Evlənməzdən əvvəl bunları mütləq edin - Siyahı

Evlənməzdən əvvəl  bunları mütləq edin - Siyahı
Qadın dünyası
10.09.2017 8
1. Tək və bədbin olsanız belə, xoşbəxt olmayacağınız bir münasibətin
bundan daha pis olacağını unutmayın. Əgər aranızda problemlər varsa, sırf tək qalmamaq üçün bunların üstünü ört-basdır edib, onlar yoxmuş kimi
davranmayın.
2. Biri ilə evlənmədən əvvəl onunla yaxşı dost olduğuza əmin olur. Sonradan dost
olacağınıza ümid edərək evliliyə addım atmayın.
3. Böyük bir addım atmadan əvvəl iqtisadi, uşaq, dostlar, içki, qumar, valideynlər,
inanc kimi bir çox məsələlər barəsində fikir mübadiləsi aparın.
4. Haqqında danışmaq istəmədiyiniz cinsi problem varsa, onu mütləq danışaraq həll
edin. Sonradan bu böyük problemlərə səbəb ola bilər.
5. Evlənməmişdən öncə eyni evi bölüşmə haqqında müzakirələr aparın.
6. Bunu düşünün - əriniz və ya arvadınız toydan sonra ağır xəstəlik keçirdi, qəzaya
düşdü və əlil oldu. Siz onunla maraqlanmaq, ona baxmağa məcbursunuz. Bunu edə
biləcəksiniz?
7. Evlənməmişdən əvvəl azı 1 il hər şey haqqında danışın ki, toydan sonra
"sən belə deyildin"," Niyə dəyişdin" kimi tənqidlərlə üz- üzə qalmayasız.
8. Ehtiyacınız varsa, professional psixoloq yardımı almaqdan çəkinməyin.
9. Birlikdə uzun müddətli bir iş görüb-görə bilməyəcəyinizi yoxlayın. Bunu hər
hansı layihə üzərində bərabər işləyərək sınaya bilərsiz.
10. Bir-birinizə uyğunsuz? Qarşı tərəfin hərəkətləri sizi qıcıqlandırmır ki?
Onun sizi qıcıqlandıran xüsusiyyətini dəyişə biləcəyinizi qabağınıza məqsəd
qoyaraq evlənməyin.
/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!