Diqqət! Qızlar bunu mütləq oxusun!

Diqqət! Qızlar bunu mütləq oxusun!
Qadın dünyası
10.09.2017 300
İnternetdə bir çox saytlarda xüsusi ilədə qadınlar üçün tez-tez iş elanları verilir. Gəlişügözəl sözlərlərlə
bəzədilən elanlar ilk baxışdan cəlbedici görünür. Xüsusilə, qızlar bu
halda ehtiyatlı olmalıdılar. 






Qadinlar.Biz xəbər verir ki, Türkiyədə Ayla adlı xanım "işə götürənlər"ın tələsinə
düşüb. Yüksək maaşlı iş vədi ilə qızı aldadanlar ondan "CV" istəyiblər.
Ayla "CV"ni göndərib. Ardınca ondan şəkilini istəyiblər. Bildiriblər ki,
işə götürdükləri xanımın xarici görünüşünə İnternet vasitəsilə
baxmalıdılar. Bunun üçün kompyuterin videosunu açmaq tələb olunub.
Aylanın xarici görünüşünə baxdıqdan sonra, bədənində ideoloji xarakterli
tatuajların olub-olmadığı soruşulub və buna əmin olmaq üçün soyunması
istənilib. Ayla bədəninin müəyyən yerlərini onlara göstərib.
"İşə götürənlər"  bir qədər də irəli gedərək qızan bədəninin digər
yerlərini də göstərməsinin vacib olduğunu bildiriblər. Bu zaman qız
tələyə düşdüyünü duyub və qarşı tərəfdəki şəxslərin barəsində polisə
şikayət ediblər. 



Məlum olub ki, "işə
götürənlər" bu yolla qızların açıq-saçıq foto və videolarını əldə edib,
ya onları şantaj edirlər, ya da porno saytlara satırlar. 


P.S.  Əziz  xanımlar, sizə yaxın olan daxil olduğunuz saytlarda belə elanlar görsəz əgər bilin ki, aldanılma ehtimalınız var. Bəzi saytlar qadınlara iş tapmaq adıyla reytinq xatirinə belə iyrənc yollara əl atırlar. Belə avam elanlara inanmayın və ətrafınızdakılarıda belə saytlarda elanlara inandırmaqdan çəkindirin. Ən gözəl iş tapmaq real həyatda səbr eləməklə axtarılandır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!