Həyat yoldaşı ilə alış-veriş

Həyat yoldaşı ilə alış-veriş
Qadın dünyası
10.09.2017 19
Qadınların çoxunun bəxti gətirib ki, onların həyat yoldaşları öz
xanımları ilə birlikdə saatlarla gəzib alış-veriş etməkdən yorulmurlar.
Amma buna baxmayaraq bir çox kişiləri saatlarla mağazalarda gəzdirmək
tamamilə mümkün deyil. Dırnaq arası demək olar ki, alış-verişə getmək
sözü onlarda allergiya yaradır. Bu hal qadınlarda həyat yoldaşları
saatlarla televizor kanallarda futbol seyr etdikdə baş verir.
Əgər istəyirsinizsə həyat yoldaşınız alış-verişə sizinlə getsin o
zaman aldadıcı fəndlərdən istifadə edin. Qadınlar əgər mağazaya papaq
almaq məqsədilə gedirsə o, mağazaya daxil olarkən gözəl çanta görüb onu
da almaq istəyəcək və ya ətir yerinə ayaqqabı, sırğa yerinə qab-qacaq
almaq fikrinə düşə bilər. Xanımlar nə görürsə dərhal ona sahib olmaq
istəyirlər. Həyat yoldaşınızla mağazaya getmək istədikdə dəqiq nə
alacağınız barədə ona məlumat verin. Çünki, əks cinsin nümayəndələri
üçün bu əyləncə yox, ağır bir işdir. Əvvəlcə bir neçə mağazaya baş
çəkin. Sizə lazım olanın hansı mağazada olduğunu müəyyənləşdirdikdə,
mağazaların qiymətini müqayisə etdikdən və alacaqlarınızın siyahısını
tərtib etdikdən sonra həyat yoldaşınızla rahat alış-verişə gedə
bilərsiniz.
Evinizə məişət avadanlığı almaq istədikdə bu işi həyat yoldaşınızın
öhtəsinə buraxın. O bütün modelləri və qiymətləri müqayisə edib ən
keyfiyyətli avadanlıqları seçəcək.
Insanlarla basırıq küçələrdə gəzməyi xanımlar belə xoşlamır.
Kişilərin mağazaları gəzmək istəməmələrinin də bir səbəbi onların
insanlarla dolu olan məkanlara getməmək arzusudur. Səs-küy, gurultu,
basırıqlar kişiləri sıxır, ona görə də həyat yoldaşınızla mağazaya
getmək istədikdə elə vaxt seçmək gərəkdir ki, mağazalar insanlarla çox
da dolu olmasın. Ən çox nahardan sonra mağazaya birlikdə getmək yaxşı
olar. Həyat yoldaşınızın adam çox olan yerlərdə yorulmaması üçün siz
satış məntəqələrini gəzərkən ondan xahiş edin ki, sizi avtomobildə və ya
kafedə gözləsin.
Alış-veriş üçün sizə nə qədər vaxt lazım olduğunu qabaqcadan ərinizə
xəbər verin ki, o mağazaya ayıracaq vaxtını dəqiq bilsin. Əgər
yoldaşınıza bildiribsinizsə sizə alış-veriş üçün bir saat vaxt lazımdır,
o zaman siz gərək lazım olanları bir saata alıb bitirəsiniz. Vaxtı düz
planlaşdırdıqda həyat yoldaşınız gələn dəfə sizinlə mağazaya getməkdən
imtina etməyəcək.
Əks cinsin nümayəndələrinin alış-verişə getməmələrinin səbəblərindən
biri də onlar mağazalar gəzərkən özlərini yükdaşıyan, yeriyə bilən pul
kisəsi və ya rəngləri, ölçüləri, modelləri yaxşı seçmə qabiliyyəti olan
köməkçi kimi hiss etmələridir. Belə olduqda həyat yoldaşınızı
inandırmağa çalışın ki, o sizə ağıllı məsləhətləri üçün lazımdır.
Ərzaq almaq üçün mağazaya getməyə görə kişilər çox da narahat
olmurlar. Bəziləri isə hətta ərzaq almağa tək getməyə üstünlük verirlər.
Kişilər belə hesab edirlər ki, onlar tək bazarlığa tez gedib tez də
qayıda bilirlər. Həyat yoldaşınızın bazarlığa tək getməsini
xoşlayırsınızsa alınacaq ərzaqların siyahısını qabaqcadan tərtib edib
ona verin, əks halda evinizdə ərzaq çatışmazlığı baş verə bilər.
Həyat yoldaşınızı məcburən alış-verişə apara bilmərsiniz. Yaxşı olar
ki, onu şirnikləndirib aparasınız. Alış-veriş zamanı həyat yoldaşınızı
da unutmayın. Onun üçün də hər hansı bir hədiyyəni almaqdan yorulmayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!