə dəhşətli dərəcədə aqressiv və qaraqabaq olur.
Anormal cinsi və münasibətlər olan yerdə normal təfəkkürdən danışmaq cətin məsələdir.
Boşanmların səbəbləri kimi cox vaxt bu cür məsələlərə göz yumuruq.
Bizim
elə qadınlar var ki, seksi anlamadan onunla məşğul olur. Nəticədə də,
həyatını dəyişəcək problemlərlə üzləşir. Mən qadınları günahlandırmaq
düşüncəsində deyiləm. Cəmiyyətin ümumi bəlaları onlara zərbə vurur.
Necə
ola bilər ki, bir işi bilmədən onunla məşğul olursan??? Seks təkcə
bioloji tələbat deyil. Burda psixiloji drum, insan hissləri üstün
mövqedədir.
Əvvəlcədən deyim ki, seks əvəzinə sevişmə yazıldığını
görəndə ətim tökülür. Şit cümlələrlə cinsəl münasibətlərdən yazmaq
olduqca düşük alınır. Səmimi olmadan nəsə yazmaq oyunbazlıqdır məncə.
Müsəlman
ölkəsi olduğumuzdan təbii ki, seksual həyat da qapalı və görünməzdir.
Yəni gızlı seksualdır. Bioloji təlabat bütün dinlərdən də əvvəl insan
oğlunun döyüşdən əvvəl alnına yazılıb. Bizdən fəqrli olaraq Amerika və
Avropa ölkələrində seks anlamı adi və normal qarşılanır.
Təsəvvür
elə ki, qarabala igidlərimizdən biri Parisin ehtiraslı həyatından cuşə
gələrək fransız gözəlçələrinin dadına baxmaq istəyir. Deyək ki, lap
firəng dilini tum kimi çırtlayıb Parisin küçələrini səpir. Gedir
yaxınlaşır agbircək bir fransız xalasına. Ondan cinsi oyantılarını
sakitləşdirmək üçün fahişəxana soruşur. Fransız xalası da heç
təəçüblənmədən ona lazlimi ünvanla bərabər xoş təbəssüm göstərir.
Qarabala isə qoryucunu vecinə almasa da, fransız gözəli ona, nəinki
qoruyucu, hətta tibbi araylş da təqdim edir.
Sözümün canı bu deyil. Bu onların seks mədəniyyətidir. Bizdə əlbət də ki, belə deyil. Olmasını heç istəmirik də (?).
Bizdə qeyri qanunu olsa da fahişəxanalar var. Ara sıra polis əməkdaşları onları gün işığına çıxarır.
Lakin
elə bu qeyri qanuni yerlərdən birinə əcnəbi gəlib, partnyorundan tibbi
arayış tələb etsə şoka düşər. Yəqin ki, ən yaxşı halda təpəsində
istənilən bir əşya görər. Söyüşün də biri 1 sent.
Demək istədiklərim
tamam ayrı mətləbdir. Sevgisi Qobustan qayalrına dəyən xanımlar candərdi
ərə getdikləri kişinin ömrünü məhv etməklə məşguldur.
Onda nəyə
lazıb belə ailə. İtlə pişik kimi yaşamaqdansa normal insan kimi yaşamaq
olmazmı. Onların cinsi münasibətləri də it-pişik kimidir. Burda həzz və
xöşbəxt dəqiqələrin saniyəsindən söhbət belə gedə bilməz. Əsas iş isə
uşaq dünyaya gətirməkdir.
Biruzə verməyən seksual məqamlar həmişə alt məqamlara keçir. Mən seksual məqamlar dedikdə cinsi prosesləri nəzərdə tutmuram.
Hətta
halalca əri ilə yataga girən arvad fikrində köhnə sevgilisndən serial
"çəkir”. Üzdə seks prosesi, altda isə öz seksual xəyalları.
Altseksual
düşünən xanımlarımız həmişə dəvəsi ölmüş ərəb kimi fikir içində
boğulur. Psixoloji drumun pozulması təkararən deyirəm bəzən natamam
seksual proseslərin nəticəsidir. Bizim qadınlar, üzü də bilmədən alt
seksual olaraq yaşayırlar.
Seks hamının həyatında var. Bu
tanrının bəşər övladına qoyduğu qanunlardandır. Bundan qacmaq mümkün
deyil və qacana da cəmiyyətimiz müxtəlif adlar yapışdırır.
Altseksual
olmaq qadınlarımızn günahı deyil. Məsələ ondadır ki, şərq mentaliteti,
cəmiiyət düşüncəsi burda əsas hakimi mütləqdir. Və bu mütləqiyyət
Azərbaycan qadınını da altseksual olmağa məcbur edir.
Səxavət Sahil
Avanqard.netскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!