Gəlin namizədləri nələri bilməlidirlər?

Gəlin namizədləri nələri bilməlidirlər?
Qadın dünyası
10.09.2017 14
Gəlin olmağa hazırlaşan qızlar, bunları bilirsiz heç??? ;)
Həyatınızın dönüş nöqtəsi olan toyunuza sayılı günlər qalıb. "Toya
necə hazırlaşmalı?” və "Toy ərəfəsində nələr etməli?” suallarına cavab
axtarırsınızsa diqqətli olun.
Siz toyunuzun necə möhtəşəm keçməsini istəyir və gözləyirsinizsə, toya dəvət etdiyiniz şəxslər də bunu sizdən gözləyir.
Mükəmməl bir gəlin paltarı, qeyri-adi rəqs, gözəl məkan və təbii ki, seçdiyiniz bəy…
Həyatınızın ən önəmli gününün yaxşı təəssüratlarla yaddaşlarda
qalması üçün mütəxəssislər bəzi ipucları veriblər. Onları təqdim edirik.
Çoxlu aksesuarlardan uzaq durun. Bir üzük və sırğanı əlinizdə tutacağınız çiçəklə tamamlayın.
Həddindən artıq makiyajdan qaçın. Parlaq dəri, gözləri cəlbedici
göstərən tuj, dodaqlar üçün olan dodaq parıldadıcı gözəl görünüş üçün
yaxşı seçimdir.
Toy günü saçınızı açıq saxlamaq niyyətindəsinizsə o zaman qısa duvaq
seçin, əgər üzünüz yumrudursa uzun və nazik olanı seçin. Üzü uzun olan
xanımlar isə daha həcmli duvaqlar seçməlidirlər.
Çiyin hissəsi açıq olan gəlinliklər toy boyu sizi narahat edər. Hər
hərkətinizdə onu yuxarı qaldırmaq məcburiyyətində qala bilərsiniz. Təbii
ki, tez-tez onu düzəltməklə heç də xoş olmayan bir görünüş ala
bilərsiniz. Bu vəziyyətlə qarşılaşmamaq üçün yaxası bütün olanlara üz
tutun.
Seçdiyiniz aksesuarların gəlinliyinizlə uyğun gəlib-gəlməməsinə diqqət yetirin.
Toy günü əldə tutulan çiçəyə bir o qədər diqqət yetirilmir. Amma
əslində əlinizdəki çiçəklər sizi tamamlamalıdır. Onu əlinizdə rahat
tutmalısınız.
Nikah kəsilərkən qamətinizi düz saxlamağa çalışın. Həmin bütün
diqqətlər sizin üzərinizdə olacaq. Əgər həyəcanlanarsınızsa o zaman
dərindən nəfəs alıb rahatlanmağa çalışın.
İlk rəqs zamanı da bütün nəzərlər sizdə olacaq deyə rahat
olmalısınız. Əgər xüsusi olaraq rəqsə hazırlaşmamısınızsa o zaman
nişanlınızın hərəkətlərini izləyin.
Toydan öncə xanımların artıq çəkilərini atmaq istəməsi çox
normaldır. Amma ac qalaraq bunu etsəniz toy günü üzünüz solğun görünə
bilər.
Gülümsəyin. Dodaqlarınızdan gülüşləri əskik etməyin. Gülüşün ən
gözəl makiyaj olduğunu unutmayın. Saxta gülməməyə çalışın və günün
özəlliyinin dadını çıxarın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!